Telegram Web
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q

📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 1⃣3⃣6⃣.

وَجَعَلُواْ لِلّهِ مِمِّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالأَنْعَامِ نَصِيبًا فَقَالُواْ هَـذَا لِلّهِ بِزَعْمِهِمْ وَهَـذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلاَ يَصِلُ إِلَى اللّهِ وَمَا كَانَ لِلّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَآئِهِمْ سَاء مَا يَحْكُمُونَ

🗣"(Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: "Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!”

🔘Nöqtələr.

Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər. Bir dəfə oğlanları öz payları, qızları Allahın payı sayırlar. Bəzən də məhsul və mal-qaranı Allahla bütlər arasında bölürlər. Müşriklər elə düşünürlər ki, bütlərin payı toxunulmazdır. Bu payı bütxana və onun xidmətinə xərcləyirdilər. Allahın payını isə «Allah ehtiyacsızdır» deyə bütxanaya xərcləməkdən çəkinmirdilər. Onlar bu payı körpələrə, yoxsullara və qonaqlara xərcləmək barədə düşünmürdülər.

🌸Bildirişlər.

1⃣. Əkinçilik və heyvandarlıqda insanın rolu olsa da, amma bu işə bərəkət verən əsil xaliq Allahdır.

2⃣. Zəkat qanunu, qazancın bölünməsi xurafat şəklində olsa da, qədim dinlərdə də nəzərdə tutulmuşdur.

3⃣. Müşriklər bütləri Allahın şəriki bilsələr də, Allahın xüsusi bir mövqeyə, izzətə, var-dövlətə malik olduğunu bildirirdilər. Onlar itkilərini Allahın payından çıxır və deyirdilər: "O, ehtiyacsızdır.”

4⃣. Peyğəmbərlərin risaləti xurafatla mübarizədən ibarətdir.

📌 http://T.me/Nur_tefsiri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://www.tgoop.com/elminseheri

İmam Baqir (ə) buyurub:

"Hər kim öz içində Allahın (c) hökm etdiyi hər hansı bir şeyə dair narahatlıq (narazılıq və ya qüsur) hiss etsə, küfrə düşmüşdür və hər kim Onun gördüyü işlərdən nəyisə inkar etsə, (Onu) danmışdır (Ona iman gətirməmişdir)!"

📚(ət-Tovhid, bab 61, hədis 13.)

🌌Gecənin sahibinə əmanət olun..

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🆔https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
🆔Whatsapp kanalımız xidmətinizdədir.
🌞::::Günümüz günahsız keçsin:::::🌞

📌ƏGƏR RUHUMUZ DAHA BÖYÜK OLARSA.

İnsanın sinəsinin geniş olması və bəlaya səbir edəcək tutumunun olması, bəlanı görməməkdən daha mühümdür. Necə ki, insanın ləzzətləri duymaq üçün istedadının olması, ləzzət almasından daha mühümdür. Əgər ruhumuz daha böyük olsa, artıq kiçik, maddi ləzzət və bəlalar bizi məşğul etməyəcək, daha böyük ləzzət və bəlaların əhli olacağıq...

✍🏻#ƏlirzaPənahian

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://www.tgoop.com/elminseheri

🆔https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
🗓️Çərşənbə axşamının duası🤲🏻

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ وَ الْحَمْدُ حَقُّهُ كَمَا يَسْتَحِقُّهُ حَمْدا كَثِيرا وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ نَفْسِي اِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلا مَا رَحِمَ رَبِّي وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ الشَّيْطَانِ الَّذِي يَزِيدُنِي ذَنْبا إِلَى ذَنْبِي وَ أَحْتَرِزُ بِهِ مِنْ كُلِّ جَبَّارٍ فَاجِرٍ وَ سُلْطَانٍ جَائِرٍ وَ عَدُوٍّ قَاهِرٍ اللَّهُمَّ اجْعَلْنِي مِنْ جُنْدِكَ فَاِنَّ جُنْدَكَ هُمُ الْغَالِبُونَ وَ اجْعَلْنِي مِنْ حِزْبِكَ فَاِنَّ حِزْبَكَ هُمُ الْمُفْلِحُونَ وَ اجْعَلْنِي مِنْ أَوْلِيَائِكَ فَاِنَّ أَوْلِيَاءَكَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي فَاِنَّهُ عِصْمَةُ أَمْرِي وَ أَصْلِحْ لِي آخِرَتِي فَاِنَّهَا دَارُ مَقَرِّي وَ إِلَيْهَا مِنْ مُجَاوَرَةِ اللِّئَامِ مَفَرِّي وَ اجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ وَ الْوَفَاةَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ تَمَامِ عِدَّةِ الْمُرْسَلِينَ وَ عَلَى آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ أَصْحَابِهِ الْمُنْتَجَبِينَ وَ هَبْ لِي فِي الثُّلَثَاءِ ثَلاثا لا تَدَعْ لِي ذَنْبا إِلا غَفَرْتَهُ وَ لا غَمّا إِلا أَذْهَبْتَهُ وَ لا عَدُوّا إِلا دَفَعْتَهُ بِبِسْمِ اللَّهِ خَيْرِ الْأَسْمَاءِ بِسْمِ اللَّهِ رَبِّ الْأَرْضِ وَ السَّمَاءِ أَسْتَدْفِعُ كُلَّ مَكْرُوهٍ أَوَّلُهُ سَخَطُهُ وَ أَسْتَجْلِبُ كُلَّ مَحْبُوبٍ أَوَّلُهُ رِضَاهُ فَاخْتِمْ لِي مِنْكَ بِالْغُفْرَانِ يَا وَلِيَّ الْإِحْسَانِ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim Əlhədu lillahi vəl həmdu həq-quhu kəma yəstəhiqquhu həm-dən kəsira, və əuzu bihi min şərri nəfsi, innən nəfsə ləəm-marətun bis su, illa ma rəhimə rəbbi və əuzu bihi min şərriş şəytanilləzi yəziduni zənbən ila zənbi, və əhtərizu bihi min kulli cəbbarin facirin və sultanin cair, və əduvvin qahir, Əllahumməcəlni min cundikə fəinnə cundəkə humul ğalibun, vəcəlni min hizbikə fəinnə hiz-bəkə humul muflihun, vəcəlni min əvliyaikə fəinnə əvliyaəkə la xəvfun ələyhim və la hum yəhzənun, Əllahummə əslih li dini fəinnəhu ismətu əmri, və əslih li axirəti fəinnəha daru məqərri, və iləyha min mucavərətil liami məfərri, vəcəlil həyatə ziyadətən li fi kulli xəyr, vəl vəfatə rahətən li min kulli şərr, Əllahummə səlli əla Muhəmmədin xatəmin nəbiyyin, və təmami iddətil mursəlin, və əla alihit təyyibi-nət tahirin, və əshabihil mun-təcəbin, və həbli fis suləsai səlasən la tədə li zənbən illa ğəfərtəh, və la ğəmmən illa əzhəbtəh, və la əduvvən illa dəfətəh, bibismillahi xəyril əsma, bismillahi rəbbil ərzi vəs səma, əstədfiu kullə məkruhin əvvəluhu səxətuh, və əstəclibu kullə məhbubin əvvəluhu rizah, fəxtim li minkə bil ğufran, ya vəliyyəl ehsan.

Tərcümə:

Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun çoxluca haqqıdır. Sığınıram Allaha öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir, yalnız Allahın rəhm etdiyindən başqa! Sığınıram Allaha günah üstə günah artıran şeytanın şərindən; Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin və qəzəbli düşmənin şərindən! Allahım, məni Öz ordundan qərar ver ki, yalnız sənin ordun doğru yoldadır; məni övliyalarından qərar ver ki, yalnız övliyaların üçün qorxu yoxdur, onlar qəm-qüssə bilməzlər! Allahım, dinimi islah et ki, din mənim işlərimi qoruyur; axirətimi islah et ki, daimi mənzilim, lənətlənmişlərdən qaçacağım yer oradadır; mənim üçün həyatı hər xeyirdə artım səbəbi buyur; ölümü hər bir şərdən asudəlik qərar ver! Allahım, salam yetir peyğəmbərlərin sonuncusu, elçilər sırasını tamamlayan Məhəmmədə, onun pak-pakizə Əhli-beytinə və seçilmiş səhabələrinə! Çərşənbə axşamı mənə üç nemət əta et: bütün günahlarımı bağışla, bütün pərişanlıqları məndən uzaqlaşdır, bütün düşmənlərimi dəf et; adların ən üstünü olan Allah adıyla, yer və göyün Rəbbinin adıyla, başlanğıcı Onun qəzəbi ilə olan hər pislikdən uzaq dayanıram və başlanğıcı Allahın razılığı olan hər xeyir işi özümə doğru çəkirəm. Allahım, işimi öz tərəfindən bağışlanma ilə başa çatdır; ey ehsan sahibi!

https://www.tgoop.com/elminseheri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://www.instagram.com/elmin_seheri/

🗓Təqvim.

☀️Bu gün:

2⃣-Çərşənbə-axşamı.

🌙Hicri qəməri: 3 Cəmadiul-əvvəl 1446.
☀️Hicri şəmsi: 15 Aban 1403.
🌍Miladi: 5 Noyabr 2024.

☀️Bu gün əlaqələnib:

❤️İmam Əli Zeynul-abidin (ələyhis-səlam) və
❤️İmam Muhəmməd Baqir (ələyhis-səlam) və
❤️İmam Cəfər Sadiq (ələyhis-səlam) ilə.

☀️Bu günün zikrləri.

📿Ya ərhəmər-rahimin (100dəfə).

  - یا اَرْحَمَ الرّاحِمین

📿Ya Əllahu ya Rəhmanu (1000 dəfə).

- یا الله یا رحمان

📿Ya Qabizu (903 dəfə).
(Hacətə yetişmək üçün)
- یا قابض

☀️Bu günün mühüm hadisələri:

Bu gün xüsusi bir münasibət yoxdur.
 
📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q

📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 1⃣3⃣7⃣.

وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاء اللّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

🗣"Beləcə, (bütlər və onların xadimləri,) onların şərikləri övladın öldürülməsini bir çox müşriklər üçün (bütlərə qurbanlıq adı ilə) gözəl göstərdilər ki, onları məhvə sürükləyib, ayinlərini çətinləşdirsinlər. Əgər Allah istəsəydi, belə etməzdilər. (Onların qarşısını məcburi şəkildə alardı.) Onları toxuduqları yalanlarla birgə boşla.”

🔘Nöqtələr.

Ətin və mal-qaranın Allahla Onun büt şərikləri arasında bölünməsi müşriklərə gözəl göründüyü kimi, bütlərin yolunda övladları şeytanın vəsvəsəsi ilə öldürmələri də gözəl cilvələnmişdi.
"Yurduhum” sözü həlak etmək mənasını bildirir.
Müşriklər ya qızı əskik sayıb diri-diri torpağa basdırır, ya da ona xərc çəkmək imkanları olmadığını bəhanə gətirib qətlə yetirirdilər. Bəzən də bunu bir növ bütlərə yaxınlıq sayırdılar. Bütün bunlar bir növ təlqin idi.

🌸Bildirişlər.

1⃣. Xurafat insanı elə bir hala salır ki, öz övladını ağac və daş bütə qurban kəsir və bununla iftixar edir.

2⃣. Günahkarlar öz vicdanlarını sakitləşdirmək üçün hətta övladlarının qətlə yetirilməsinə də bir don geyindirirlər.

3⃣. Tənqiddə insafı gözləyək. Hamını eyni bilməyək.

4⃣. Günaha don geyindirmək və çirkin işləri bəzəmək fəlakət və süqut amilidir.

5⃣. Xurafata meyl dinin saxtalaşdırılması səbəbidir.

6⃣. Peyğəmbər məcbur etməyə yox, bəyan etməyə məsuldur. Əgər bir dəstə onu eşitmirsə, o başqa bir dəstənin sorağına gedir.

7⃣. Günahkarların düşüncə və rəftarı haqpərəstləri süstləşdirməməlidir.

8⃣. Allaha şərik qoşmaq Ona qarşı iftiradır.

📌 http://T.me/Nur_tefsiri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://www.instagram.com/elmin_seheri/

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Həzrət İmam Əli (ə) buyurub:

"Mələklər şərab (içki), dəf, tənbur (musiqi aləti) və nərd (qumar aləti) olan evə daxil olmazlar. (Həmin ev əhlinin etdiyi) dualar qəbul olunmaz və (xeyir) bərəkət onlardan götürülər!"

📚(Vəsailuş-şiə, cild 17, səh 315, hədis 13.)

🌌Gecənin sahibinə əmanət olun..

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🆔https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q
Kanalımıza daxil olub,abunə olmağı rica edirik.
🌞:::::::Günün...Xütbəsi:::::::🌞

🌻Allahın Səlamı Olsun Əhli beyt dostlarının üzərinə inşəAllah🌻

🌻Bağışlayan və Mehriban Allah'ın adı ilə..🌻

Şəhidlərin qəribə cazibəsi.

Şəhidlər maraqlı cazibəyə sahibdirlər. Şəhidlərin sağlam ruhlu insanlarda qoyduğu maqnit təsiri təsəvvür olunası deyil. Bu cazibə, pak və nurani qəlbləri qiymətləndirmə meyarıdır.

🖊️UstadƏlirza Pənahian

🌅Günümüz günahsız keçsin..

📖ELMİN ŞƏHƏRİ📖
İslam Mədəni-Maarif Mərkəzi
🆔https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
🗓️Çərşənbə gününün duası🤲🏻

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ اللَّيْلَ لِبَاسا وَ النَّوْمَ سُبَاتا وَ جَعَلَ النَّهَارَ نُشُورا لَكَ الْحَمْدُ أَنْ بَعَثْتَنِي مِنْ مَرْقَدِي وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَدا حَمْدا دَائِما لا يَنْقَطِعُ أَبَدا وَ لا يُحْصِي لَهُ الْخَلائِقُ عَدَدا اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّيْتَ وَ قَدَّرْتَ وَ قَضَيْتَ وَ أَمَتَّ وَ أَحْيَيْتَ وَ أَمْرَضْتَ وَ شَفَيْتَ وَ عَافَيْتَ وَ أَبْلَيْتَ وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ أَدْعُوكَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِيلَتُهُ وَ انْقَطَعَتْ حِيلَتُهُ وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَى فِي الدُّنْيَا أَمَلُهُ وَ اشْتَدَّتْ إِلَى رَحْمَتِكَ فَاقَتُهُ وَ عَظُمَتْ لِتَفْرِيطِهِ حَسْرَتُهُ وَ كَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهُ فَصَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ ارْزُقْنِي شَفَاعَةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لا تَحْرِمْنِي صُحْبَتَهُ اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ اللَّهُمَّ اقْضِ لِي فِي الْأَرْبَعَاءِ أَرْبَعا اجْعَلْ قُوَّتِي فِي طَاعَتِكَ وَ نَشَاطِي فِي عِبَادَتِكَ وَ رَغْبَتِي فِي ثَوَابِكَ وَ زُهْدِي فِيمَا يُوجِبُ لِي أَلِيمَ عِقَابِكَ اِنَّكَ لَطِيفٌ لِمَا تَشَاءُ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim

Əlhəmdu lillahilləzi cəələl ləylə libasən vən nəvmə subata, və cəələn nəharə nuşura, ləkəl həmdu ən bəəstəni min mərqədi, və ləv şitə cəəltəhu sərməda, həmdən daimən la yənqətiu əbəda, və la yuhsi ləhul xəlaiqu ədada, Əllahum-mə ləkəl həmdu ən xələqtə fəsəvvəytə və qəddərtə və qə-zəytə və əməttə və əhyəyt, və əmrəztə və şəfəytə və afəytə və əbləyt, və ələl ərşistəvəyt, və ələl mulkihtəvəyət, ədukə duaə mən zəufət vəsilətuh, vənqətəət hiylətuh, vəqtərəbə əcəluh, və tədani fid dunya əməluh, vəştəddət ila rəhmə-tikə faqətuh, və əzumət litəfri-tihi həsrətuh, və kəsurət zəllə-tuhu və əsrətuh, və xəlusət li-vəchikə təvbətuh, fəsəlli əla Muhəmmədin xatəmin nəbiy-yin, və əla əhli bəytihit tahirin, vərzuqni şəfaətə Muhəmmədin səlləllahu ələyhi və alih, və la təhrimni suhbətəhu innəkə əntə ərhəmur rahimin, Əllahum-məqzi li fil ərbəai ərbəənic`əl quvvəti fi taətik, və nəşati fi ibadətikə və rəğbəti fi səvabik, və zuhdi fima yucibu li əlimə iqabik, innəkə lətifun lima təşa.

Tərcümə:

Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin. Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vasitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur. Salam yetir peyğəmbərlərin sonuncusu Məhəmməd və onun pak Əhli-beytinə! Məhəmməd səlləllahu ələyhi və alihi və səlləmin şəfaətini mənə ruzi et, məni onunla yoldaşlıqdan mərhum etmə ki, Sən rəhm edənlərin ən rəhmlisisən! Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, həqiqətən, Sən istədiyinlə müdara edirsən!

https://www.tgoop.com/elminseheri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q
🗓Təqvim.

☀️Bu gün:

3⃣-Çərşənbə-günü.

🌙Hicri qəməri: 4 Cəmadiül-əvvəl 1446.
☀️Hicri şəmsi: 16 Aban 1403.
🌍Miladi: 6 Noyabr 2024.

☀️Bu gün əlaqələnib:
 
❤️İmam Musa Kazim  (ələyhis-səlam) və
❤️İmam Əli Rza (ələyhis-səlam) və
❤️İmam Muhəmməd Cavad (ələyhis-səlam) və
❤️İmam Əli Hadi (ələyhis-səlam) ilə.

☀️Bu günün zikrləri.

📿Ya Həyyu Ya Qayyum (100).

  - یا حَیُّ یا قَیّوم

📿Həsbiyəllahu və neməl-vəkil (1000).

- حسبی الله و نعم الوکیل

📿Ya Mutəal (541).
(Hər iki dünyada izzət üçün)

- یا متعال

☀️Bu günün mühüm hadisələri:
 
Bu gün xüsusi bir münasibət yoxdur

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q

📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 1⃣3⃣8⃣.

وَقَالُواْ هَـذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لاَّ يَطْعَمُهَا إِلاَّ مَن نّشَاء بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لاَّ يَذْكُرُونَ اسْمَ اللّهِ عَلَيْهَا افْتِرَاء عَلَيْهِ سَيَجْزِيهِم بِمَا كَانُواْ يَفْتَرُونَ

🗣"Müşriklər (öz düşüncələri ilə) dedilər: "Bu mal-qara və əkinlər qadağandır. Və bizim istədiklərimizdən (bütxana xadimlərindən) başqaları ondan yeməsin. Bunlar minik üçün haram olmuş heyvanlardır. Bir heyvanlardır ki, onlar üçün (zibh zamanı) Allahın adı çəkilməz.” (Bu hökmləri) yalandan Allaha aid etdilər. Allah tezliklə onları iftiralarının əvəzi olaraq cəzalandıracaq.”

🔘Nöqtələr.

"Hicr” qadağa mənasını bildirir. "Hicarə” və "təhcir” isə elə bir məntəqədir ki, başqalarının ora daxil olması üçün daşlarla maneə yaradılmışdır. "Hicre-İsmail” elə bir yerdir ki, daş divarla ətrafdan ayrılmışdır. Ağıl da "hicr” adlanır. Çünki ağıl insanı çirkinliklərdən uzaq saxlayır.
Ötən iki ayədə əkin və heyvanlardan Allaha və bütlərə ayrılmış payla bağlı müşriklərin xurafi əqidələri bəyan olundu. Bu ayədə isə bütlərin payının necə sərf olunmasından danışılır. Həmin paydan bütxana xidmətçilərindən savay kimsə istifadə edə bilməz.
Bu ayəyə əsasən müşriklər dörd baxımdan yollarını azmışdılar: Bəzi dördayaqlıların haram sayılması; bəzi əkin məhsullarının haram sayılması; bəzi dördayaqlılara süvar olmanın qadağan edilməsi; heyvanları kəsərkən Allahın adının çəkilməməsi.
Quran bildirir ki, Allah dördayaqlıları onlara süvar olmaq və ətindən istifadə etmək üçün yaratmışdır. Quran əti halal olan heyvanların haram sayılmasını cahil bir bidət kimi tanıtdırır. Bu məsələ "Maidə” surəsinin 103-cü ayəsində də bəyan olunmuşdur.
İslam hətta heyvanlara münasibətdə azğınlıqları qəbul etməyən hərtərəfli bir dindir. Əgər İslam dini heyvanlardan istifadənin qadağasını qəbul etmirsə, təbii ki, insanların, təbii sərvətlərin sərmayə və istedadların istifadəsiz saxlanmasını daha ciddi məzəmmət edəsidir.

🌸Bildirişlər.

1⃣. Dinin hökmləri zənn-güman, xəyal, qiyas, bəyənməyə yox, Allahın nəzərlərinə əsaslanır.

2⃣. Peyğəmbərlərin əsas vəzifələrindən biri xurafatla mübarizədir.

3⃣. Halalların qadağası, haramların halal sayılması Allaha iftiradır.

4⃣. Bidətçilər öz uydurma qanunlarının cəzası intizarında olsunlar.

📌 http://T.me/Nur_tefsiri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

📌Allahın Peyğəmbəri (s) buyurub:

“İşlərinizi gizlincə həll edin. Hər bir nemət sahibinin nemətinə həsəd olunur”.

📚(Camiul-əxbar, səh 290, hədis 3(1031).)

🌌Mehriban Allah'a əmanət olun..

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🎦https://youtu.be/i88DSM3pQ1Q

🆕 Şiəşünaslıq dərsləri-10

🈁 Şiə məzhəbini iranlılarmı yaradıb?

⏺️İlahiyyatçı Tural Salmanov

▶️İzlə 🆗Bəyən 🔠Rəy_yaz ↗️Paylaş
👍🏻Bəyənməyi unutmayaq

Qeyd: Şiəşünaslıq dərsləri və Kanalımız müxaliflər tərəfindən şikayət olunur.
Xahiş edirik video izləyin, bəyənin və rəy yazın
Paylaşmaqla bizə dəstəy olun
https://www.instagram.com/elmin_seheri/

💐Allahın Səlamı Olsun Əhli beyt dostların üzərinə inşəAllah💐

💐Bağışlayan və Mehriban Allah'ın adı ilə💐

NİYƏ MÜVƏFFƏQİYYƏTLƏRİMİZ DAVAMLI DEYİL?!

Biz insanlar hər hansı nemətə və müvəffəqiyyətə görə məğrur olduğumuz zaman əslində elə oradaca dayanırıq. Beləliklə də nəinki yeni nemət və müvəffəqiyyət əldə etmirik, hətta əlimizdə olanları da itiririk. Kaş ki, ilahi rəhmətdən məhrum olmamaq üçün məğrur olmamağı bacara və sahib olduğumuz hər şeyin Allahdan olduğunu anlaya bilərdik.

#ƏlirzaPənahian

🌅Günümüz günahsız keçsin..

📖ELMİN ŞƏHƏRİ📖
İslam Mədəni-Maarif Mərkəzi
🆔https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
🗓️Cümə gününün duası🤲🏻

Ərəbcə:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ قَبْلَ الْإِنْشَاءِ وَ الْإِحْيَاءِ وَ الْآخِرِ بَعْدَ فَنَاءِ الْأَشْيَاءِ الْعَلِيمِ الَّذِي لا يَنْسَى مَنْ ذَكَرَهُ وَ لا يَنْقُصُ مَنْ شَكَرَهُ وَ لا يَخِيبُ مَنْ دَعَاهُ وَ لا يَقْطَعُ رَجَاءَ مَنْ رَجَاهُ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَ كَفَى بِكَ شَهِيدا وَ أُشْهِدُ جَمِيعَ مَلائِكَتِكَ وَ سُكَّانَ سَمَاوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ وَ مَنْ بَعَثْتَ مِنْ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَنْشَأْتَ مِنْ أَصْنَافِ خَلْقِكَ أَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ لا عَدِيلَ وَ لا خُلْفَ لِقَوْلِكَ وَ لا تَبْدِيلَ وَ أَنَّ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُكَ وَ رَسُولُكَ أَدَّى مَا حَمَّلْتَهُ إِلَى الْعِبَادِ وَ جَاهَدَ فِي اللَّهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ وَ أَنَّهُ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ وَ أَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ اللَّهُمَّ ثَبِّتْنِي عَلَى دِينِكَ مَا أَحْيَيْتَنِي وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ شِيعَتِهِ وَ احْشُرْنِي فِي زُمْرَتِهِ وَ وَفِّقْنِي لِأَدَاءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا أَوْجَبْتَ عَلَيَّ فِيهَا مِنَ الطَّاعَاتِ وَ قَسَمْتَ لِأَهْلِهَا مِنَ الْعَطَاءِ فِي يَوْمِ الْجَزَاءِ اِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim Əlhəmdu lillahil əvvəli qəbləl inşai vəl ihya, vəl axiri bədə fənail əşyail əlimilləzi la yənsa mən zəkərəh, və la yənqusu mən şəkərəh, və la yəxibu mən dəah, və la yəqtəu rəcaə mən rəcah, Əllahummə inni uşhi-dukə və kəfa bikə şəhida, və uşhidu cəmiə məlaikətikə və sukkanə səmavatikə və həmə-ləti ərşik, və mən bəəstə min ənbiyaikə və rusulik, və ənşətə min əsnafi xəlqik, ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə ləkə və la ədil, və la xulfə liqəvlikə və la təbdil, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, ədda ma həmməltəhu iləl ibad, və cahə-də fillahi əzzə və cəllə həqqəl cihad, və ənnəhu bəşşərə bima huvə həqqun minəs səvab, və ənzərə bima huvə sidqun minəl iqab, Əllahummə səbbitni əla dinikə ma əhyəytəni, və la tuziq qəlbi bədə iz hədəytəni, vəhəb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, səlli əla Muhəmmədin və əla ali Mu-həmməd, vəcəlni min ətbaihi və şiətih, vəhşurni fi zumrətih, və vəffiqni li ədai fərzil cumuat, və ma əvcəbtə ələyyə fiha minət taat, və qəsəmtə liəhliha minəl ətai fi yəvmil cəza, innəkə əntəl əzizul həkim.

Tərcümə:

Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv və dəyişiklik yoxdur. Şəhadət verirəm ki, Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, savabla bağlı haqq-həqiqəti yaxşı mükafatla müjdələdi və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma və mənə öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Salam yetir Məhəmməd və onun Əhli-beytinə; məni onların ardıcılı və şiələrindən qərar ver, onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, Sənsən iqtidar və hikmət sahibi!

https://www.tgoop.com/elminseheri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🗓Təqvim.

5⃣-Cümə.

🌙Hicri qəməri: 6 Cəmadiul-əvvəl 1446.
☀️Hicri şəmsi: 18 Aban 1403.
🌍Miladi: 8 Noyabr 2024.

☀️Bu gün əlaqələnib:

🕋Zamanın sahibi, on ikinci imam, həzrət Məhdi (əccələllahu fərəcəh) ilə.

☀️Bu günün zikrləri.

📿Əllahummə salli ələ Muhəmmədin və əli Muhəmməd və əccil fəracəhum. (100-dəfə).

 - اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَعَجِّلْ فَرَجَهُمْ

📿Ya zəl-cələli vəl-ikram (1000-dəfə).

- یا ذاالجلال و الاکرام

📿Ya Nuru. (256-dəfə).
(Əziz olmaq üçün)
- یا نور

☀️Bu günün mühüm hadisələri:
 
Bu gün xüsusi bir münasibət yoxdur.

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🎦https://youtu.be/pm-1K3sIL1w

⏺️ Xanım Zəhra Qadınların zirvəsi

🈁 Ayətullah Seyyid Əli Xamanei

🌹Bayramınız Mübarək Olsun🌹

▶️İzlə 🆗Bəyən 🔠Rəy_yaz ↗️⤵️Kanala abunə olmağı unutmayaq
Bağışlayan və Mehriban Allahın adı ilə..

🌷ŞABAN AYİNİN 15- Cİ GESİNİN ƏMƏLLƏRİ.

Nimeyi-Şəban və ya şaban ayinin orta gecəsi Qədr gecəsindən sonra ən üstün gecədir. Allah Rəsulunun (s) buyurduğuna əsasən, insanların ruzisi, ömrü və Həcc ziyarəti ilə şərəflənməsi bu gecə müəyyən olunar. İslam təqvimində dua və ibadətlərin qəbulu, insan və insanlığın taleyinə təsiri baxımından özünəməxsus əhəmiyyət kəsb edən bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunur. Həmin gecənin bəzi əməlləri aşağıdakılardır:



✍🏻1. Qüsl almaq.

Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.


✍🏻2. Əhya saxlamaq.

Bu gecəni imkan çatan qədər namaz qılmaqla, dua və istiğfar etməklə sübh azanına qədər oyaq qalmaq.



✍🏻3. Quran oxumaq.

Xüsusi ilə 3 dəfə “Ya-Sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.



✍🏻4. İmam Hüseyni (ə) uzaqdan ziyarət etmək.

Bunun üçün imkanı olanlar hündür və üstü açıq bir yerə çıxa bilərlər. Ziyarət üçün üzü qibləyə durmaq, daha sonra sağ və sol tərəfə baxmaq, sonda isə üzünü göyə tutub İmam Hüseynə (ə) salam vermək tövsiyə olunur:

"Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh" (tərc. - "Salam olsun sənə, ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə!").



✍🏻5. Kumeyl duasını oxumaq.



✍🏻6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».


✍🏻7. Cəfər Təyyarın namazını qılmaq.

Bu namaz iki dəfə qılınan 2 rükətli namazdan ibarətdi (cəmi 4 rükət). Birinci namazın birinci rükətində “Fatihə”dən sonra “Zəlzələ” surəsi, ikinci rükətində isə “Fatihə”dən sonra “Adiyat” surəsi oxunur. İkinci namazın birinci rükətində “Fatihədən”dən sonra “Nəsr” surəsi, ikinci rükətində isə “Fatihə”dən sonra “İxlas” surəsi oxunur. Habelə, hər dörd rükətdə surələr oxunduqdan sonra və rükuya getməmişdən öncə 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər səcdədə 10 dəfə, hər səcdədən başı qaldırdıqdan sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir:

"Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər" (tərc. - "Allah bütün nöqsanlardan pakdır, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”).


Qeyd edək ki, bu gecə istənilən digər ibadət və duaları etmək olar. Xüsusilə, şaban ayının 15-ci günü Həzrət Mehdinin (ə) mövlud günü olduğu üçün zamanın imamını yad etmək, onun zühuru üçün dualar etmək tövsiyə olunur. İstəyənlər "Fərəc", "Ali-Yasin" və ya "Nüdbə" dualarını oxuya bilərlər.


🤲🏻Allah təala ibadət və itaətlərinizi qəbul etsin!

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
➡️https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
🌹Salam aleykum Əziz İzləyicilərimiz

🏢Ayətullah Seyyid Əli Xamanei Ağanın dəftəri: Mart ayının 2 si Ramazan ayının 1 ə təsadüf edir.

🏢Ayətullah Məkarim Şirazi Ağanın dəftəri: Mart ayının 2-si Ramazan ayının 1-ə təsadüf edir.

🏢Ayətullah Seyyid Əli Sistani Ağanın dəftəri: Mart ayının 2 si Ramazan ayının 1-ə təsadüf edir.

Məlum olduğu kimi, ayı gözlə və teleskopla müşahidə etmək mümkün olmayıb. Sabah Şaban ayının 30u, birisi gün Ramazan ayının 1i elan olundu.
📄Qeyd: Dəftərlərdən yeni məlumat əldə olunsa kanalda elan olunacaq.

♻️Kanalımızda Ramazan ayına özəl paylaşımlarla xidmətinizdəyik.
🆔https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI
↗️Kanala keçid edin,Kanaldan maariflənin
*🌹Salam aleykum Əzizlər🌹*

💐Bildiyiniz kimi Sabah Allahın Rəhmət ayı olan *RAMAZAN* ayı Martın 2 si daxil olur.
🤲🏻Bu ayda sizə Allahdan rəhmət,bərəkət, xeyrli və təqvalı ömürlər arzu edirik.
📅Hər il olduğu kimi bu ayda sizin xidmətinizdə olacağıq.
📄Ay boynunca Kanalda Məqalələr, hədislər, Ramazan ayının hər gününün əməlləri, namazı,iftar duası, testi suallar paylaşılacaq inşəAllah.
⁉️Eyni zamanda Şəri suallarınıza Adminə yazmaqla cavab tapa bilərsiz.
📌Yazını paylaşaraq hər bir müsəlmanın bu kanaldan istifadəsinə vasitəçi ola bilərsiz.

*🌙Ramazan Ayınız Mübarək Olsun*
*﷽📖Elmin Şəhəri📖﷽*
*İslam Mədəni-Maarif Mərkəzi*
2025/03/17 22:19:00
Back to Top
HTML Embed Code: