Telegram Web
Yas yerində Azərbaycan dilində Quran

Deyilənə görə deputatlardan kimsə təklif verib ki, Quran yas yerlərində Azərbaycan dilində oxunsun.
Əlbəttə, şəxsən bəndə nəinki bununla razıyam, hətta vacib hesab edirəm. Amma bu şərtlə ki, molla ərəbcə oxuyandan sonra öz dilimizdə camaata Quranı tərcümə və mümkün qədər şərh (təfsir) eləsin ki, insanlar başa düşsünlər.
Deməli, deputatın bu təşəbbüsü insanların Quranı başa düşməsi üçündürsə gözəl təşəbbüsdür. Yox, əgər bu, bir pantürk zehninin məhsuludursa onda uğursuz addımdır.

Yeri gəlmişkən qəbiristanlıqlarda başdaşı əvəzinə sinədaşının üzərində mərhumun ad-familiyasından əlavə "hərdən özün də aç Quran oxu!", "Bir gün sən də bura gələcəksən", "Sən özünə gün ağla" məzmunlu cümlələr də yazılsın.

#İbrətamiz
#Quran
@fisabilillah14
Çünki bəzi insanlar dünyada ikən həm Axirəti, həm dünyanı düşünüb dünyadan qazanclı çıxıblar. Bəziləri isə Axirəti unudub ancaq dünyadan tutublar deyə uduzublar.

#İbrətamiz
#Şəxsiyyət
#Hədis
T.me/Fisabilillah14
Mətni zəhmət olmasa oxuyun və mümkün qədər yardım edin

Zərdabın Çallı kəndində dəhşətli yanğın nəticəsində faciəli həyat yaşayan, ana və bacısı yanğında ölən, özü isə yanaraq tanınmaz hala düşən uşağın əməliyyatı üçün yardım aksiyası davam edir. Artıq bir çox insanlar yardım ediblər. Siz də imkan daxilində - 1 manat da olsa, yardım edin və əməliyyat üçün təcili lazım olan 15 min manat yığılsın. Həmin pul yığılsa, uşaq əməliyyat olunacaq və inşallah, sağlamlığına qovuşacaq. Siz də köçürdüyünüz məbləğin çekini istəsəniz bizə atın, paylaşaq, digərlərinə də təşviq olsun. Bu paylaşımın daha çox insanı görməsi üçün paylaşmağı da unutmayın. İnşallah, sizlərin, bizlərin sayəsində 15 min manat yığılacaq. Buna tam əminəm. Allah rizasına biganə qalmayın.
Bank hesabı:
4169 7388 8074 7856 (Kapitalbank). MR. PARVIN AHMADOV
Uşağın atası Pərvin Əhmədovun da əlaqə telefonunu da yazırıq, istəyənlər zəng vurub daha ətraflı maraqlana bilər: 050 970 71 76

#Yardım
@fisabilillah14
Torpağlara getdi

(Şeir)

Fikrim necə bir an yenə o bağlara getdi,
Bir ah elədim, ahım uçub dağlara getdi.


Düzlük və ədalət aradan getməməliydi,
Qaldıqca cahan mülkü bu axmağlara getdi.


Bir çoxları heç bilmədi dünya necə yerdir,
Bənd oldu gəlib gündə oyuncağlara getdi.


Çox arzu gül açdı və solub qaldı ürəkdə,
İnsan ilə birgə qara torpağlara getdi.


Zalım önə keçməzdi, qalardı ayaq altda,
Pul payladı ətrafdakı yaltağlara getdi.


Alçaqları yüksəklərə qaldırdılar əfsus,
Yüksəkləri tapşırdılar alçağlara getdi.


Var-dövləti Qasim, yuxu gördün ki, bölürsən,
Bir hissəsi zindandakı dustağlara getdi.

Q. Səfərov
#Şeir
26.01.23
@fisabilillah14
Əslində belə olmalıdır. Təəssüflər olsun ki, iş əslindən çıxıb, başqa cür olub.

T.me/Fisabilillah14
İkinci Qarabağ müharibəsi qazisi özünü yandırdı. Sionist mediası Tehran hadisəsini sionistcəsinə qələmə verdikləri halda bu hadisəni azərbaycanlı kimi işıqlandırmırlar. Mövzu tapıldı sionist media üçün.

T.me/Fisabilillah14
Allahın adı ilə!

Allahın salamı, rəhməti və bərəkəti olsun üzərinizə!

Bəzən gözəl şəkillər də insanın ruhunun dincəlməsinə səbəb olur. Bəlkə də hər zaman.

Allaha təvəkkül və təvəssüldən bəhrələnin!

T.me/Fisabilillah14
Dostlar, evlərinizdə olan müctəhid risalələrini oxuyub onlara uyğun əməl edin. Çünki bəzi şəri məsələlər var ki, onlara səhlənkarlıq ucbatından düzgün əməl etməsən (təqsiri səhv olsa), məsələn, soruşa, risaləyə baxa bilərdin, amma etməmisən, ciddi tutmamısan, o zaman boynuna vəzifə gəlir. Yəni, yenidən gərək öyrənib düzgün şəkildə qəza edəsən.

@fisabilillah14
Dəstəmaz və qüsul alarkən qüsulda bədənin və dəstəmazda qeyd edilən əzaların hər yerinə su çatmalıdır. İynə ucu qədər də yuyulmamış yer qalmamalıdır ki, qüsul və dəstəmaz düzgün olsun.

#Şəri_hökm
@fisabilillah14
Allahın adı ilə!

Dostlar, bir müddət bu kanalda fəaliyyətdə ola bilməyəcəyik. İnşallah qismət olsa bir müddət sonra xidmətdə varıq. İltimasi dua varımızdır.

@fisabilillah14
Allahın izni ilə bir müddət sonra fəaliyyətə T.me/Fi_sabilillah14 kanalında davam edəcəyik.
Hər gün paylaşımlarımıza baxan, istifadə edən qardaş və bacılar bizimlə qalmaq istəsələr yeni kanala abunə olsunlar. Artıq orda fəaliyyətə davam edəcəyik.

👇👇👇👇👇
@fi_sabilillah14
Allahın adı ilə!

Neçə gündən bir bu kanalda elan yazıb xəbərdarlıq edirik. Ta ki, gec gec kanala baxanlar da agah olub yeni kanala gəlsinlər. Bu kanalda paylaşım olmayacaq.

Bu 👇 kanala buyurun: @fi_sabilillah14
Dostlar, bəzilərinə qəribə gələr və soruşurlar ki, niyə 1000 nəfərdən çox abunəçisi olan @fisabilillah14 kanalından yeni @fi_sabilillah14 kanalına keçib yenidən başladıq. Xüsusi səbəb yoxdur. Gördüyünüz kimi ad həmin ad, şəkil, format və məzmun həmindir. Sadəcə iki səbəb var. Biri budur ki, köhnə kanaldan təzə kanala keçənlərin kanalımızdan istifadə etmələrini anladıq. Çünki kanaldan istifadə edirsənsə yenə də həmin kanala üzv olacaqsan. Deməli, elanı görüb yeni kanala gələnlər görünür ki, xala - xətir üçün kanalımızda deyildilər. İkincisi budur ki, 1000-dən çox abunə olsa da bir çoxları görünür abunə olub kanalı yaddan çıxarıblar, kanaldan istifadə etmirlər. Paylaşımların baxış sayı belə deməyə əsas verir. Ona görə də mədəni bir formada onlar bu üsulla bizimlə vidalaşırlar.
Köhnə kanal təqribən bir ay müddətində qalacaq. Bir aydan bir kanala baxanlar da elanı görüb qoşula bilərlər. Bir aydan sonra köhnə kanal silinəcək.
Doğrusunu Allah bilir!

P.S. Yeri gəlmişkən, "xala - xətir" sözündəki xala sözünün niyə işlədilməsi qaranlıqdır. Yəqin, başqa sözdür, dildən - dilə keçərək dəyişib xala şəklinə düşüb. Ya da ki, ilk dəfə bu sözü işlədən kiminsə xalasının xətrinə iş görüb və o vaxtdan belə qalıb. Hər halda araşdırmamışıq.

Doğrusunu Allah bilir!
Bütün müvəffəqiyyət Allahdandır!

Bu 👇 kanaldayıq
@fi_sabilillah14
Dostlar, @fi_sabilillah14 kanalına təşrif gətirin... Artıq orda davam edirik.
Forwarded from Fi səbililləh
https://www.tgoop.com/Mentiq_dersleri

Dostlar, məntiq dərslərimizə qoşulmaq istəyən buyursun.
Fisəbililləh
https://www.tgoop.com/Fi_sabilillah14/163
👆bu kanala təşrif buyurun!
Allahın adı ilə!
Salam əleykum!

Bu kanalda yeni nəsə paylaşılmır. Yeni ünvanımız: T.me/Fi_sabilillah14 👈 bu kanalda davam edirik.
2024/12/22 06:14:52
Back to Top
HTML Embed Code: