Telegram Web
Bibliyada Məsihin şagirdləri ondan xahiş edirlər ki, onlara dua etməyi öyrətsin. İsa cavab verdi: Hər o şey ki, duada istəyəcəksiniz, artıq almış olduğunuza inanın - və o sizə veriləcəkdir".
Diqqət edin, deyir, siz gərək inananasınız ki, artıq əldə etmişsiniz - və sizə veriləcəkdir". Demir ki, sizə veriləcəyinə inanın. Məhz verilmiş olduğuna inanın, deyir. Siz təkcə nəyəsə ümid etmir, ya da nəyisə istəmirsiniz. Sadəcə xüsusi daxili dünyada - düşüncə və yaradıcılıq enerjisi dünyaslnda arzu olunanı bəyan edirsiniz
Beyinin gücündən istifadə qaydalarından başı çıxan istənilən adam sizə deyər ki, bu, ən güclü prosesdir.
#oxuduqlarımdan@faridabdullah
👍313
Həyatdan şikayət etməzdən əvvəl, onu çox erkən tərk edənləri düşün.

➡️Övladlarından şikayət etməzdən əvvəl, övlad arzusunda olub, onları dünyaya gətirə bilməyənləri düşün.

➡️Evdəki dağınıqlıqdan və kiminsə onu yığışdırmamasından narazılıq etməzdən əvvəl, küçələrdə yaşayan insanları düşün.

➡️Gedəcəyin məsafədən şikayət etməzdən əvvəl, həmin məsafəni piyada qət edənləri düşün.

➡️Yorulduğun zaman işdən şikayətlənməzdən əvvəl, işsizləri, əlilləri və iş arzusunda olanları düşün.

➡️Tələsik kiməsə barmaqla işarə etmə və ya onu qınama; unutma ki, günahsız insan yoxdur...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍384
Sinif yoldaşlarıma dedim ki, itimi kim tapsa, mükafat verəcəyəm. Amma onlar - "mükafat nə qədərdir?" - deyə soruşdular. Necə də mərhəmətsizdirlər.
#oxuduqlarımdan@faridabdullah
👍20😢10😁2
İnsan olmaq...
Nə yazılsa da yenə də fikir tam ifadə edilə bilməyəcək. İnsan yaradılış məqsədi ilə üst-üstə düşdükdə hidayət yoluna qədəm qoyur.
👍226💯5🥰1
Mehman əmi yan qonşumuz idi. Mənimlə yaşıd qızı vardı. Yaxın dost idik. Ancaq özümə oğlan dostlar tapandan sonra onunla ünsiyyətdən çəkinirdim. Hər bayram Mehman əmi mənə cib xərcliyi verirdi. Mən də bu pulları yığıb oyuncaq alırdım. Lap axırda yığdığım pullarla özümə gözəl bir polis maşını almışdım. Bir gün Zühalla polis-polis oyunu oynayanda dostlarım gəldilər və məni futbol oynamağa çağırdılar.

Mən də Zühala futbol oynamaq istədiyimi dedim. O da hirsləndi, maşınımı yerə atdı. Maşının səsi və yanıb-sönən işıqları xarab oldu. O qədər hirslənmişdim ki, üzünə var gücümlə bir şillə vurdum. Barmaqlarımın izi üzündə qaldı. Ağlaya-ağlaya atamın yanına getdi və məndən şikayət etdi. Atam məni qarşısında oturtdu. Bir müddət heç nə demədən sakitcə dayandıq. Səhvimi başa düşürdüm, ancaq olan olmuşdu. Atam hadisənin necə baş verdiyi barədə suallar verdi. Mən cavab verdim. Axırda belə razılaşdıq ki, günahımın cəzasını çəkməliyəm.

“Həl Elə isə qurtardı, - dedi. - İndi isə get, Mehman bəyə de ki, Zühalın üzünə şillə vurduğuna görə o da sənə bir şillə vursun.

Bu, mənim təxmin etdiyimdən də ağır bir cəza idi. Ağlaya-ağlaya gedib qapılarını döydüm. Göz yaşı içində burnumu çəkərək hadisəni Mehman əmiyə danışandan sonra dedim ki, yanağıma möhkəm bir şillə vursun. O, çaşıb qaldı. Atam uzaqdan bu mənzərəni izləyirdi. Mehman əmi çarəsiz halda yanağıma yüngülcə vurdu.

— Yooxl — dedim, — daha möhkəm vur ki, yanağımda izi qalsın.

Onun gözləri doldu. Zühal onun yeganə qızı idi, mən necə əlim gəlib ona vurmuşdumsa, o da mənə eləcə vurmalı idi. Ancaq, yox, o, vurmadı. Atama tərəf dönüb dedi:

— Nə olar, mənim xətrimə uşağı bağışla, qardaşl — deyə xahiş etdi. Sonra məni qucaqlayıb yanaqlarımdan öpdü.
#oxuduqlarımdan@faridabdullah
29😐1
– Birinci kateqoriyada heyvan insanlardır. Yəni gözləyirlər ki, nə vaxt hər şeyi onlara hazır edib verəcəklər. Əgər verməsələr, doymayan inəklər kimi nalə çəkirlər.
– Hə, özləri hərəkət etməkdən, məsuliyyət altına girməkdənsə, sadəcə başqalarını günahlandırır, mühakimə və tənqid edirlər.
– İkinci kateqoriya, yırtıcı insanlardır. Onlar özlərini dolandıra və təmin edə bilirlər. Lakin eyni halda başqalarını veclərinə də almırlar. Onlar öz hədəfləri uğrunda taylarını məhv edə də bilərlər.
- Olar mən bitirim?
- Hə, buyur.
– Üçüncü kateqoriyada şüurlu və dərrakəli insandır. Bu cür insanlar özlərinin də, başqalarının da qayğısına qala bilirlər.
– Ay sağ ol. Bu cür insan öz hədəfinə elə yolla çatmağa çalışır ki, başqaları da özləri üçün zəruri və faydalı şeylər əldə edə bilsinlər.
#oxuduqlarımdan
22👍1
"Məşğul olun. Bu, dünyada ən ucuz və ən təsirli dərmandır."

— Deyl Karnegi

ℹ️Məşğul olun, yəni boş oturma, vaxt öldürmə, hansısa faydalı bir işlə məşğul ol. Hətta kiçik olsa da. Ən axmaq fikirləe və əməllər adam bikar olduqda yaranır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👏5
"Bir çox il əvvəl tətbiq etməyə başladığım, kifayət qədər sadə, lakin çox güclü bir məşğələ var.

Qarşıma çıxan hər kəsə - istər insan, istərsə də həşərat olsun - münasibətimdə İLK düşündüyüm fikir belə olur: “SƏNƏ XOŞBƏXTLİK ARZULAYIRAM!” Əsas odur ki, bu fikir həqiqətən də ilk olsun: “SƏNƏ XOŞBƏXTLİK ARZULAYIRAM.”

Bu fikir sizinlə həmin insan (və ya varlıq) arasında baş verənləri tamamilə dəyişir. Mən bunu şəxsi təcrübəmdən deyirəm. Cəhd edin və görün, həyatınızda hər şeyin necə böyük dəyişikliklərə çevrildiyini."

Riçard Gir
👍2910
✔️Əzizlər, qeyd edim ki, müsəlmanlar da bir birlərini gördükdə "əs-Səlamu əleyk" (Salam olsun sənə/sizə) deyirlər. Hətta boş evə girdikdə belə, yaxşıdır ki, salam deyəsən. Salam sülh rəmzidir. Yəni mən sənə qarşı xeyirxaham. Siz dava edən, sizə qarşı qərəzli olan adamın sizə salam verdiyini görməzsiz, dərhal zərbə endirəcək. Salam - əminamanlıqdır. Ona görə hər iki nəzər düzdür. Sənə salam, səadət, xoşbəxtlik, əminamanlıq, sülh olsun - demək ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42👍2
🔴Mən bunu özümdə də görürəm, hərdən adam öz qənaətinə də şəklə, ehtiyatla yanaşmağı bacarmalıdır. Mənim gəldiyim qənaət budur - deməyi öyrənməlidir.

Bəzən adama elə gəlir ki, mənim qənaətim daha düz, yerdə qalan əbləh və abdaldır. Allaha pənah ki, adamda belə bəsirət xudbinliyi yaransın. Allaha pənah ki, adam iman qardaşlarına qarşı qəlbində nifrət duysun. Ustadlardan biri deyirdi ki, sən heç tənqid etdiyin adam üçün tənqiddən əvvəl dua etdinmi? Bizim yazılarımızda bəzən nəsihət (xeyir ummaq) əvəzinə əda, hikkə, ucb çalarları görünərsə, bundan Allaha pənah aparmalıyıq.

Sizə nə üçün Quran hətta Peyğəmbəri pelə sərt tənqid edir? Şah damarını qopararıq - deyir? Müşriklərdən olma, yoxsa - deyir. Ən ali məqamda olmasına baxmayaraq onun Allah yanında mövqeyini, möhtaclığını göstərir. Bizə də izah edir ki, bu Peyğəmbərədirsə, sən kimsən bəs? Nə Allahdan qeyrisini ilahiləşdir, nə özünü, nə nəfsini! Yerini bil!

Son zamanlar özüm daxil olmaqla Feyzbukda və sair yerlərdə bunu müşahidə etmək olur. Kənarda görüb ürəyim bulanırsa, deməli, bu şeyin mənimlə əlaqəsi var. Mən də bundan həzər etməliyəm.

Bəzən Allahın qulu mövqeyindən çıxıb, Allahın vəziri möveyinə meyilli oluruq. Allah adına həvəslə danışmaq da şirkdir. Yeri var ki, qalan ömrümüzü özümüzdə bu təftişi etməklə keçirək. Yuyulmamış çömçə kimi - Allah dərgahında belə görünə bilərik, məncə - ortalığa düşüb, yeri gəldi-gəlmədi məsləhət paylamaq, bəsirət əhli iddiasında olsaq, Allah bizləri ən betər imtahanlara salacaq. Bu qədər çox bilirsən, çıx altından.

Mən şəxsən bu iddiadan qorxuram. Bu gün müsəlmanların başına gələn bəlaların çoxu buna görədir: Vəzifəmi, nə etməli olduğumu yaxşı bilirəm. Mən və ya filankəs olmasa, İslama Fatihə! Mən öhdəsindən gələrəm!
Ona görə də ağır imtahanlar içindəyik. Möhtaclığımızı, bəndəliyimizi unutduğumuz üçün.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2211
Qəm-qüssəni paylaşarkən əsas odur ki, sevincə səbəb olmayasan,

Sevincini paylaşarkən isə əsas odur ki, kədərləndirməyəsən...
👏17👍32
Skripkaçı 45 dəqiqə Nyu-York metrosunda ifa etdi.

Bir neçə nəfər dayandı, çox az adam alqışladı, və skripkaçı cəmi 30 dollar çaypulu topladı.
Heç kim bilmirdi ki, bu skripkaçı dünyanın ən yaxşı musiqiçilərindən biri sayılan Coşua Bell idi.

Coşua Bell metroda 3,5 milyon dollar dəyərində olan skripkası ilə tarixdə ən çətin əsərlərdən birini ifa etdi.

Bundan iki gün əvvəl isə Coşua Bell Boston teatrında çıxış etmişdi və teatrın bütün biletləri satılmışdı. Orada orta qiymət çox yüksək idi.

Bu təcrübə sübut etdi ki, qeyri-adi olan adi mühitdə parlamır və çox vaxt nəzərdən qaçır. Onun dəyəri çox vaxt dərk edilmir.

Hər yerdə istedadlı insanlar var, lakin onlar layiq olduqları mərifət və mükafatı almırlar. Yalnız onlar öz dəyərlərini tanıyıb, onlara uyğun olmayan mühitdən çıxdıqda, çiçəklənib inkişaf edə bilirlər.

İntuisiyan sənə nəsə deyir. Əgər o deyirsə ki, sən olduğun yerdə yetərincə dəyər görmürsən, onu dinlə!

Səni dəyərləndirən və qiymət verən yerə get.
Öz dəyərini bil!
👍295👎1
Media is too big
VIEW IN TELEGRAM
Qafil olduğumuz nemətlər
👍145
Media is too big
VIEW IN TELEGRAM
Allahın neməti yadınıza düşdükdə
👍1512
Hər iki mağazada konfetlərin qiyməti təxminən eyni idi, lakin uşaqlar bir mağazanı çox sevirdilər, digərin isə o qədər də sevmirdilər.
Niyə?
Çünki bir mağazada uşaq deyirdi:

– Mənə 300 qram konfet, – və satıcı əvvəlcə tərəziyə çox konfet, məsələn, 500 qram qoyurdu, sonra isə konfetləri azaldırdı, ta ki 300 qram olana qədər. Uşaq isə baxırdı ki, tərəzidəki konfetlərin miqdarı azalıb gedir.

Digər, sevilən mağazada isə satıcı əvvəlcə az – cəmi 100 qram konfet qoyurdu, sonra isə artırırdı, artırırdı... 300 qram olana qədər. Uşaqlara isə konfetlərin artırıldığını görmək xoş gəlirdi, azaldıldığını yox. Ona görə də onlar konfetləri azaltmayan mağazaya gedirdilər.

Halbuki nəticədə hər iki yerdə eyni – 300 qram konfet idi.

Həyatda nə edirsinizsə edin, elə edin ki, insanlar sizin tərəfinizdən «alınmadığını», əksinə, «əlavə edildiyini» hiss etsinlər.
👍3819
Sizcə soldakı qonşu düz edib?
😢61🤝1
Qonşu düz edib?
Anonymous Poll
9%
Bəli
67%
Xeyr
24%
Çətin sualdır
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir ata öz qızına nə deməlidir? (2022-ci ilə aiddir)
24👍6
Hqəqiətən də, mraqadılır, bu sttasuda həfrəlirn yeri yanılş yaızsla da, bir dstə aadm bunu droğu şəikdlə oxyuur. Yəni söüzn brnici və souncu həfrlini oxmuaq bəs edir. Bir şyi əbəzrəlmkdə də bu üsl köəmk edə bilir.
👍35😁6💯21👏1
👍İmam Rza (ə):
"Kim yaradılmışlardan olan nemət verənə təşəkkür etməzsə, Allaha təşəkkür etmiş sayılmır".

Uyunu Əxbarir-Riza (ə): Cild 2, səh. 24, hədis 2

👍 Yəni kimsə sənə bir yaxşılıq etmiş olsa, nemət versə - düzdür ki, Allah tərəfindəndir - lakin sən bu insana təşəkkür etməsən, Allaha təşəkkür etmiş sayılmazsan. Əlbəttə, təşəkkür nədir, ayrı bəhsdir. Eynilə, bir nəfərin qəlbini qırmışsansa, yaxud ona pislik etmişsənsə, gedib Allahdan bağışlanma dilmək bəs etmir. Gərək bəndəsindən başlayasan.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44
2025/07/14 02:11:10
Back to Top
HTML Embed Code: