Telegram Web
#iki_beyt_məna

Dil yarə, könül qarə, qəmü dərdə nə
çarə,

Dərd əhli bilər, dərdi xəbərdarə desinlər

#Ya_Zəhra🥀

www.tgoop.com/dusuncevarsa
Forwarded from Tahakkuk ()
Bir çox hallarda həqiqətlər şüphə nəticəsində əldə olunur. Şüphə etməyən insanlar həqiqəti tapması çətindir. Əldə edilən bütün məlumat və informasiyalar doqmatiq, ehkamçı kimi qəbul edilməsi həqiqətdən uzaq düşməyə səbəb olmaqla nəticələnir.

https://www.tgoop.com/dialogmonologue
" YAŞAM KOÇU" (LİFE COAC)-Layihəsi.
Növbəti "YAŞAM KOÇU"-Koçluq layihəsinə start verilir.
Dərslərimizdə Koçluq dərslərinin tədris olunması ilə yanaşı digər Psixoloji texnikalarında tədrisi olunacaqdır.
Bu layihədə hər bir dərsin nəzəriyyə hissəsi ilə yanaşı , praktika hissəsidə olacaqdır. Eyni zamanda tələbələrədə aldığı bilikləri möhkəmləndirmək üçün praktika etmək imkanı veriləcəkdir .
Dərslər müddəti:
6 ay, həftədə 1dəfə online şəkildə keçiriləcəkdir.
Dərslərin ödənişi:
STANDART PAKET: 195 azn.
Bu paketə bütün dərs və praktikalarda iştirak imkanı daxildir.
VİP PAKET : 295 azn.
Bu paketə bütün dərs və praktikalarda iştirak imkanı, eyni zamanda ayda 1 dəfə Psixoloq Terapiyası daxildir.

Diqqət: Ödəniş öncədən, hər ayda 1 dəfə (195azn) olunur.
Ödənişə daxildir: Hər həftədə keçiriləcək dərslərdə iştirak, praktikalarda iştirak etmək, material əldə etmək, bir sözlə hər bir keçiriləcək olan dərslərdən yararlanmaq. Bu göstərilən xidmətlər hər iki paketə ( Standart/VİP) daxildir.
"Beynəlxaq Yaşam Koçluğu"Sertifikatı əlavə ödənişlidir.
Qeydiyyata alınmaq üçün- Asistan Bətul xanım. 051 360 63 37 Watsap nömrəsinə yaza bilərsiniz.
Mərhum Behcət: Kəfəni hazır adamın ömrü uzun olar...

Vəsailuşşiə: Kəfəni hazır olan adam hər dəfə kəfənə baxanda ona savab yazılar...

#hawzah

http://www.tgoop.com/dusuncevarsa
Forwarded from 𝑣𝑒 ꀤꈤꌚꍏꈤ (Süleymanlı.Z.)
Nə uzundur dərdin ipi,
dolanır dörd bir tərəfi
dünyanın dərdli tərəfi,
dərdsiz tərəfini çəkir.

Ramiz Rövşən

http://www.tgoop.com/ve_insan
Forwarded from Parlayan ulduz
Elanı paylaşın zəhmət olmasa (kitabın pdf-i kanalda paylaşılacaq)

https://www.tgoop.com/parlayanulduzm
Müəlləqə sahibi söyləyir "Cahil insanla üzləşdiyində özünü vur cahilliyə.."

Deyirəm necə də faydalı hikmətdir! Cahillə, istənilən bir məs'ələ olursa olsun, mübahisə etmək ən zərərli və faydasız işdir. Nəticəsi vaxtın itkisi, başın ağrısıdır.

Yalnız elmə, dünyagörüşünə, ümumbəşəri əxlaqi prinsiplər və insani dəyərlərə sahib kəslərlə dialoqdan zövq alır, danışdıqca yorulmuram. Qarşı tərəfi dinləmək də, müxatəbə fikrimi söyləmək də mənə xoş gəlir. Mənim düşüncəmə görə baxışı dünyaya açıq olan elmli bir dinsiz, özünü dindar sayıb da şəriət çərçivəsində görərək başqalarını aşağı vğ dəyərsiz zənn edən "dindardan" qat-qat dəyərlidir. Mənim baxışımda təməlində təfəkkür, anlayış və əhatəli elm yatmayan dinin faydası yoxdur.

http://www.tgoop.com/dusuncevarsa
Qəbirdə 99 əfi ilan

Feyz Kaşani yazır ki, əhli-sünnə mənbələrində belə bir hədis yer almışdır: “Həzrət Peyğəmbər (s): "Həyatı sıxıntılı olacaq" ayəsinin kimin haqqında nazil olduğunu bilirsinizmi? – deyə soruşur. Səhabələr: “Allahın rəsulu yaxşı bilər”, - deyə cavab verirlər. Həzrət Peyğəmbər (s) buyurur: “Kafirin qəbr əzabı ilə bağlıdır. Allah-taala 99 əjdahanı onun canına salar. Onların hər birinin 9 başı var. Onlar qiyamətə qədər həmin günahkarı sancar və bədəninə zəhər axıdarlar”.

Bəzi alimləri bu hədisi şərh edərkən yazmışlar: “İlanların sayının 99 olması təəccüblü deyil. Bu say, ehtimal ki, pis əxlaq, təkəbbür, riyakarlıq, paxıllıq, kin saxlamaq və sair xüsusiyyətləri simvolizə edir. Sözügedən çirkin xüsusiyyətlərin sayı ayrı-ayrı növləri ilə birlikdə 9 başlı əjdaha sayı qədər edir”.
Şeyx Bahayi və digər alimlər yazırlar: “99 böyük əjdaha Allah-taalanın 99 adını da bildirə bilər. Bu adları sayanlar cənnətə daxil olur. Habelə Allahın 99 rəhməti var. Onların vasitəsilə Qiyamətdə bəndələrə rəhm ediləcək, lütfkarlıq göstəriləcək. Hədislərdə bə buna işarə edilmişdir. Kafirə gəldikdə isə, o Allahı bu adların heç biri tanımamış, hamısını inkar etmişdir. Buna görə də Allah-taala bu adların hər birinin müqabilində böyük bir əfi ilan yaradıb. Qəbirdə insana hücum edən də məhz onlardır”.
Qeyd: Bu qəbildən olan saylar ağılın dərkinin fövqündədir. Peyğəmbərlik və imamət çırağı olmadan heç kəs onları aydınlada bilməz. Ən yaxşı seçim mötəbər hədislər qarşısında təvazökarcasına təslim olmaqdır. Xülasə, hədis düz olacağı təqdirdə ən ağlabatan və məqbul yol onu təvazökarlıqla qəbul emtəkdir. Çünki bu cür təfərrüatları müəyyən etmək əqli arqumentin imkanları xaricindədir. Buna görə də onu qəbul və inkar etmək əqli dəlil və arqumentin səlahiyyətində deyil. Düşüncəli insan üçün sübut və izahı yalnız mötəbər nəqli əsasdan asılı olan bir məsələyə etiraz etmək bəyənilən iş deyiı.

Sədrül-mütəəllihin Səmaət ibn Mehranın ağıl və cəhalətin qoşunlarının sayından bəhs edən, ağlın 75, cəhalətin isə 75 əsgəri olduğu qeyd edilən məşhur hədisini şərh edərkən yazır: “Bu, fəlsfə və ağılın anlaya biləcəyi bir elm deyil. Bu, eynilə qəbirdə insana 99 əfi ilanın daraşacağından bəhs edən hədis kimidir...”

Əllamə Cavadi Amuli yazır: “Son dörd əsrdə insan ağlının bariz nümunəsi olan Sədrül-mütəəllihin sözügedən hədisi şərh edərkən yazır: “Bu qeyd edilən say, yəni 75 rəqəminin mənası yalnız peyğəmbərlik nuru və Peyğəmbərin əhli-beyti, məsum imamların vilayət çırağı ilə izah edilə bilər. Ağıl bu incəliyə əsla vara bilməz. İslam maarifində ağılla vəhy daim yanaşı olmalıdır. Bəzi maariflərdə vəhy, bəzisində ağıl çırağından, bəzisində isə hər ikisindən istifadə etmək lazımdır””.

Əllamə Cavadi Amuli - Quranda məad - İsra nəşrləri

P.S. Əllamə Cavadi Amuli Molla Sədraya son dörd yüz ilin insan ağlının bariz nümunəsi deyir!

Eşitdiyimiz və öyrəndiyimiz qədər bu iki şəxsiyyət ağıl və fəlsəfənin çooox yüksək zirvəsindədir. Amma din, Quran, Əhli-beyt (ə) maarifinə təvazökar baxışları adamı heyran edir. Yoxsa ki, Quranı üzündən oxuya bilməyənləri, oxuduqlarını ordan-burdan oğurladıqları tərcümələrlə, şərhlərlə bayraq edəblərin əllaməlik iddiası etdiklərini görəndə adam deməyə söz tapa bilmir.

Famil. B.
Şəxsiyyəti hər açıq qapıdan girməməkdə gördüm.

İlqar Kamil

@dusuncevarsa
✍🏼Mürtəza Mütəhhəri

"Bir qurup insan gəmiyə minib yola düşdülər.Hər bir sərnişin öz yerində əyləşmişdi. Sərnişinlərdən biri, əyləşdiyi yerin yalnız ona
məxsus olduğunu iddia edərək oranı deşməyə başladı. Əgər digər sərnişinlər ona mane olsaydılar, nə özləri qərq olardılar, nə də o biçarə."

(Bu, "mən özümə cavabdehəm" deyən və cəmiyyət arasında günah və pozğunluğu yaymaq istəyən
şəxslərə gözəl misaldır. Onlar öz çirkin əməlləri ilə təkcə özlərinə deyil, yaşadığı cəmiyyətin bütün
üzvlərinə zərbə vururlar).


📚"Cəmiyyət və tarix"

http://www.tgoop.com/dusuncevarsa
İslam fiqhində halal olan alış-verişin növləri: (nağd, nisyə və sələm)

1. Nəğd alış-verişdə mal müştəriyə və onun qiyməti (məsələn pulu) satıcıya təqdim olunur.

2. Nisyə alış-verişdə mal müştəriyə və onun qiyməti müəyyən zamandan sonra satıcıya ödənilir. (nisyə alış-verişdə zamanın müəyyən olunması şərtdir.)

3. Sələm alış-verişdə malın qiyməti öncədən satıcıya verilir və müəyyən müddətdən sonra mal müştəriyə təhvil verilir.

Xatırlatma:

- El arasında işlənən "sələm" “riba-faiz” mənasındadır. Dini mətnlərdə isə, "sələm" anlayışı tamami ilə ribadan fərqli olan bir alış-veriş növüdür.
- Sələmə sələf və muhavicdə deyilir.
- Riba alış-veriş növü İslam dinində haram alış-verişlərdən sayılır.

#fiqh #terminlər #islam_ticarəti

Tural Salmanov
Yükün tikandırsa,özün əkmisən,gərçi ipəkdirsə özün tikmisən.

#Mövlana

http://www.tgoop.com/dusuncevarsa
Mühüm bir mətləbə toxunmaq istəyirəm. Son zamanlar gözlənilməz ölüm xəbərləri, məxsusən tanıdığımız simaların vəfat etməsi ürəklərdən ağır bir daş asıb.

Bu situasiya özəlliklə iki yöndən qəlblərə nüfuz edir.
Birinci nöqtə öz əhlinə xasdır ki, bu örtüyü qaldırmaq niyyətimiz yoxdur. Onlar Rəbbinin hüzurundadırlar, hansı aləmdə olmalarından asılı olmayaraq.

Gələk, ikinci nöqtəyə. Bu ləhzələrdə şeytanın barmağı öz işin görməkdədir. Hədəf isə insanı Rəbbinə qarşı küskünləşdirib, yə's- məyusluq haləti yaratmaqdır. Müqəddəs kitab isə bu haləti kafir dəstənin sifəti olaraq vurğulayır.

Bu halda qəlbə xovf yeridərək titrək vəziyyətdə saxlayır. Sanki hər an Yaradandan təhlükə toxunacağı illüziyasını şəkilləndirir. Guya ki, dünya bizim möhkəm qalamızdır ki, ordan bir addım kənara atsaq, həlak olarıq. Bu da öz növbəsində getdikcə panik atak və s. kimi mental xəstəliklər törədir.

Halbuki dünya da, qəbir də, Qiyamət səhnəsi də Allahın hüzurudur. Onun qəzəbindən yeganə qaçış elə Onun Özünə tərəfdir. Biz Yaradan barəsində gözəl gümanda olmalıyıq ki, qarşılığın görək. Məsələ təkcə günah-savab kriteriyası ilə bağlanmır. Rəbb bizim qəlbimizə baxır. Biz Ona sığınacaq yerimiz olaraq baxırıq, yoxsa...?! Allah bizi əfv eləsin.

O böyüklüyün Sahibinə qarşı qara düşüncələr ən aşağısı cinayətdir. Onun rəhməti hər şeyi öz qucağına alıb. O, rəhm eləməyəndə kim eləyəcək?!

Axirətdəki Allah elə burdakı Allahdır.
2025/02/17 01:30:31
Back to Top
HTML Embed Code: