Warning: Undefined array key 0 in /var/www/tgoop/function.php on line 65

Warning: Trying to access array offset on value of type null in /var/www/tgoop/function.php on line 65
- Telegram Web
Telegram Web
Ümmət üçün dualar edin...
🌼 Peyğəmbərimiz salləllahu aleyhi və səlləm belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arası onun üçün nur olar.”

{Sahihul Cəmi 6470`}
Cümənin son saatlarıdır
💎İsmi Azam duaları:

1⃣Allahın ən əzəmətli bu adları ilə dua edənin duası qəbul edilər və istədiyi verilər. [1]

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللهُ بِأَنَّكَ الْوَاحِدُ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

Allahummə inni əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə li zunubi, innəkə əntəl-ğafurur-rahim.

Allahım, Sənə yalvarıram! Ey Allah, Sən Təksən, (heç kəsə və heç nəyə) Möhtac deyilsən, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayansan. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən. [2]


[1] İbn Macə, 3847, 3857; əl-Albani səhih olduğunu bildirmişdir.
[2] əl-Albani bu hədisi "səhih" hesab etmişdir. «Səhih ən-Nəsai», 1/280.


2⃣Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu duanı edən kəs haqqında demişdir: "Canım əlində Olana and olsun ki, o, Allahın elə bir əzəmətli adı ilə dua etdi ki, onunla nə dua edilərsə cavab verilər və istədiyi verilər". [1]

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ وَحْدَكَ لاَ شَرِيكَ لَكَ، الْمَنَّانُ، يَا بَدِيعَ السَّمَوَاتِ وَاْلأَرْضِ، يَا ذَا الْجَلاَلِ وَاْلإِكْرَامِ، يَا حَيُّ، يَا قَيُّومُ، إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ

Allahummə inni əs'əlukə bi ənnə ləkəl-həmd, lə ilahə illə əntə vəhdəkə lə şərikə ləkə, əl-mənnanu, yə bədi'as-səməvati val-ard, yə zəl-cələli val-ikram, yə həyyu, yə qayyum, inni əs'əlukəl-cənnətə və əuzu bikə minən-nər.

Allahım, Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram! [2]


[1] «Sifətus-Saləh», 186.
[2] "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər. Bax: «Səhih ibn Macə», 2/329.

3⃣Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu duanı edən kəs haqqında demişdir: "Canım Əlində Olana and olsun ki, artıq Allahdan Onun Əzəmətli adı ilə istədin. Hansı ki, bu adla dua etsən cavab verilər və istədiyi verilər". [1]

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

Allahummə inni əs'əlukə bi ənni əşhədu ənnəkə əntəllahu lə ilahə illə əntəl-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd.

Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa məbud yoxdur. Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən! [2]


[1] ət-Tirmizi, 3475. əl-Albani bu hədisi "səhih" hesab etmişdir.
[2] Bax: «Səhih ibn Macə», 2/329 və «Səhihu-t-Tirmizi», 3/163.

✍🏻@RADsuresi28

🌿Paylaşaraq xeyrə səbəb olun.
👆🏻Təsəvvür edirsinizmi, Ramazanda ümrə etmək, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə həcc etmək kimidir...
🎯 Dərk eləsək...
🎯🎯🎯 Vallahi...
Allahla səxavət yarışına girənlər bilirlər ki, daim Allah qalib gəlir. Yəni insan başqalarına yardım etdikcə, malından Allah yolunda xərclədikcə, Allah ona daha çox verir.
🩸Hər bir xəstəliyə şəfa olan Hicama günləri:

18 fevral - 19 Şaban
20 fevral - 21 Şaban

Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir:

"İstifadə edə biləcəyiniz ən gözəl müalicə hicamadır" {Sahiheyn}

●“Kim ayın on yeddisi, on doqquzu, iyirmi biri qan aldırarsa, bu (onun üçün)
💡 HƏR BİR XƏSTƏLİYƏ  ŞƏFA OLAR.”


{Əbu Davud 3861. Albani, sahihul cami 5968.}

✍🏻 @RADsuresi28 

🌿 Paylaşaraq xatırladın və xeyrə səbəb olun!
Otel Aziziyyadadır.
Otel Aziziyyadadır.
🕋👆🏻 Bunlar yeni ekonom paketlərdir. Ucuz olmağının səbəbi, otelin Kəbə Məscidinə olan məsafəsinə görədir.
🕋 Ümrədə qrup rəhbəri Vüqar Qurbanovdur.
Vaxt azalıb, yerlər isə məhduddur. İndən belə özü bilet alıb getmək istəyənlər nəzərə alsın ki, artıq otellərin qiyməti Ramazana görə çox yüksəkdir. Ramazanda ən münasib seçim şirkətlə getməkdir. Artıq neçə ildir ki, bizim Ramazanda səyahət seçimimiz xidmətin rahat, qiymətin münasib olmasına görə ANSAR TRAVEL şirkətidir.

Telegramda @VuqarAbuMuhammad ilə əlaqə saxlaya bilərsiz.

0777500260 nömrəsi ilə votsapdan əlaqə saxlaya bilərsiz
Şeyx Süleyman ər-Ruheyli hafizahullah buyurur:

"Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək, ən fəzilətli əməllərdəndir. Bir dəfə salavat gətirsən, Allah sənə 10 dəfə salavat deyər (səni tərif edər), 10 günahın silinər, 10 dərəcən qalxar. İndi düşün, eger iki dəfə salavat gətirsən necə? Bəs üç dəfə? ...."

("Kitabut Tauhid"in şərhi, Peyğəmbər məscidi, 30.09.16)
📣📣📣 İndi canlı dərsimiz olacaq burda.

🎙 Vüqar Qurbanov
Live stream finished (45 minutes)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌿Siz də ona salavat deyin.

إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا

Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua(salavat) verib kamil ədəb-ərkanla salamlayın.

{Əhzab surəsi, 56}
@RADsuresi28
🤲🏻 Dua vaxtıdır.

🇦🇿 Uca Allah ölkəmizə bəxş elədiyi əmin-amanlığı qorusun. Düşmənlərimizə bizə qarşı bir daha fürsət verməsin.

Fevralda qar yağanda Xocalını xatırlamamaq olmur...

Allaha sonsuz həmd olsun ki, bu gün Xocalının və digər işğaldan azad olunmuş ərazilərin sakinləri öz yurdlarında məskunlaşmağa başlayıb.

Şükür neməti artırır və bərəkətli edir. Gəlin bu cümənin son saatında Rəbbimizə bəxş elədiyi bütün nemətlərə görə şükür edək. Bu nemətlərə səbəb olanlara dualar edək.

Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Rəhbərimizə və bütün müsəlman rəhbərlərə güclü iman, əzmkarlıq və güc-qüvvət versin. Bütün müsəlman ölkələrinə əmin-amanlıq bəxş eləsin.
2025/02/21 15:44:24
Back to Top
HTML Embed Code: