Telegram Web
Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur. Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.
İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evində atasının qəbrinin yanında dəfn olunmuşdur.


@dini_paylasimlar 🕋
"Bir gün küçədə bir qoca kişi gördüm. Soyuq havada yerdə yatmışdı. Yaşım az olduğu üçün, heç nəyim yox idi ona kömək edim. Həmin gecə yataqda yatmaq mənə əziyyət verirdi, yuxu gözümə getmirdi. O gecə quru yerdə yatdım. İstədim həmin qocanın əziyyətinə şərik olum. Quru yerdə yatdığıma görə soyuqlandım. Amma ruhum həmin gecə şəfa tapdı.."

Şəhid Mustafa Çəmran🕊️
"Qırx gün dəstəmazlı olun , ilahi rəhmət qapılarının bir -bir üzünüzə necə açıldığını görəcəksiniz."

Şəhid Səccad Zəbərcədi
Duanın qəbulu duadan əvvəl gəlir.Heç vaxt deməyin ki, hər nə dua edirəm , duam qəbul olmur.Allah istəməsəydi, siz dua belə edə bilməzdiniz.Bilin , əgər Allahla razu - niyaz ediriksə, bunu Allah istəyib ki, bizə nəsib olub".

Hacı İsmayıl Dolabi(r.ə)
⚜️Dünyada ən çox satılan dərman, psixoloji gərginlik və yaşam ümidini itirməyə qarşı işlədilən dərmanlardır.
İmam Məhdinin (ə) adını çəkib onu xatırlamaq insana ümid verir və onu psixoloji gərginliklərdən xilas edir. Qəlblərə işıq verir, parlaq gələcəyi göz önünə gətirir. İnsanların hər yer və hər şeydə axtardığı rahatlıq o həzrətin zikrində toplanıb.

Ürəyiniz darıxarkən "Məhdi"ni səsləyin.

@dini_paylasimlar 🕋
⚜️Kaşki elə bir qılıncım ola ki, Cəhalətin başını kəsə biləm...

Muxtar Səqəfi
⚜️Üç alim birləşib bir şübhəyə belə cavab verdilər

"əl-Hilal" jurnalının təsisçisi və 23 romanın müəllifi Livanlı xristian yazar Corci Zeydan (ö. 1914) dörd cildlik "Tarixu Aadabi Luğətil-Ərəbiyyə" kitabında şiələrin İslam mədəniyyətindəki rolunu aşağılayaraq yazır ki, "şiələr kiçik bir tayfa idilər, İslamın elmi və mədəni irsində gözəçarpacaq bir əsərləri olmayıb və hazırda dünyada şiə yoxdur".
Corci Zeydanın qərəzli niyyətlə deyilmiş bu sözünü eşidən on doqquzuncu əsrin şiə alimləri Seyid Həsən Sədr, Şeyx Ağabozorq Tehrani və Məhəmmədhəsən Kaşiful-Ğita buna cavab vermək qərarına gəldilər.
Seyid Həsən Sədr şiə alimlərinin elmi fəaliyyətlərini və İslami elmlərin təsisi və təkmilləşdirilməsi yönündə zəhmətlərini göstərmək üçün "Təsisuş-Şiə li-Ulumil-İslami" (445 səhifə), Şeyx Ağabozorq Tehrani şiə alimlərinin yazdıqları əsərlərin sayını göstərmək üçün 29 cilddə "əz-Zəriə ila təsanifuş-şiə" kitablarını yazdılar və Məhəmmədhəsən Kaşiful-Ğita "ən-Nuqud və ər-Rudud" (digər adı: "əl-Muraciat ər-reyhaniyyə") kitabını yazaraq Corci Zeydanın cavabını verdilər.
⚜️Dəmirçilərin sıxıcı məngənələri var, bir parça dəmir üzərində işləmək istəyəndə onu məngənənin arasına qoyurlar. Allah da belədir. Kiminsə üzərində işləmək istəyirsə, onu problemlərin məngənəsinə qoyur, sonrada onun üzərində işləyir. Çətinliklər Allahın sevgisinin əlamətidir.

Şeyx İsmail Dulabi
⚜️Bir dəfə bir bərbər bir müsəlman kişinin saçını kəsirdi və bunlar arasında maraqlı söhbət başlayır.

Bərbər müsəlmana deyir: “Mən Allahın varlığına inanmıram”.

Müsəlman soruşdu: “Niyə inanmırsınız?”

Bərbər dedi: “Dünyada bu qədər bədbəxtlik və xaos var. Əgər Allah olsaydı, bu qarışıqlıq, çətinlik olmazdı”.

Müsəlman dedi: “Mən də bərbərlərin varlığına inanmıram.”

Bərbər çaşqın halda soruşdu: "Nə demək istəyirsiniz?"

Müsəlman bərbərə dedi: “Sən bayırda uzun saçlı çoxlu adamları görürsənmi?”

Bərbər dedi: “Bəli, görürəm”.

Müsəlman dedi: “Əgər bərbərlər olsaydı, uzun və dağınıq saçlı insanlar olmazdı”.

Bərbər dedi: "Biz axı varıq, ancaq insanlar gəlib bizə saçlarını kəsdirmirlər!"

Müsəlman daha sonra dedi: “Doğrudur. Onlar saçlarını kəsdirmək üçün gəlib sizə müraciət etmirlər. Allah da mövcuddur, lakin insanlar hidayət üçün, çətinliklərdən yaxa qurtarmaqdan ötrü Allaha üz tutmurlar. Ona görə də dünyada çoxlu qarışıqlıq, çətinlik, xaos var.
Forwarded from Post Bot
Yeni tədris ilində sizə lazım olacaq kanallardan yararlanmaq üçün seçim edin, ən keyfiyyətli kanallara abunə olun, imtahanlarınıza ödənişsiz hazırlaşın ⤵️

@toplu_admini
Almaz necə yarandı?
Almaz nadir və olduqca qiymətli bir
daşdır. Bu daş Şərqdə qüdrət, şücaət,
müdriklik rəmzi sayılıb. Ona görə çox vaxt
qüdrət sahibləri taclarına almaz daşı
taxırdılar.
Almaz çox möhkəm daşdır, amma eyni
zamanda da çox kövrəkdir.
Almaz cızıq götürmür, amma almazın
köməyi ilə möhkəm cisimləri kəsirlər,
yarırlar.
Hacı Qasim Süleymani da almaz daşı
kimi nadir idi, həm də şücaətli və müdrik idi.
O, vilayət tacının bəzəyi idi.
Hacı Qasim Süleymaninin qəlbi almaz
kimi idi. Döyüşlərdə iradəsi çox möhkəm idi,
kimsə ona bir cızıq sala bilməzdi, amma bir
şəhid övladı, bir məzlum görəndə qəlbi
kövrəlirdi, kövrək almaz kimi çilənirdi.


(Sərdara həsr olunan, Almaz necə yarandı kitabından)
İmam Baqir (ə) Füzeylə belə buyurmuşdur:

“Bizim dostlarımızı gördüyün zaman onlara salamımızı çatdırıb de ki, Allah dərgahında təqvadan başqa qurtuluş yolu yoxdur (və ondan başqa sizin üçün bir şeyə qadir deyiləm). Odur ki, dillərinizi qoruyub, əllərinizi (günahdan) saxlayın. Sizə səbir və namazı tövsiyə edirəm. Əlbəttə, Allah səbir edənlərlədir.”

Dəaimul-İslam, c 1, səh 133.
Həzrət Əli (ə) buyurub:

“Birinci səcdə yə’ni, mən torpaqdanam!”
“Səcdədən qalxmaq dünya həyatına işarədir.”
“İkinci səcdə ölmək və torpaqda yatmaqdır.”
“Səcdədən qalxmaq qiyamət səhnəsinə gətirilməyə işarədir.” 

“Sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxaracağıq”

(Taha surəsi, ayə 55) də bu nöqtəyə işarədir.

Bihar, 82-ci cild, səh 139.
Allahın adı ilə:

Həzrəti Peyğəmbər (s) buyurub:

طَلَبُ اَلْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ وَ مُسْلِمَةٍ

"Elm öyrənmək bütün müsəlman kişi və xanımlara vacibdir"

Hörmətli və dəyərli din qardaşlarımız! Sizləri sıfırdan keçiriləcək hövzə dərslərinə dəvət edirik. Dərslər birbaşa Ayətullah Seyyid Samsamuddin Qəvvami həzrətlərinin nəzarəti və inayəti altında keçiriləcək. Mədrəsənin proqramını müvəffəqiyyətlə bitirən tələbələr Həzrəti Qaim (ə.f) elmi hövzəsinin sertifkatını alacaq. Sünnəti hövzələrdən fərqimiz artıq və vaxt aparan dərsliklərin keçirilməməsi, eyni zamanda tələbəni qısa müddətdə ictihada aparan zəruri elmlərin öyrədilməsidir. Dərslərdə hazır-qaib aparılacaq. Kimin üzürsüz səbəbdən 3-dən artıq qaibi olarsa, imtahana buraxılmayacaq. Eyni zamanda imtahandan kəsilən tələbələr də,  növbəti mərhələyə keçirilməyəcək. Dərslər tam ödənişsizdir. Dərslərdə fərqlənən tələbələrə mədrəsəmiz adından bəzi hədiyyələr və güzəştlər olunacaq. Dərslər sıfırdan ictihada qədər olmaqla bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə
Quran, Fars dili,Ərəb dili, əhkam, (sərf-nəhv), Əqaid və Kəlam, Məntiq, Hədis elminin tarixi, Vilayəti-Fəqih nəzəriyyəsi və s. dərslər keçiriləcəkdir.

Hədəfəmiz, hər bir tələbənin bir İmam, bir müdür olaraq yetişməsidir.

Qeydiyyatdan keçmək istəyən qardaşlar, aşagıda yazılan nömrəylə whatsapp vasitəsilə əlaqə saxlaya bilərlər. 👇👇👇

+994702622227

Qeyd: Dərslər yalnız kişilər üçün nəzərdə tutulub, lütfən xanımlar yazmasın.
Tələb olunanlar: şəxsiyyət vəsiqəsinin şəkili.

Müvəffəqiyyət Allahdandır.
⚜️Onlar gedəcəkləri yerin ən gözəl yer olduğuna inanan, imanlı, yaxşı insanlardır.

Qəzzada axtarış-xilasetmə əməliyyatları zamanı,
namaz fasiləsi..
İlahi, Onun ömrünü uzun et, əcəlini artır, onu vali etdiyin, habelə etməsini istədiyin işlərdə kömək et. Kəramətini ona artır ki, o, Hadi (hidayət edən), Mühtədi (hidayətə çatan) və Qaim Mehdidir. O, Tahir (pak), Təqi (təqvalı), Nəqi (seçilən), Zəki, Rəzi (razı qalan), Mərzi (razı qalınan), Sabir (səbirli olan), Müctəhid (çalışqan), Şəkurdur (şükür edəndir).

İlahi, onun uzun olan qeybi və ondan xəbərsiz olduğumuza görə ona yəqin etməyi əlimizdən alma. Onun xatirəsini, intizarını, ona imanı və zühuruna olan yəqin qüvvəmizi, ona olan duamızı və salamımızı yadımızdan çıxartma. O həddə qədər ki, qeybinin uzun olması zühur və qiyamından bizi naümid etməsin.

Şeyx Əmrinin (Allah ruhunu müqqəddəs etsin) göstərişi ilə Qaimin(ə.f) qeyb dövründə edilən duadan bir hissə..
📖Kamalud-din və təmamun-nemət,səh.611
Əylənmək gəncin haqqıdır, hüququdur. Amma bu əyləncədə həqiqi mənəvi bir zövq olmalıdır. Sonunda təəssüf, peşmançılıq, narkomaniya, alkoqolizm, qanunsuz övladlar - bu olmamalıdır!

Şeyx Orxan Məmmədov

@dini_paylasimlar 🕋
Allahın adı ilə:

Qeydiyyatın bitməsinə 1 həftə qaldı

Həzrəti Peyğəmbər (s) buyurub:

طَلَبُ اَلْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ وَ مُسْلِمَةٍ

"Elm öyrənmək bütün müsəlman kişi və xanımlara vacibdir"

Hörmətli və dəyərli din qardaşlarımız! Sizləri sıfırdan keçiriləcək hövzə dərslərinə dəvət edirik. Dərslər birbaşa Ayətullah Seyyid Samsamuddin Qəvvami həzrətlərinin nəzarəti və inayəti altında keçiriləcək. Mədrəsənin proqramını müvəffəqiyyətlə bitirən tələbələr Həzrəti Qaim (ə.f) elmi hövzəsinin sertifkatını alacaq. Sünnəti hövzələrdən fərqimiz artıq və vaxt aparan dərsliklərin keçirilməməsi, eyni zamanda tələbəni qısa müddətdə ictihada aparan zəruri elmlərin öyrədilməsidir. Dərslərdə hazır-qaib aparılacaq. Kimin üzürsüz səbəbdən 3-dən artıq qaibi olarsa, imtahana buraxılmayacaq. Eyni zamanda imtahandan kəsilən tələbələr də,  növbəti mərhələyə keçirilməyəcək. Dərslər tam ödənişsizdir. Dərslərdə fərqlənən tələbələrə mədrəsəmiz adından bəzi hədiyyələr və güzəştlər olunacaq. Dərslər sıfırdan ictihada qədər olmaqla bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə
Quran, Fars dili,Ərəb dili, əhkam, (sərf-nəhv), Əqaid və Kəlam, Məntiq, Hədis elminin tarixi, Vilayəti-Fəqih nəzəriyyəsi və s. dərslər keçiriləcəkdir.

Hədəfəmiz, hər bir tələbənin bir İmam, bir müdür olaraq yetişməsidir.

Qeydiyyatdan keçmək istəyən qardaşlar, aşagıda yazılan nömrəylə whatsapp vasitəsilə əlaqə saxlaya bilərlər. 👇👇👇

+994702622227

Qeyd: Dərslər yalnız kişilər üçün nəzərdə tutulub, lütfən xanımlar yazmasın.
Tələb olunanlar: şəxsiyyət vəsiqəsinin şəkili.

Müvəffəqiyyət Allahdandır.
2024/09/29 22:09:48
Back to Top
HTML Embed Code: