Telegram Web
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Nə var ki, loqarifm yerinə təzə söz fikirləşib tapmağa? Yüceliksel, artışsay, özlümseli, saykalka, yalıçapkını, bulurumbak. Bizanslılar o 100 liranı 88 ilin inflyasiyası ilə bir yerdə hesablayıb atsınlar mənim Birkartıma. Kartın nömrəsini şəxsidə yazacam.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu videonu qollandiyalardan bir tanışımız göndərdi. Ölümünün 750 illiyi münasibətilə filosof, ilahiyyatçı və xristian övliyası Akvinalı Fomanın kəllə sümüyü Antverpen universitetində sərgilənmək üçün gətirilir. Bu yevropaların çox tühaf mərasimləri var imiş.
Bunu da bir tanışımız göndərdi. Kamal müəllimin romanının rusca tərcüməsidir. Başlıq heç qüsurlu da deyil ha, birbaşa səhvdir, yalnışdır. Hələ fəxrlə tərcüməçini də titul vərəqində qeyd ediblər. Qatıq bankası nepolnı olur, əlyazma isə, məsələn, bir variant deyim, neokonçennı.
Aqşin Yenisey Nazim Hikmətə diss atır. 😁

Hacı, o boyda İstanbul Darülfünununda türk dili və ədəbiyyatı oxumusan, di cavab ver bu yoldaşa, dilçəyini görək.
Bizim kitablarda belə qeydlər görəndə dərhal bilirəm ki, əksinə, redaktor mətni vəhşicəsinə kəsib doğrayıb, ideoloji-siyasi mülahizələrə görə babat təmizləmə aparıb. Necə ki, Axundovun komediyalarının son nəşrlərində çar hökuməti haqqında müsbət yerləri kəsib atırlar, yaxud Dilbər Axundzadənin xatirələrindən Müşfiqin Ermənistan səfəri haqqında yerləri çıxarıblar, ya da Çəmənzəminlinin mühacirətdəki müsavatçılarla mətbu polemikaları yeni nəşrlərdə yoxdur. Bunun adı heç senzura da deyil ha, konkret çuşkalıqdır.
Bəstəkar Cəlal Abbasovun portret-konserti haqqında təəssüratlarımı bölüşüm. Düzdür, Cəlal müəllim sovet dövründə partiya tarixindən dərs deyən dosentlər kimi yorucu və cansıxıcı danışdı, amma mahiyyəti üzrə danışdı və mənim nəzərimdə portret alındı.

Qısaca onu deyim ki, musiqisi qətiyyən xoşuma gəlmədi. Dörd əsərdən az-maz xoşuma gələn yeganə əsəri—vokal silsiləsi əslində romantik pafos idi, auditoriyanın daha çox xoşuna gələn simli kvartet isə Segah muğamının instrumentirovkası. Yəni forma var, texnika var, amma ideya və orijinal yaradıcılıq yoxdur. Cəlal müəllim mənə görə bəstəkardan daha çox musiqi mühəndisidir.

Məndə belə təəssürat yarandı ki, əgər Sovet İttifaqı dağılmasaydı, Cəlal müəllim Böyük Oktyabr inqilabının 100 illiyi münasibətilə partiyanın sifarişi əsasında Moskvada ifa olunmaq üçün yaxşı bir oratoriya yaza bilərdi və bu oratoriya 15 respublikadan biri olan Azərbaycan SSR-nin kvotasına uyğun olaraq Kremlin Qurultaylar Sarayında təntənəli surətdə ifa olunar və mərkəzi qəzetlərin birinci səhifələrində redaksiya məqalələrində atəşin alqışlarla qarşılanardı.

Cəlal müəllim sovet Azərbaycan bəstəkarı, vaxtilə Konservatoriyanın rektoru və Bəstəkarlıq kafedrasının müdiri olmuş Əşrəf Abbasovun oğludur. Əşrəf Abbasov həmçinin Böyük Vətən müharibəsində (41-45) iştirak edib, müharibə qəhrəmanı və veteranı olub. Mənim anladığım qədərilə, Əşrəf Abbasov həm öz nüfuzundan, həm də musiqi təşkilatçılığı sahəsində səlahiyyətlərindən istifadə edərək oğlunu əvvəlcə musiqiyə, sonra musiqişünaslığa, sonra da bəstəkarlığa gətirib, lazımı adamlara və lazımı yerlərdə, necə deyərlər, tapşırıb. Yəqin oğlunun böyük bəstəkar olmağını istəyirmiş.

Cəlal müəllim mənə (bu publik çıxışı əsasında deyirəm) təvazökar, çalışqan, vicdanlı, intellektual, ziyalı bir insan—moderator Firudin Allahverdi haqqında yerində zarafatını əksinə parafraz etsək, moderato təsiri bağışladı. Yəni öz səriştəsi, istedadı, bacarığı və imkanları haqqında adekvat təsəvvürlərə malikdir. Özü də yaxşı anlayır ki, hətta tam gücü ilə çalışsaydı da, maksimum ortabab bir bəstəkar ola bilərdi, buna görə də vaxtilə forma və texnikaya və musiqi təşkilatçılığına və musiqi tədrisinə fokuslanıb. Yəni təkcə tapşa arxayın olmayıb, özü də qarışqa kimi işləyib. Məndə belə təəssürat yarandı. Ola bilər ki, yalnışdır.

Cəlal müəllim çıxışında bir maraqlı məsələyə toxundu. Bir məqamda özündə belə qənaətə gəlib ki, əsas texnika və formaya fokuslanmalıdır (çünki başa düşüb ki, ideya və orijinal yaradıcılıq ortaya qoya bilmir). Həm də dedi ki, tələbələrə forma və texnikanı mümkün qədər əhatəli öyrətməyə çalışır və sair və ilaxır. Yəni dediklərindən belə çıxdı ki, qoy tələbələri musiqinin zanaat tərəfinə tam hakim olsunlar, sanat tərəfi özlərində olacaqsa, yaxşı əsərlər yaradacaqlar.

Bu yerdə Cəlal müəllimin demədiyi (deyə bilmədiyi) bir məqamı isə mən özüm üçün belə yozdum. Sətirlərarası oxumaq kimi. Müəllim dedi ki, mən özüm də başa düşürəm ki, məndə sanat tərəfi alınmadı, bir şey çıxara bilmədim, amma buna görə ruhdan düşüb zanaat tərəfini də yola verməmişəm, vicdanım təmizdir.

O violonçelisti isə atın quyruğuna bağlayıb Niyazi küçəsilə üzüaşağı buraxmaq lazımdır!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Musiqi tədbirləri haqqında belə yazıları əslində mən yox, musiqişünaslar və musiqi tənqidçiləri yazmalıdır. Amma yazmırlar. Niyə yazmırlar? Bir az uzaqdan gələcəm.

2008-2009-cu illərdən mütəmadi olaraq klassik və müasir sənət musiqisi tədbirlərinə gedirəm, mediada konsertlər və musiqi, bəstəkarlar və musiqiçilər haqqında yazılan mətnləri izləməyə çalışıram. Necə deyərlər, milli musiqişünaslıqda ölçü meyarı itib, musiqi tənqidi sahəsində ağ tükü qara tükdən ayırmaq olmur. Tərif tərif qoynunda, tərif dəvə boynunda, dəvə də Şirvan yolunda.

Təsəvvür edin, musiqişünaslarımıza qulaq asırsan, məlum olur ki, Qara Qarayev də dahidir, Musa Mirzəyev də. Firəngiz Əlizadə də böyük sənətkardır, Pikə Axundova da. İş o yerə çatıb ki, hansısa qocaman bəstəkar furşetdə lələ-gülə yeyəndə burnuna mayonez yaxılır, onu da qorxurlar deməyə ki, müəllim, burnunuza mayonez bulaşıb, onu silin, çünki Üzeyir bəyin yadigarıdır, Qara müəllimin tələbəsidir. Nəticədə hamı dəymədüşər, nejnı marojna olub. Tək-tük yaxşı istisnalarla heç kim də ortaya bir iş qoymaq istəmir. Çünki motivasiya yoxdur.

Orkestr və ya musiqiçi bərbad ifa edir, musiqi tənqiçiləri ayaq üstdə alqışlayır. Bəstəkar xaltura yazır, musiqi tənqidçiləri mətbuatda bəy tərifi sallayır. Vokalistlər xoruz buraxır, musiqi tənqiçiləri qulaqlarını tutur. Hətta konsertlərdə dinləyicilər diqqətlə qulaq asır, amma musiqişünaslar mürgüləyir. Konsertdə yatan, mürgüləyən musiqişünasları və musiqi tənqidçilərini şəxsən dəfələrlə görmüşəm.

Azərbaycanda musiqişünaslıq və musiqi tənqidi çevrilib olub böyük bir qəbiristanlıq. Hər yerdə ağ Karrara mərmərindən qəbirlər. Hələ dirilər üçün də qəbirlər hazırlanıb, gözləyirlər ki, öləndə ora uzandırsınlar. Fəxri qarovul 24/7 düzülüb, 15 dəqiqədən bir həm ölülər, həm gələcəkdə öləcək olanlar üçün göyə yaylım atəşi açır.

Mən dinləyiciyəm, konsertə estetik zövq üçün gedirəm. Uzaqbaşı, getməyə bir yer qalmasa, açıb YouTube-dan Klempererin və ya Xaytinkin köhnə lent yazılarına qulaq asacam. Bu problemlər haqqında musiqi icması fikirləşməlidir. Azərbaycan sənət musiqisi nəinki inkişafdan qalır, hətta deqradasiyaya uğrayır. 10-15 il əvvəl Bakıda eşitdiyimin mürəkkəb bir musiqi parçasını ifa etmək üçün bu gün Bakıda musiqiçi tapılmır. Bana sorarsanız, eyni şəhərdir. Evterpaya sorarsanız, tamam başqa şəhərdir.

Nəticəsini sizə deyim. Bu yaxınlarda dövləti-aliyyəmiz ərəb ölkələrində yumşaq güc nümayişi əməliyyatı həyata keçirdi. Qətərdə, Omanda və opera teatrı olan digər ərəb ölkələrində Fikrət Əmirovun «Min bir gecə» baletini tamaşaya qoydular. İngilisdilli ərəb mətbuatından yazıları, revyuları oxudum. Sosial şəbəkələrdə bəzi rəyləri gördüm. Ərəblər hayıl-mayıl olub. Vətənimizə tərif üstünə tərif deyirlər.

Fəqət amma və lakin bu baleti tamaşaya qoyan truppa hangisidir? Vladivostok balet truppası. VLADİVOSTOK BALET TRUPPASI. Utanmırsız, ay musiqişünaslar, musiqi tənqidçiləri? «Min bir gecə» baletini xarici qastrollara aparmaq üçün dövləti-aliyyəmiz gedib Vladivostokdan balet truppası gətirməyə məcbur olub. Bəs Bakıdakı o boyda zırıltı nədir? Pisdirsə, niyə vaxtında demirdiz ki, özlərini düzəltsinlər? Nəyə görə saxlayırıq o boyda teatrı, kollektivi, təsisatı? Vladivostok baleti ildə bir dəfə gəlib bizdə də «Min bir gecə» baletini göstərə bilər.
Burada daha dərin problem var, dəyərli admin, Azərbaycanda tənqidin dairəsi aydan aya, həftədən həftəyə daralır. Əvvəllər, 10-15 il qabaq bilirdik ki, təxminən kimləri tənqid etmək olmaz. Onda deyirdik ki, siz niyə istisna olmalısız, siz istisna olanda yavaş-yavaş hamı özünə bu müstəsna münasibəti tələb edəcək, axırda da Vətənimiz olacaq gül-bülbül—əslində adı gül-bülbül, özü isə bostan. Bizə qulaq asmadılar. Bu da nəticəsi. İndi hətta şərti olaraq Nərimanabad camaatını da tənqid etmək olmur, çünki bütün respublika bilir ki, Nərimanabad cayılları ancaq səcdədə diz çökürlər. Xalqımızın qəhrəmanı Ramazan Qədirovdan da camaat videoüzr praktikasını öyrənib, adicə TikTokerlərimiz də tənqidi komment yazanları tutub canlı yayımda başlarına yaz yağışı yağdırırlar.

Burada məntiq çox sadədir. İzah edim. Məsələn, hörmətli Anar müəllim görür ki, mediada ona sağdan da, soldan da döşəyirlər, amma tutaq ki, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin deputatı Zaur Şükürov haqqında tənqid yazmaq olmaz. Anar müəllim əslində tolerant insandır, amma bir gün bezir və nəhayət telefonun dəstəyini götürüb müvafiq bir nömrəyə zəng edir və deyir ki, sizdən bir şey soruşum, mən, Anar Rzayev, Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri, döşü orden-medallı bir ziyalı, atam Rəsul, anam Nigar, ikisi də Xalq şairi, yəni mənim bir deputat qədər də hörmətim yoxdur? Qayıdırlar ki, o nə sözdür, Anar müəllim, əstəğfürullah. Anar müəllim də qayıdır ki, yaxşı, bəs sizin filan saytınızda filankəs niyə mənim haqqımda ağzına gələni yazır?

Nakam şairin sözləri ilə bitirsək, nə olacaq bu işlərin sonu, bilmirəm.
Səhəri bu xoş xəbərlə açırıq. Vətənə, millətə xeyirli olsun. Bəs mən də guya cəlilabadlıları tənqid etməyə hazırlaşırdım, yekə bir mətn də yazmışdım. Belə başlayırdı ki, utanmırlar, özlərindən Həməşəra adlı tarixi şəhər uydurublar, guya Cəlilabad şəhərinin 4 min il yaşı var imiş. Qaldı ad kalendas Graecas.
Bir məsələ var, Buzovna camaatı ona da əncam çəksəydi, çox pakizə olardı. Xalq yazıçısı, hörmətli Elçin müəllim bu günlərdə guya elmi-fantastik «hekayə» yazıb. 2092-ci ildir, fizik S. Qafarlının nəticəsi Sara yeni sevgilisi ilə Yer-Ay-Mars turist səfərindən geri qayıdıb. Qafarlı da fikirləşir ki, 99 yaşı var, kosmosa turistik səyahət üçün çox gecdir, ona görə gedir Yasamal qəbiristanlığına, qəbirlərə tamaşa edib öz dədə-baba kəndini yada salır. Vallah, süjet elə bundan ibarətdir. İndi o əncam çəkiləsi məsələ də budur ki, bu biabırçı mətndə «Buzovna» sözü var, özü də eyni cümlədə iki dəfə keçir. Bu «hekayə»dən «Buzovna» sözünü necəsə çıxarmaq lazımdır, həm kəndin adına, həm milli ədəbiyyatımız adına ayıbdır.
Xalq yazıçısı, hörmətli Elçin müəllimin bu günlərdə yazdığı guyamış elmi-fantastik «hekayəsindən». İki dəfə diqqətlə oxudum, ümid edirəm ki, yadımdan çıxan qalmadı.

Birinci abzas bir cümlədən ibarətdir, və bir cümlədə аж 5 dəfə fizika sözü işlədib.
«Mimmy»—Ritual Mobil Teatrının yeni tamaşası. Bosniya müharibəsi zamanı Sarayevoda mühasirədə yaşayan Zlata Filippoviçin gündəlikləri əsasında.

15 Aprel saat 19:30
O2 teatrında
Yusifbəy İbrahimli 6а (Baksovet)

Biletlər üçün 🎟
Xalq yazıçısı, hörmətli Elçin müəllimin ssenarisi əsasında çəkilmiş yeni Netflix serialından bir kadr. 2092-ci il, paralel dünyalardan biri. Kvant fiziki, həm də təcrübəli çekist polkovnik S. Qəzənfərli başqa bir paralel dünyaya kommunizm quruculuğuna dəstək üçün göndərdiyi pionerlər Rəşid və Zərifəyə təlimatları təkrarlayır. Uşaqları yola salandan sonra polkovnik S. Qəzənfərli uçan xidməti maşınına minir, sürücüyə deyir ki, uçduq Yasamal qəbiristanlığına. Gəlib qəbirlərə baxır və dədə-baba kəndi Qovaxlı yadına düşür. Fleşbek səhnəsi. Ayaqyalın tifil arxdan su içir. Nənəsi bayatı deyə-deyə sacın üstündə kətə bişirir. Sayalı inək otlayır. Çəmənliyə göydən bir uçan boşqab düşür. Uçan boşqabdan tifilin atası düşür. Atası Proksima Kentavrdan ezamiyyətdən qayıdır. Oğluna şirinquş gətirib. Tifil qaça-qaça atasına doğru gedir. Epizodun sonu.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mükəmməl səhnədir. Azərbaycanlılar. 😎
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Trotskinin Stalinlə şəxsi tanışlığı baş tutur 1913-cü ildə Vyanada bakılı oliqarx, molokan Skobelevin menşevik oğlunun mənzilində. Stalin Trotskini uzaqdan tanıyır, hətta eyni partiya iclaslarında olublar, amma Trotski ona indiyə qədər diqqət yetirməyib.

Stalin o biri otaqda Leninin göstərişi ilə yəhudi sosialistlər əleyhinə böyük bir məqalə yazır, tezisləri Krakovda görüşdə Lenin şəxsən özü verib. Yəhudi Bronşteynin onda a priori düşmənçilik və qaraqabaq konsentrasiya görməsi təsadüfi deyil. Həmin vaxt Lenin Qorkiyə göndərdiyi məktubunda deyir: «У нас один чудесный грузин засел и пишет большую статью». Stalin imzası ilk dəfə bu məqalənin altında peyda olacaq.

Hələ Vyanada kimlər var, kimlər var. Stalin bayıra çox çıxmır. Trotski isə Cafe Central-a gedəndə qonşu masada Doktor Freydi görür. Hətta Hitler də Vyanadadır. Vitgenşteyn amma gedib Keymbricə. Bakıda Skobelevlərin dəyirmanında da indi ingilis səfarətxanası yerləşir.
2025/04/11 18:44:07
Back to Top
HTML Embed Code: