Telegram Web
(وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللَّهُ بِهِ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ ۚ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا ۖ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ ۚ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ ۗ إِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا)

Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.

[سورة النساء 32]
ən-Nisə 32.
(وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ)
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.
(قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا)
O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?”
(قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ)
Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”
(وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ)
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.

سورة طه ١٢٤-١٢٥-١٢٦-١٢٧
Tahə 124-125-126-127.
یَـٰۤأَیُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقࣱّۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَیَوٰةُ ٱلدُّنۡیَا وَلَا یَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ

Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, tovlayan (şeytan) da sizi yoldan çıxartmasın.

فاطر ٥
Fatir 5.
(مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ)

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?

[سورة محمد 15]
Muhəmməd 15.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Avqust ayının 17-18-19. Səfər ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

📚Beyhəqi, sünənus-suğra 5994. Albani, silsilə sahiha 1407. ((həsən)).



https://www.tgoop.com/DIN_NESIHETDIR
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Gecə namazı qılın! Həqiqətən o, sizdən öncəki salehlərin adətidir. Gecə namazı Rəbbinizə yaxınlıq, günahlara kəffarə və günahlardan uzaqlaşdıran bir vasitədir.”

📚Tirmizi 3549. İbn Xuzeymə 1135. Albani, səhih tərğib 624. ((həsən)).



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilmirsə, qoy, ona yaxşılıq etmiş adamı tərif­ləsin. Kim tərifləsə, ona təşəkkür etmiş olar. Kim də özünə edilmiş yaxşılığı gizlətsə, ona nankorluq etmiş olar.”

📚Əbu Davud 4813. Tirmizi 2034. Albani həsən demişdir.



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç nəfər vardır ki, onlara yardım etmək Allah üçün bir haqdır. Allah yolunda cihad edən kimsə, azadlığına qovuşmaq üçün təyin edilən bəlli bir  pulu ödəmək üçün çalışan kölə, zinadan qorunmaq üçün evlənən kimsə.”

📚Tirmizi 1655. Nəsai 3120. İbn Macə 2518. Albani, sahihul cami 3050. ((həsən)).



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Əbu Musa (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, yaşlı müsəlmana, Qurana qarşı nə həddi aşan nə də ondan uzaq düşən hafizə və ədalətli hakimə hörmət etmək, Allahı Uca tutmaqdan irəli gəlir.”

📚Əbu Davud 4843. Albani, sahihul cami 2199. ((səhih)).



https://www.tgoop.com/DIN_NESIHETDIR
💫Bəkr ibn Abdullah (rahiməlullah) özündən yaşlı birisini görəndə: “Bu, məndən xeyirlidi. Allaha məndən öncə ibadət edir, deyərdi. Cavan birisini gördükdə isə: Bu, məndən xeyirlidi. Ondan daha çox günah işləmişəm, deyərdi.”

📚Əbu Nueym, hilyatul əvliya 2/226.



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Kəb ibn Ucra (radiyallahu anhu) buyurur: Bir kişi Peyğəmbər (sallallahu aleyhi va səlləm) yanından keçdi. Səhabələr onun necə fəal və qüvvətli olduğunu görəndə, təcüblənib dedilər. Ey Allahın Rəsulu əgər bu (fəallığı və qüvətliliyi) Allah yolunda olarsa? Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Əgər o, balaca uşaqları üçün ruzi dalıyca çıxarsa, o Allah yolundadır. Əgər o, yaşlı valideyinlərinin ehtiyacını qarşılamaq üçün çıxarsa, o Allah yolundadır. Əgər o, ismətli olub özü üçün çalışmağa çıxarsa, o Allah yolundadır. Əgər o, özünü göstərmək və lovğalanmaq üçün çıxarsa, o şeytanın yolundadır.”

📚 Tabərani 6835. Albani, sahihul cami 1428.



https://www.tgoop.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Sentyabr ayının 16-17-18. Rabiul Əvvəl ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
(إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ)

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

[سورة النور 19]
ən-Nur 19.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Nomən ibn Bəşir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir.”

📚Buxari 6011. Muslim 2586.



https://www.tgoop.com/DIN_NESIHETDIR
🌟Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim (müsəlman) qardaşının şərəfini müdafiə edərsə, Allah Qiyamət günü onun üzünü atəşdən qoruyar.”

📚Tirmizi 1931. Albani, sahihul cami 6262.



https://www.tgoop.com/DIN_NESIHETDIR
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona urcah edərik və o da ona yoldaş olar.

[سورة الزخرف 36]
əz-Zuxruf 36.
2024/09/27 14:09:16
Back to Top
HTML Embed Code: