Telegram Web
İmam Cəfər Sadiq buyurub: Kim çətin və sıxıntıda olarkən duasının qəbul olmasını istəyirsə, rahatlıq və asayişdə olarkən çoxlu dua etsin".
📚 Əl-Kafi, c.2, s. 472

Dua çətinliklər üçün deyil. Quran yalnız sıxıntıda Allahı çağırıb, asayişdə olarkən dönük çıxanları məzəmmət edir. İşlərin yağ kimi gedərkən Allahı daha çox yad etmək lazımdır ki, sabah hər şey əlindən çıxsa, üzün olsun, səmimi olasan.

Burada bir qayda da var. İncədir. Əgər sən yalnız sıxıntıda Allahı çağırırsansa, bəndəliyin onda üzə çıxır. Sən sanki belə demiş olursan: İlahi, mən səni yalnız belə vaxt yad edirəm. Mən qoy tez-tez sıxıntıda olum ki, bəndəliyim üzə çıxsın.

Amma sən xoş günlərdə də bəndəlik etsən, avtomatik mənəvi, xoş, gözəl günləri də özünə çəkirsən. İş pis getsə də, için afiyətlə dolacaq. Çünki sən yaxşı günlərdə də bəndəsən.
Süleyman ibn Məhran belə nəql edir: “Cəfər bin Muhəmməd Sadiqin (ə) yanına daxil oldum. Onun yanında bir dəstə şiə vardı. O belə deyirdi: “Ey şiələr, bizim üçün zinət olun, bizə üz qarası olmayın. İnsanlara gözəl sözlər söyləyin, dilinizi qoruyun, boş, əbəs və pis sözlərdən çəkinin!”
📚 Tusi, əl-Əmali, s. 440.
👉🏻 İnsanlar elə bilirlər ki, Allah dostları gündə min rəkət namaz qılırdılar və nəticədə bu cür oldular. Yox! Onlar bura ancaq böyük keyfiyyətlərə malik olduqları üçün gəliblər.

Yüksək keyfiyyətlər insanı on fərsəx irəli aparır. Tək bir qəzəbi udmaq insanı Allaha min rəkət namazdan daha tez çatdıra bilər. Bir adamın könlünü şad etmək səni daha tez çatdırar. Ananın halını xoş etmək daha tez çatdırar. Biz buradan başlamalıyıq. Əvvəlcə bunu düzəlt, sonra min rəkət namaz özü gələr və müştaq olarsan.

✍🏻Abdullah Fatiminiya
Media is too big
VIEW IN TELEGRAM
Təşvişə düşdükdə nə edək?
İmam Sadiq deyir ki, atam səcdələrində belə deyərdi:

"İlahi, camaatın mənim barədə gümanı gözəldirsə, onların barəmdə bilmədiklərini mənim üçün bağışla. Onların mənim barədə söylədiklərinə görə məni cavabdeh etmə və danlama. Şübhəsiz ki, sən qeybləri bilənsən!"
Düzdür, bu ifadəni tənqid etmək olar, amma gözəldir. Deyir ki, övladlarınla Allah barəsində danışmasan, sabah Allahla övladların barəsində danışmalı olacaqsan.
Acizanə bir söz deyim. Bəzən dostlar nömrəni əldə edən kimi, adamı votsapda toplu mesajlara salırlar. Bir də görürsən gün ərzində bir neçə mesaj gəlir. Yəni nəyisə təbliğ, reklam, paylaşım edirlər. Əvvəl bir neçəsindən xahiş etmişdim ki, mənim nömrəmi çıxarın. Sonra bir müddət sonra görürəm, yenə qoşub. Ya məcbur nömrəni blok etməli olursan, ya da səssizə atmalı olursan. Feyzbukda da önə çıkar bir neçə gün aktiv oldu, lakin sonra qüvvədən saldı.

Mən də öz videolarımı sadəcə mənə aid yerlərdə paylaşıram. Kim baxmaq istəyər, özü bilər. İstəməz, yenə özü bilər. Zatən nömrələrimizi reklam adı ilə mənşəyi bilinməyən şirkətlərə ötürürlər, siz də etməyin. Eyib deyil, "qoşum sizi?" sualını ki vermək olar. Mən konfliktdən qaçan adamam, qəlbə dəymək istəmirəm. Ona görə ümumi yazdım. Zəhmət olmasa, məni votsapda toplu mesajlar siyahısına qoşmayın. Hərçənd qoşanlar bu statusu oxumayacaqlar zatən. Ona görə də tövsiyə xarakterli başqalarını qoşanlara ünvanlayıram. Birdən kimisə narahat etmiş olarsız, sizə deməz bunu, üzərinizə haqqun-nas gələr.
Bir müsbət cəhət odur ki, mənim vaxtımda uşaqlar çox vaxt anaları idilər. Ata ilə uşaq nadir halda görmək olardı. Düzdür, indiki zamanda boşanmalar ifrat həddi keçib, ancaq bir çox yerlərdə övladı ilə əylənən, vaxt keçirən atalar kifayət qədərdir.

