Warning: Undefined array key 0 in /var/www/tgoop/function.php on line 65

Warning: Trying to access array offset on value of type null in /var/www/tgoop/function.php on line 65
- Telegram Web
Telegram Web
Azərbaycan toponimlərini (yer adları, coğrafi adlar) qərəzsiz şəkildə araşdırsaq, çox adların İslam və Əhli-beyt mənşəli olduğunu görərik. Xüsusilə, Bakının kənd adlarının əksəriyyəti Əhli-Beytin (ə) adı ilə bağlıdır. Eyni zamanda bu ərazilərdə tarix boyu Əhli-Beytə xüsusi bağlılıq hiss olunub. "Mu'cəmul-Buldan" əsərinin müəllifi Yaqut Əlhəməvi yazır ki, Bakıda ilk dəfə neft çıxanda yerli camaat əhd etdilər ki, neftin pulunun hamısı seyyidlərə çatsın. Bu neft vəqfdir, ingilisin deyil, İsrailin deyil, hansısa bir ailənin deyil. Baxın, bu, nə qədər iman istəyir!

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Hədəf 2 cür olur. Ölçülə bilən real hədəflər, bu vacibdir. 5 il, 10 il ərzində nəyə çatmaq istəyirsən. 2-ci isə ideal hədəfdir. İdeal hədəf sonsuz uzaqda olan qüllə kimi bir şeydir ki, hey ona tərəf gedirsən, amma çata bilmirsən. Bunsuz mümkün deyil. Nə xalq böyüyər, nə cəmiyyət, nə insan, nə təşkilat, nə də ümmət böyüyər. Nə qədər ki, ümmət özünə kiçik hədəf təyin edib və ancaq onu görür, İmamı gəlməyəcək. Mümkün deyil, necə gəlsin?! Bunların İmamdan sadəcə xoşları gəlir. İmamın pərvanəsi, aşiqi deyillər. Deməli, bu ideal hədəf istəyir. Sən istəyirsən insan kəramətini qaytarasan, bu sonsuz bir şeydir və ideal hədəfdir. Bunsuz mümkün deyil.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Bizim siyasi qüdrət formalaşdırmaqdan ayrı çıxış yolumuz yoxdur..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.


T.me/emmarmedia
Tarix boyu Azərbaycan şiə mədəniyyətinin və İslamın Volqa boyuna kimi getməyində xidmət göstərib. Turan proyekti üçün indi Azərbaycan bir boğazdır. Artıq Əhli-beyt (ə) məktəbi “Turan və ingilis” proekti üçün ciddi şəkildə maneədir. Buna görə Azərbaycanda şiə və Əhli-beyt məktəbi aradan getməlidir. Çünki Ərdoğanın planları üçün, Turan proekti üçün, İngiltərənin planları üçün çox ciddi maneə hesab olunur.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Bəzi avam insanlar deyir Fələstin Ermənistanı dəstəkləyir..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.


Tam çıxışı buradan izləyin👇🏻
https://youtu.be/N7sg4OOqM6M

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Əhli-beyt sənə hədəf təyin edir. Deyir ki, özün üçün böyük hədəf təyin et. Bu gün sənin böyük hədəfin nədir? Böyük hədəfim budur ki, mən İmam Zamanın (ə) zühuru üçün ən böyük iş nədirsə onu görəcəyəm. Mən insana onun insanlıq kəramətini qaytaracam. Bu gün insan kəraməti ayaq altında qalıb və tapdalanır. İnsan təhqir olunur, bundan böyük zülm?!... Bu sənin dərdin olsa, onda yaşayacaqsan, qalacaqsan, mübarizə aparacaqsan, həyatın rəngli olacaq, həyatının axarı olacaq, həyatının ləzzəti olacaq, çətinliklər sənə şirin gələcək, sancmalar sənə dadlı olacaq. Yoxsa kiçik hədəflə qalsan, özümə yaxşı bir yaşayış, şərait düzəltmək dalınca olarsan, bəs sonra nə?! Axı bu həyat sənə bir də verilməyəcək. Əgər istəyirsən, Əhli-Beytlə (ə) olasan, məcbursan himmət nərdivanı ilə yuxarı qalxasan, amma bu himmət nərdivanı tövhid nərdivanı olmalıdır.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
Saray mollasının fürsəti təhdidə çevirməsi

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Tam çıxışı buradan izləyin👇🏻
https://youtube.com/@emmar_media?si=jiBpqTmtaDMiH_Y9

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Nə geyinirik? Məgər İslam demirmi ki, dar paltar geyinmək insana zillət gətirir?! Mümkündür ki, bəzi cavanlarımız - həm oğlanlar, həm də qızlar, hətta hicablı və çadralı qızlar dar geyinirlər. Bilmirlər ki, bunun cəmiyyətdə olan zillətlə birbaşa rabitəsi var. Məsum bunu deyir, İmam bunu deyir. Hətta bəzən çadranın altından dar geyinirlər. Xeyr, bu zillət gətirir cəmiyyətə. Ondan nə yaxşı ana olar, nə yaxşı övlad tərbiyə edə bilər, nə də cəmiyyətin dərdinə yana bilər. Bu zillət gətirən bir işdir. İslam bizə bunu demir. Tarixdə bir sıra nümunələr var ki, döyüşkən qəbilələri məğlub edə bilmədikdə, onlara dar paltar geyindirirdilər. Tədricən dar paltar geyindikdən sonra düşmənə məğlub olurdular. Bunlar İslam yaşam tərzidir, həyat tərzimiz səadət və izzətimizə təsirsiz deyil...

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Bəzilərinin işi-gücü olub Vilayəti-Fəqihin üstünə düşmək..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Niyə islam ümməti içində zəiflik var? Çünki vilayət və imamət məsələsində bizim problemimiz var. Bəzən biz vilayəti nəzəri olaraq qəbul edirik, amma əməli olaraq itaət etmirik. Bu qoca qadınların cinləri qovmaq üçün evdə Quran saxlamaları kimidir sanki.
Cihad İslamın izzətli olması üçündür. İzzət qazanmaq istəyirsənsə, cihad et. Cihadın tərifi var. Cihad sadəcə silahlı mübarizədən ibarət deyil. Cihad, yəni cəhd edirsən, gecən və gündüzün yoxdur, çalışırsan, zahirdə mümkünsüz görünən işi həyata keçirirsən.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Azərbaycanda müqavimət olmamalıdır - bunu yəhudi deyir..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Zəkatı nəfsinizi paklaşdırmaq və ruzinizi artırmaq üçün verin. Hansı iqtisadi məktəb məsələyə bu cür yanaşır?! İqtisadi məktəblərdə deyirlər adətən xərclədikcə, verdikcə azalır. Mənfəətmehvərli iqtisad məktəbində isə bu cürdür. Hz.Zəhra bizə tovhidi iqtisad məktəbini açıqlayır. Deyir ki, əgər zəkat versəniz, ruziniz artar. Doğrudan, biz buna iman gətirmişikmi?! Doğrudan, Fədəkiyyə xütbəsinə bu cür yanaşmışıqmı ki, bundan bir iqtisadi məktəb açıqlanmalıdır?! Verdikcə çoxalır.
İxlasınızı möhkəmləndirmək üçün oruc tutun, ümmət içində nizam-intizam əldə etmək üçün bizə itaət edin. Nizam-intizam niyə yoxumuzdur? Deyir, çünki bizə itaətiniz azdır. Bütün bu qaydalar bir-bir yazılmalıdır. Problem nədir və nəticəsi nə olur və s.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Siyasi qüdrət bu cür formalaşmalıdır..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Bir sıra ölkələr, məxsusən müsalman ölkələri mənfur rejimi neft və ərzaq məhsulları ilə təmin edirlər. Bunun qabağı alınmalıdır. Bu neft və ərzaq dayandırılmalıdır. Mən arada təəccüb edirəm, biz özümüzü o qədər müqavimət və İslam dünyasından ayrı bilmişik ki, gözlüyürük başqaları çıxıb nə isə etsin, amma biz ayağımızı-ayağımızın üstünə qoyub oturaq. Hətta ölkələrimizdən tələb belə etməyəcəyik ki, İsrailə gedən nefti dayandırın. İsrailin 60% neftini Azərbaycan təmin edir.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"İsraillə düşmənik, çünki bizim üsulumuzla düşməndir və hər kim İsrailə dost deyirsə bizim düşmənimizdir..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Bir müddət əvvəl mənə xəbər verdilər ki, ingilislər, cuhudlar Azərbaycanın müxtəlif şəhərlərində, kəndlərində ölkəmizin torpaqlarını alıblar. Əkirlər və bizim analarımızı, bacılarmızı, xanımlarmızı sübh saat 7-dən aparırlar və axşama qədər o yerlərdə işlədirlər. Bir az tərəvəzlərdən və çox az miqdarda pul verirlər onlara. Qeyrətsiz məmurlar və Əliyev rejimi də namusumuzun bu cür təhqir olunmasına baxır, dəmir yumruğunu isə ancaq xalqa göstərir.

© Şeyx Tohid İbrahimbəyli

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
"Necə ola bilər, mənim qəlbimdə Əliyə məhəbbət var, Əli üçün mən şeir oxuyuram, mahnı oxuyuram, amma sonra tağutu tərifləyirəm, status yazıram tağut üçün..."

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
Bizim qəribə bir mədəni sərmayəmiz var. Mən bunu emosiya üçün demirəm. Mən buna çatmışam ki, fövqəladə böyük mədəni sərmayələrdən biri Aşura və Məhərrəm ayıdır. Dünyada minlərlə xalq mövcuddur. Neçə xalqın belə sərmayəsi var ki, bütün qadağalara, zülmlərə, təziqlərə rəğmən xalq küçəyə axışır və bunu qoruyur. Bu necə möhtəşəm bir sərmayədir. Əhli-beyt (ə) bizə bir xəzina qoyub və açarını da qoyub bizim ixtiyarımızda. Amma təəssüflər olsun ki, biz həmin açarı qoyuruq qırağa və başqa sərmayələr axtarırıq.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
Media is too big
VIEW IN TELEGRAM
İmam Əlinin (ə) son məktubu 📜

© Şeyx Orxan Məmmədov
🗓️ 19.03.2021.

Telegram: T.me/emmarmedia
Instagram: https://www.instagram.com/emmarmedia/
"Fast fud" mədəniyyəti bizim həyatımıza daxil olub. Sürətli yemək, ayaq üstə gəzə-gəzə yemək Qərb mədəniyyətidir. Məgər İslam təlimi bizə bunu deyir?! Bir sıra yemək mədəniyyətləri bizim həyatımıza daxil olub, nə islamidir, nə də milli. Necə yeyirəm? Səhər yemirik, amma axşam ürəyimiz gedənə kimi yeyirik. Amma İslam deyir ki, səhər yeməyi yaxşı olmalıdır. Niyə buna riayət etmirik? Bu həqiqətdə mədəni bir hücumun bizə təsiridir. Bu, elə-belə məsələ deyil. Məsələyə səthi baxmayaq. Məgər bizə Allahın peyğəmbəri (s) buyurmayıb ki, heç nədə özünüzü kafirlərə oxşatmayın. O cümlədən yemək və geyim baxımından. Çünki onların mədəniyyət məhlulunda həll oluruq. Yəni onların mədəniyyəti stəkanda su kimidir, içinə qənd atıb qarışdırdıqda həll olur, qənd yox olur. Biz onların mədəniyyət məhlulunda bu cür ərimişik, yox olmuşuq.

© Şeyx Orxan Məmmədov

https://www.tgoop.com/emmarmedia
2025/01/21 05:59:26
Back to Top
HTML Embed Code: