This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həzrət Əlinin (ə) mübarək hərəmindən gözəl görüntü:
Allah hər birimizə Dünyada Ağanın Ziyarətini, Axirətdə şəfaətini nəsib etsin 🤲🤲🤲🤲
Allah hər birimizə Dünyada Ağanın Ziyarətini, Axirətdə şəfaətini nəsib etsin 🤲🤲🤲🤲
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əs Səlam Əleykum və rəhmətullah və bərəkatuhum🌹🤚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Alimlərin hüzurunda...
🌸BİSMİLLƏHİR-RAHMƏNİR-RAİM🌸
ALLAHI TANIMANIN ƏHƏMİYYƏTİ :🌺
Allahı tanımanın əhəmiyyəti və insan həyatında dərin təsiri inkar edilməzdir. Tarix bu həqiqətə şahiddir ki, aləmin yaradıcısını tanımaq həmişə bəşəri düşündürmüşdür.
Dinin müxtəlif mənbələrinin əsas bir hissəsi aləmin yaradıcısına və ya başqa sözlə desək, Allaha və Onun insanla, təbiətlə rabitəsinə həsr edilmişdir.
Allahı tanımanın bəşəriyyətin düşüncə tarixində geniş və dinamik şəkildə yer tutması bu mövzunun nə qədər böyük əhəmiyyətə malik olmasını göstərir.
Allahı tanımanın əhəmiyyətini insanların fərdi və ictimai həyatlarında olan təsir
nöqteyi-nəzərdən də araşdırmaq olar. Şübhəsiz ki, Allaha inanan bir şəxsin həyatı bu həqiqəti danan bir şəxsin yaşayışı ilə əsaslı şəkildə fərqlənir. Eləcə də, Allaha fərqli düşüncə və təsəvvürlərlə inanan iki şəxsin həyatını müqayisə edərkən böyük fərqlər aşkara çıxır. Bu onu göstərir ki, insanın Allaha olan inancı və bu inancdan əldə etdiyi düşüncələr onun fikrində, istəklərində, rəftarında və mühakimələrində böyük təsir bağışlayır, bir sözlə desək, insanın yaşayışına özünəməxsus bir məna verərək, onun şəxsiyyətinin formalaşmasına təsir göstərir.
✍️ Nəsib Ağayev.
👇👇👇
https://www.tgoop.com/hicab202

Peyğəmbərin (s) göstərişinə əsasən Allahın (.......) təfəkkür etmək olmaz.
Anonymous Quiz
63%
A)-Zatında.
6%
B)-Varlıqında.
13%
C)-Qüdrətində.
19%
D)-Sifətlərində.
🌸BİSMİLLƏHİR-RAHMƏNİR-RAİM🌸
ALLAHI TANIMANIN ZƏRURİLİYİ :☝️
Gələcək bəhslərimizdə qeyd edəcəyik ki, Allahı tanımanın bir dərəcəsi fitri şəkildə insanların varlığı ilə yoğurulmuşdur.
Amma bu növ idrak ibtidai bir tanışlıq olduğu üçün Allahı layiqli şəkildə tanımaq sayılmır və sadəcə, insanın Allah haqqında dərkinin tərəqqisinə zəmin yaradır. Odur ki, bu fitri və ibtidai idrakdan qafil olmayan insanlar bu yolda böyük addımlarla irəliləməyə ehtiyac duyurlar. Bu ehtiyac insanın Allahı daha dərindən tanımaq üçün çalışmasının əsas amilidir.
Bununla belə, kəlam alimləri insanların Allahı tanımaq istiqamətində daha artıq səy
göstərmələri üçün Allah haqqında axtarışların zəruriliyini isbat edən müxtəlif dəlillər qeyd etmişdirlər.
Burada onlardan ikisini nümunə olaraq oxuculara təqdim edərik:
Ardı növbəti bəhsdə:☝️

1️⃣-EHTİMAL OLUNAN ZƏRƏRİ VƏ ƏZABI DƏF ETMƏK.☝️
Bu dəlilin məzmunu ondan ibarətdir ki, ilahi peyğəmbərlərin göndərilməsindən, onların Allaha iman gətirməyə və bir sıra vəzifələr yerinə yetirməyə çağırışından, eləcə də başqa bir dünya haqqında olan
iddialarından azacıq xəbərdar olan hər hansı bir insan bu həqiqətlərə inanmasa belə, ən azından bu sözlərin düzgün olmasına ehtimalla yanaşar.
Bu surətdə insanın zehnində
belə bir ehtimal yaranar ki, peyğəmbərlərin çağırışı həqiqətə uyğun ola bilər. Nəticədə, belə bir ehtimal yaranır ki, peyğəmbərlərin gətirdikləri vəzifələrə əməl etməyənləri əzab və cəza gözləyir və bu cəhətdən böyük bir ziyana uğraya bilərlər.
Digər tərəfdən isə ağıl hökm edir ki, insan hətta ehtimal olunan məsələlərdə də bacardığı qədər ziyan və əzabdan özünü qorusun.
Beləliklə, hər bir insan üçün belə bir ehtimal var ki, dinin qanunlarına tabe olmamaq nəticəsində əzab və cəza ilə qarşılaşacaqdır.
Digər tərəfdən, ağıl, hətta ehtimal həddində olan ziyanı da dəf etməyi zəruri hesab etdiyi üçün Allahın varlığı və Onun sifətləri haqqında düşünməyə hökm edir ki, birdən bu ehtimal həqiqətlə uyğun olarsa (yəni Allahın vücudu və peyğəmbərlərin dəvəti düzgün olan təqdirdə), insan Allahın əzabından xilas olsun.

2️⃣-NEMƏT SAHİBİNƏ ŞÜKÜR ETMƏYİN ZƏRURİLİYİ.
Şübhəsiz, hər bir insan öz həyatında bir çox nemətlərdən bəhrələnir ki, bu nemətləri insan özü özünə verməmiş, əksinə başqa bir varlıq tərəfindən ona bəxş edilmişdir.
Digər tərəfdən, ağıl nemət bəxş edənə şükür etməyi vacib və zəruri hesab edir. Deməli, hər bir insan öz nemət sahibinə təşəkkür etməlidir.
Hər hansı bir varlığa təşəkkür etmək, o varlığı tanımaqdan asılı olduğundan ağıl hökm edir ki, həqiqi nemət sahibini (Allah-taalanı) tanımaq istiqamətində addım atılsın.
Beləliklə, Allahı tanımanın insan həyatındakı həlledici rolunu, eləcə də ehtimal olunan ziyanın qarşısını almağın və həqiqi nemət sahibinə şükür etməyin zəruri olmasını nəzərə alsaq, deməliyik ki, Allah haqqında axtarışlar faydalı olmaqdan əlavə, həm də lazımlı və zəruri bir işdir.

ALLAHI TANIMANIN MÜXTƏLİF MƏRHƏLƏLƏRİ:☝️
Allahı tanıma bəhsinin əsas müqəddimələrindən biri budur ki, Allahı tanımaqdan
danışılarkən müxtəlif mənalar nəzərdə tutula bilər. Başqa sözlə desək, Allahı tanımanın
müxtəlif mərhələləri vardır ki, onların ən əsası bunlardır:
1️⃣. Allahın həqiqətini və zatını dərk etmək. Allahı tanıma dedikdə, bəzən Allahın zatını tanımaq başa düşülür. Allahı tanıma BU mənada mümkündürmü?
Kəlamçıların və teosofların
bu suala cavabları mənfidir. Əqli və nəqli dəlillər təsdiq edir ki, Allahın həqiqətinə və zatına varmaq nə insan, nə də digər bir məxluq üçün mümkün deyildir.
Bu məsələnin əqli dəlili bundan ibarətdir ki, gələcək bəhslərdə qeyd edəcəyimiz kimi Allahın zatı sonsuz və mütləq, başqa varlıqlar isə (o cümlədən insan) məhduddur. Digər tərəfdən, hər hansı bir şeyi dərk etmək subyektin (dərk edənin) obyektə (dərk olunana) əhatəsi deməkdir. Məhdud varlıqların sonsuz və mütləq varlığı əhatə etməsi mümkün olmadığı üçün məxluqların Allahın zatını dərk etməsi mümkün deyildir. Bu səbəbdən Allahın zatı nəinki bizim üçün məchuldur, hətta belə bir idrak mümkün deyil.

Forwarded from Post Bot
Telegramın ən gözəl elmi, XƏBƏR və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.VAXT MƏHDUDDUR.
✍️ @Hizbullah313
✍️ @Hizbullah313
🌸BİSMİLLƏHİR-RAHMƏNİR-RAİM🌸
2️⃣.ALLAHIN VAR OLMASINI DƏRK ETMƏK.☝️
Allahı tanımağın digər bir mərhələsi Allahın var olduğunu bilməkdən ibarətdir. İnsan bu dərk sayəsində ateistlərdən və skeptiklərdən ayrılır və Allaha inananların cərgəsinə daxil olur.
Bəşər nəinki bu cür dərkə nail ola bilər, hətta bu idrak Allahı tanımanın digər mərhələlərinin təməli sayılır.
Allaha inananların hamısı Onu eyni şəkildə vəsf etmədikləri üçün burada idrak obyekti barədə konkret tərif vermək mümkün deyildir. Bununla belə, təqribən demək olar ki, insanlar bu mərhələdə ümumi şəkildə aləmin ülvi bir mənbəyinin, müqəddəs və əzəmətli bir varlığın olmasını
təsdiq edirlər.

Kəlam alimlərinin “peyğəmbərlərin göndərilməsinin zəruri olması”na dair dəlili hansıdır?
Anonymous Quiz
13%
A)-Praktiki hikmətin öyrədilməsi.
13%
B)-Lütf qaydası.
75%
C)-Xalqın vəhy və maarifə olan ehtiyacı.
0%
D)-Cəmiyyətin qanuna olan ehtiyacı.
Forwarded from 🕊🥀QƏRİBLƏRİN İMAMI🥀🕊 (Nəsib Ağayev)
Media is too big
VIEW IN TELEGRAM
Allahın adı ilə
Dəyərlərimizi tanıyaq və tanıdaq
Həzrət Ayətullah Şeyx Qələm
https://vt.tiktok.com/ZShoXtGTH/
Dəyərlərimizi tanıyaq və tanıdaq
Həzrət Ayətullah Şeyx Qələm
https://vt.tiktok.com/ZShoXtGTH/