Kişi-qadın münasibətləri bərbad gündədir, ailə, ər-arvad... Müəyyən vaxtdan sonra ya boşanırlar, ya da bacı-qardaş kimi ölənə qədər yaşayırlar.

Ola bilər ki, ər arvadından ala bilmədiyi nəvazişi qızından, ana da oğlundan alsın. Yaxud mən görməmişəm, uçağım görsün və s. Övladdan ağrıkəsici kimi istifadə də etsin. Ərlə xanımı arasında münasibət əla olduqda övladlar arasında da diqqət bərabərləşir. Hər bir halda, son dövrlərdə gənc ataların övladlarına qayğı göstərmələri, vaxt keçirmələri təqdirəlayiqdir.
İnsanın günaha batmaq istəməməsi ilə istəyib bacarmaması fərqli şeylərdir.
/Seneka/
Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər.
/Uilyam Porter/
"Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər".

/İmam Əli - Nəhcül-bəlağə/
Mən həyatda ən cüzi uğur qazanmışamsa, Allah bunda əvvəlcə anamı vasitəçi edib. Allah anamı vasitəçi etməsəydi, mən bilmirəm, kim olacaqdım. O mənə şeirlər, monoloqlar öyrədirdi. Gedib danışırdı ki, məni səhnələrə çıxartsınlar. Daha yaxşı bacararsan, hə, edərsən, alınar. Məni mədəniyyətlə, kitabla, teatrla, yaradıcılıqla tanış etdi. Ayaq üstünə qoydu məni. Uşaq ikən haramsa ağrıyanda, lənət olsun sənə, zəhirmar - demədi! Əzizlədi, can - dedi.

Bu gün mən övladlarımı qucaqlayır, əzizləyirəmsə, bu gün insanlarla mülayim rəftar edirəmsə, anamın öyrətdiyi etiket qaydalarıdır. Bu gün mənim tək yeganə oxucum, izləyicim - anamdır. Yanına getdikdə müzakirə edir çıxışlarımı. Al bu köynəyi geyin, bu gün çəkiliş et - deyə motivasiya verir. Hər evindən çıxanda məni Quranın altından keçirir. Bu gün həyatda məni Fərid kimi sevən tək anamdan başqa heç kəsin yoxdur. Yanımda yol yoldaşı olmuş, anam demiş, "pasport qohumlarım" daim məni "ciddi işlə məşğul ol, bu nədir, yenə mənasız işlərlə məşğulsan" deyərkən, anam mənə davam etməkdə yanımda olub.

Allah həzrət Peyğəmbərə Xədicə adlı bir mələk hədiyyə etdi və həzrət vəfat edənədək "Xədicə" deyib, hər yanda onu axtardı. Allah mənə də Xədicə adlı bir mələk verib. Anamı. Allah valideynləri qorusun, mənimki də içində. Vəfat edənlərə rəhmət etsin.

Bəli, düzdür, bu həyatda ən üst qatlara qalxan kişilərdir. Lakin onu da yetişdirən qadınlardır. Əgər qadın evdə kişiyə hörmət qoymasa, ona kimsə hörmət qoymaz. Uğursuz ailə həyatı quran kişilərə baxın. Nə qədər istedadlı olsalar da, həyatda bir zavallı kimi yaşayır və ölürlər.

Xoş o kişilərin halına ki, Allah onlara təskinlik və aramlıq mənbəyi - aralarında məvəddət və rəhmət olan xanım verib. Bu kişi dünyanın ən yüksək zirvələrini fəth etməyə qadir olar.

PS: Statusum evində bu cür qadınlar ola-ola əyyaş, namərd, şərəfsiz ömür sürən, o çiçəkləri solduran kişilərə aid deyil.
Çexov deyirdi, izaholunmaz bir şeydir - qəlb. Kimsə onun harada olduğunu bilmir. Amma hamı onun necə ağrıdığını bilir.
Yaşamağa davam etməyə ümid yaranması üçün bəzən yaxşı insanla 15 dəqiqəlik ünsiyyət də kifayət edir.
Uzun-uzadı arzular
Güvənməməli olduğunuz 6 insan tipi:

1. Zarafat adı altında sizi təhqir edən insan növü. Xüsusilə də, bunu adam içində edir. Tək və başbaşa olduqda isə sakit durur.
2. Heç vaxt məsuliyyəti üzərinə götürməyən, problemə düşdükdə özünü yox, kimisə günahlandıran insan.
3. Davamlı olaraq sizin üçün yalnız ən yaxşısını istədiyini söyləyən insan. Lakin onun əməlləri bunun əksini göstərir.
4. Sözləri və hərəkətləri daim ziddiyyət təşkil edən şəxs. Təkcə sizinlə deyil, ətrafındakı hər hansı digər insanlarla münasibətdə də. Dili bir şey, əməli ayrı şey deyir.
5. Sizə əhəmiyyət verirmiş kimi davranan, ancaq daxilən bunu hiss etmədiyiniz bir insana etibar edə bilməzsiniz. Siz daxilən hiss edirsiniz ki, bu adamın belə etməkdə öz xeyri, məqsədi var.
6. Sizi hər cür təxribat edən, həyatınızı çətinləşdirən, lakin bütün hərəkətlərinə daim bəhanələr tapan insan. Bu da sizə lazım olan şey deyil.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Belə bir video çıxdı rastıma. İctimailəşib deyə, paylaşıram. Bilirsiz, nə qədər belə ailə var? Özü sevgi görməyib, övladına onu verə bilmir. Çoxumuz sevgini ifadə edə bilmirik. Uşaqlıqdan sevgi dozasını almayan uşaqlar böyüdükdən sonra bütün dünyanı dağıdırlar ki, o dozanı ala bilsinlər
Uşaqları məktəbdən götürərkən hərdən görürəm ki, qızım sinif rəhbəri ilə qucaqlaşıb sağollaşır. Sinifdəki rəfiqələri də bir-birini qucaqlayırlar. Çox xoşum gəlir bu ənənədən.

Ümumiyyətlə, insanın bədən təmasına çox ehtiyacı var. Bunun ən sadəsi qucaqlaşmaq və toxunuşdur. Bəzən kimsə deyir: Kişi filan cür görüşməz, gərək belə etsin!
Siz Allah, girməyin insanların ömrünə. Zatən o qədər mənasız qaydalar yaxınları belə uzaqlaşdırdı.

"Ər-arvad qol-qola girməz, böyük yanında uşağı əzizləməzlər, qız uşağı atadan uzaq saxlanılmalı, atası tərəfindən qucaqlanmamalı, uşaq ikən qucağında oturmamalıdır. Maksimum ildə bir dəfə alnından maç".

Sonra bu sevgisiz böyüyən qızlar bədbəxt böyüyür, hər küçədən keçənin "səni sevirəm" sözünə inanır, təsadüfi ailələr qurur, tək qalmaqdan qorxur və s.
Ata öz qızını sevgi ilə böyütsə, qız kənara tox böyüyəcək. Ata qızını döysə, başqası da döyəcək və bu, normal sayılacaq. Atanın sevdiyi qızı hər kəs sevəcək.

Əgər evdə uşaqlar valideynlərinin evdən çıxarkən, gələrkən görüşüb iltifat etdiklərini görsələr, tamam başqa cür böyüyürlər.

Bizdə isə hissi göstərmə! Bu, acizlikdir - deyilir. Belə şeylərdə qürurlu olmaq öyrədilir. Sonra ölüm-itim olduqda isə abidə qoyub ağlayır və ey kaş deyirlər.
Hissə axtarışında
Mənə həmişə Şərqdə ilk demokratik bir respublika qurulması maraqlı və qürurverici gəlib. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ilə fəxr etmişəm. Çünki örnək və nümunə olmuşuq. Bəlkə də ilk dəfə hamıdan ilkə imza atmışıq. Deyərsiniz ki, yenə məsələni dinə çəkir. Lakin qadınlara səs vermək hüququnu tanımaq, mütəxəssis yetişdirmək üçün qərb ölkələrinə tələbə yollamaq, hər sahə üzrə öz mütəxəssisini təyin etmək və s.
Bəli, bunları müsəlman kimliklə etdilər. Nə dinin dövlətçiliyə, nə də əksinə olmağın mane olmadığını sübut etdilər. Bu qədər sivil, düşüncəli, qərarlı, müstəqil.. dini siyasətə alət etməmək, yerlibazlıq yox, hər bölgəyə dəyər vermək və s
Həqiqətən də həmişə fəxr edirəm ki bizim belə əcdadlarımız olub. Cumhuriyyətimiz mübarək!
2024/10/01 14:15:01
Back to Top
HTML Embed Code: