Telegram Web
Ramazan ayının 6-cı gününün duası

🌹🌹🌹🌹🌹🌹🌹

Ərəbcə:

•اَللّـهُمَّ لا تَخْذُلْني فيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ، وَلاتَضْرِبْني بِسِياطِ نَقِمَتِكَ، وَزَحْزِحْني فيهِ مِنْ مُوجِباتِ سَخَطِكَ، بِمَنِّكَ وَاَياديكَ يا مُنْتَهى رَغْبَةِ الرّاغِبينَ•

Oxunuşu:  

Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi: 

İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!

Allah ibadətlərinizi qəbul etsin
.🌹
Əziz Peyğəmbərimiz (s)buyurub:

Ramazan ayı Allahın (əzzə və cəllə) ayıdır. O bir aydır ki, Allah onda həsənələri (yaxşılıqları,savabları) artırar və günahları silər və o bərəkət ayıdır.

Biharul-ənvar; c96, s340, h5.
İmam Əli (ə) buyurub:

"Ramazan ayında çoxlu dua və tövbə edin. Dua bəlaları sizdən uzaqlaşdırar, tövbə isə sizi günahlardan təmizləyər."

Vəsailuş-şiə,c.7,s.220
Allahın əziz Peyğəmbəri (s) buyurub:

"Hər şeyin bir qapısı vardır, ibadətin qapısı da Orucdur."
Peyğəmbər (s) buyurmuşdur:

"Kim xurma ilə iftar etsə,
namazının 400 dəfə savabı vardır"...

Biharul ənvar. Cild 95, səhifə 12.
Diqqət olunası məsələlərdən biri də möminlərin kimlərlə oturub - durmasıdır. Lakin təəssüf ki, bəzən bizlər buna diqqət etmirik. Mühit önəmli amillərdəndir. Sönmüş kömürü yanan kömürün yanına qoyanda o da yanar. Çünki bir yerdə olmağın təsiri var. Bizlər də o sönülü kömür kimiyik, əgər nurani, alim, zahid şəxslərin yanında əyləşsək bizə də o nurdan keçər. Deməli elə adamlarla yoldaşlıq eləməliyik ki, bizə müsbət enerji versin mənfi deyil....
Ramazan ayının 7-ci gününün duası

🌹🌹🌹🌹🌹🌹🌹

Ərəbcə:

  •اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ•

Oxunuşu:  

Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin. 

Tərcüməsi:  

İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!


Allah ibadətlərinizi qəbul etsin
🌹
«Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»

Bəqərə surəsi ayə 183


https://www.tgoop.com/insrah
Əziz Peyğəmbərimiz (s) buyurmuşdur:

"Səhərlər bağışlanma diləyənlərə və səhərlər yeyənlərə,
Allahın mələkləri salam göndərir"...

Biharul ənvar. Cild 93, səhifə 313.


https://www.tgoop.com/insrah
🌹İmam Səccad🌹(ə):



Salam sənə olsun ey Ramazan ayı ki, heç bir ay səninlə fəzilətdə yarışa bilməz.



Mənbə:Səfinətul- Bihar, cild 2, səh12.


Orucunuz qəbul olsun🌹


https://www.tgoop.com/insrah
Ramazan ayının 8-ci gününün duası

🌹🌹🌹🌹🌹🌹🌹🌹

Ərəbcə: 

•اَللّـهُمَّ ارْزُقْني فيهِ رَحْمَةَ الاَيْتامِ، وَاِطْعامَ اَلطَّعامِ، وَاِفْشاءَ السَّلامِ، وَصُحْبَةَ الْكِرامِ بِطَولِكَ يا مَلْجَاَ الاْمِلينَ•

Duanın oxunuşu: 

Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin.

Duanın tərcüməsi: 

İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı!


Allah ibadətlərinizi qəbul etsin.🌹



https://www.tgoop.com/insrah
Ramazan Quranımızın doğum ayıdır. Ramazan göylərin qapılarının daim açıq
olduğu bir qapıdır. Ramazan sevərək yaradan Allahın sevdiyi qullarına ucu bucağı olmayan lütfüdür. Ramazan xəzinəsi, sevgisi, lütfü, mərhəməti geniş olan Allahın sevdiyi qulları ilə görüş
məqamıdır. Ramazan vəhy ayıdır. Qəlbimizi vəhy üzərində kökləyək

https://www.tgoop.com/insrah
Əziz Peyğəmbərimiz (s ) buyurub:

"Əgər bilsəydiniz Ramazan ayında sizə nələr təqdir olunar, Allaha şükrünüzü artırardınız”.
Peyğəmbərimiz (s) buyurub:

Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…"
İmam Sadiq (ə) buyurmuşdur:                                                                                  
“Oruc tutduğun zaman sənin qulağın, gözün, tüklərin, dərin və bütün bədən üzvlərin oruc tutmalıdır. Yəni, haram işlərdən, hətta məkruh işlərdən belə çəkinməlidir”.


"Məfatihul-Cinan".
Ramazan ayının 9-cu gününün duası

🌹🌹🌹🌹🌹🌹🌹🌹

Ərəbcə:  

•اَللّـهُمَّ اجْعَلْ لي فيهِ نَصيباً مِنْ رَحْمَتِكَ الْواسِعَةِ، وَاهْدِني فيهِ لِبَراهينِكَ السّاطِعَةِ، وَخُذْ بِناصِيَتي اِلى مَرْضاتِكَ الْجامِعَةِ بِمَحَبَّتِكَ يا اَمَلَ الْمُشْتاقينَ•

Duanın oxunuşu: 

Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.

Duanın tərcüməsi: 

İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu! 

Allah ibadətlərinizi qəbul etsin
.🌹
Allahın Peyğəmbəri (s) buyurdu:

"Ey Əbəl Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyətini qəbul et. Qaxlmayanlara da niyət nəsib et Rəbbim.

Sabahınız xeyirli Allah tutduğunuz orucları qəbul eləsin inşəAllah.

Əllahummə salli əla Muhammad və Ali Muhammad və əccil fərəcəhum
İmam Həsən (ə) buyurub:

Allah-təala Ramazan ayını öz bəndələri üçün yarış meydanı qərar vermişdir..
Bir dəstə insan bu ayda vaxtını itaət və ibadətdə keçirdərək səadət və Allahın_ razılığını qazanmaqda,
biri digərindən irəli çıxmağa çalışacaq...
Başqa bir dəstə də diqqətsizlik və laqeydlik ucbatından bu ayı zərər və ziyan ilə başa vuracaqlar...

Tuhəful-Uqul, səh 234, hədis 14.
2025/03/11 18:13:11
Back to Top
HTML Embed Code: