Telegram Web
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📖FİQH📖


Bir neçə şər'i suala cavab

⭕️SUAL: Üfüqlərdə müştərək olma ayın görünməsi üçün şərt hesab olunurmu

CAVAB: Üfüqlərdə müştərək və yaxın olan ölkələrdə və yaxud da onların şərqində yerləşən ölkələrdə ayın görünməsi kifayətdir❗️

⭕️SUAL: Müştərək üfüqlər dedik də, nə başa düşülür

CAVAB: Bir xətt boyunca yerləşən şəhərlər nəzərdə tutulur; yəni, əgər şəhərlər uzunluq etibarı ilə bir xətt boyunca müştərəkdirlərsə, (burada uzunluq astronomiya elminə aid olan termindir), onda bunlara "üfüqdə müştərəkdirlər" deyilir.

@islam_quran_exlaq
📜MƏSUM İMAMLARIN (Ə) TARİXİ

📚İMAM HƏSƏN (Ə)


MƏHRUMİYYƏTLƏRİN VƏ
TƏHDİDLƏRİN ARTMASI


Müaviyə İraq əhalisinə qarşı qeyri-insani bir hərəkətə də əl atdı və etdiyi zülmlərə, işgəncələrə bunu da əlavə etdi. Belə ki, beytul-maldan əhaliyə verilən ödənişləri və yardımları kəsdi.
Sünni məzhəbli görkəmli alim İbn Əbil-Hədid yazır: "Şiələri harada yaxalayırdılarsa, qətlə yetirirdilər. Bəni-Üməyyəçilər hətta şiə olduğunu ehtimal verdikləri şəxslərin əl-ayağını kəsirdilər. Həzrət Peyğəmbər (s) ailəsinə məhəbbət bəsləyənləri həbs edir, mal-dövlətini müsadirə edir və evini viran edirdilər. İş o yerə çatmışdı ki, Əli (ə) şiəsi olmaq sanki kafirlik və dinsizlik idi! Bunda görə də həmin şəxsi acınacaqlı aqibət gözləyirdi.
Bu aralarda Kufənin vəziyyəti daha ağır və acınacaqlı idi, çünki bu şəhərdə Əli (ə) şiələri digər şəhərlərdən daha çox idi.
Müaviyə, Ziyad ibn Süməyyəni Küfənin valisi təyin etdi, sonradan Bəsrənin valiliyini də ona tapşırdı. Bir vaxtlar Həzrət Əlinin (ə) tərəfdarlarından olan Ziyad, Əli (ə) şiələrini yaxşı tanıdığı üçün onları axtartdırır və tapıb qətlə yetirir, işgəncə verir, əl-ayaqlarını kəsdirir, gözlərini çıxartdırır, xurmalıqlarda dara çəkdirir, İraqdan didərgin salırdı. Bu minvalla İraqda demək olar ki, tanınmış şiə şəxsiyyətlərindən kimsə qalmadı.

KUFƏDƏ VƏ BƏSRƏDƏ
TƏZYİQLƏRİN ARTMASI


Qeyd olunduğu kimi İraq əhalisi, xüsusilə də Kufəlilər daha çox təzyiq altında idilər. Onlar hətta etibar etdikləri şəxslərin evinə gedib məxfi söhbətlər etməkdən qorxub çəkinirdilər. Getdikdə də evin xidmətçisinə satqınlıq etməyəcəyinə and içdirməyənədək söhbətə başlamırdılar.
Müaviyə İslam məmləkətinin bütün valilərinə yazılı sürətdə göstəriş vermişdi ki, Həzrət Əlinin (ə) sülaləsindən, eləcə də onun tərəfdarlarından olan bir kəsin şahidliyi qəbul edilməsin.
Başqa bir fərmanında isə belə yazmışdı: "Əgər iki nəfər hansısa bir şəxsin Həzrət Əlinin (ə) tərəfdarı olduğuna şahidlik etsələr, o şəxsin adı beytul-malın dəftərindən silinməlidir və ona düşən pay kəsilməlidir."
Ziyad ibn Süməyyə ilin altı ayını Kufədə və altı ayını isə Bəsrədə olurdu və bunun üçün Bəsrədə olmadığı vaxtlar Səmurət ibn Cündəbi öz yerinə qoyurdu. Səmurət həmin müddətdə səkkiz min nəfəri qətlə yetirmişdi. Ziyad ona demişdi: "Qorxmursan ki, öldürdüklərin arasında bir günahsız insan olar? "O isə cavab vermişdi: "Onlardan iki bu qədərini öldürsəydim, yenə də heç nə məni qorxutmazdı."
Əbu Səvar Ədəvi deyir: "Bir gün səhər çağı Səmurət mənim qırx yeddi qohumumu öldürdü və onların hamısı Quran hafizi idilər."

O gələcək...

📚İstifadə olunmuş mənbələr:
"İbn Əlil Hədid, "Şərhi-Nəhcul-bəlağə", c.1; səh.43-45. "Tarixul-uməm vəl-muluk", c.6; səh.132.

@islam_quran_exlaq
📚ƏXLAQ📚


CAZİBƏ VƏ DAFİƏ

Məhəbbət də digər duyğular kimi iki qütbə-müsbət və mənfi qütbə malikdir. Ola bilməz ki, insan bir şeyi xoşlayarkən, onun əksini də xoşlasın. İnsan əgər kamal və gözəlliklərə yetişməyi xoşlayırsa, şübhəsiz, günaha və naqisliyə qarşı nifrət bəsləyir, belə ki iman əgər bir şəxs tərəfindən istənilirsə, sözsüz ki, küfr və nifaq onun nəzərində pis görünür. Allah-təala buyurur: "Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş,
küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır." («Hucərat»-7). Deməli, nə vaxt məhəbbətdən söz düşsə, bu, o demək deyil ki, insan başdan-ayağa tam sülh tərəfdarı olub, hamını və hər şeyi sevməlidir. Mömin və əqidəli insan hamı ilə dostluq edə bilmədiyi kimi,
hamıya qarşı da düşmənçilik edə bilməz. Demək, elə bir məhəbbət dəyərlidir ki, gözəllik və keyfiyyətlə əlaqədə olub bunların əksini özündən uzaqlaşdırsın.

TƏVƏLLA VƏ TƏBƏRRA

Təvəlla və təbərra İslam dininin füruiddin bölməsinə aid olan hissələrdir. Elə buna görə də insan yaxşılıqlar və yaxşıları sevib, pislər və pisliklərlə mübarizə aparmalıdır. Odur ki, Allah-təala Peyğəmbər(s)-in həqiqi ardıcıllarını vəsf edərək buyurur: "Muhəmməd(s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər." («Fəth»-29)."(Ey peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun peyğəmbərinə qarşı çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini
görməzsən. Onlar elə kimsələrdir ki, Tanrı onların qəlblərinə iman yazmış və öz dərgahında onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir.)" («Mücadələ»-22)."Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar (kafirlər) sizə gələn haqqı («Quran»ı,
Mühəmməd(s)-i) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz.(Mehribanlıq göstərirsiniz) («Mümtəhinə»-1). Buna görə də bu məsuliyyəti öhdəsinə götürmüş möminlərdə həm ehtiram göstərmək, həm də etiraz etmək xüsusiyyəti olmalıdır. Hamının yanında hörmətli və mehriban olmaq istəyənlər isə münafiqdirlər. Bu barədə rəvayətlərdə də təkid olunur. Rəvayətə görə Peyğəmbər(s) səhabələrdən birinə buyurur:
-Ey Allahın bəndəsi! Öz dostluq və düşmənçiliyini Allah üçün, onun yolunda et! Dostluq və düşmənçiliyin bu yolda olmalıdır, çünki başqa bir yolla Allah dərgahına yetişmək və imanın şirinliyini dadmaq olmaz. Bu gün nəzərlərin çoxu dünyəvi məqsədlər üzərində yaranmış dostluq və düşmənçiliklərə yönəlmişdir. Bu xırdalıqların Allah yanında heç bir dəyəri yoxdur. Həmin səhabə soruşdu:
-Necə başa düşək ki, dostluğumuz və düşmənçiliyimiz Allah üçündür? Haradan bilək ki, Allahın dostu kim, düşməni kimdir? Əgər biz də bunu bilsək, onun dostu ilə dost, düşməni ilə düşmən olarıq? Peyğəmbər(s) həzrəti-Əli(ə)yə işarə edərək buyurdu:
"Bunun dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir. Ona görə də atanın və övladının qatili olsa da, onun dostu ilə dost, atan və övladın olsa da, onun düşməni ilə düşmən ol." Təvəlla və təbərra o qədər əhəmiyyətlidir ki, bəzi hədislərdə imanın ən əsas hissəsi hesab olunmuşdur. Mədinə müsəlmanlarının “Qurani-Kərim”də həmişə təriflənən xüsusiyyətlərindən biri də budur ki, onlar mühacirləri imanlarına görə sevib, bu yolda onlardan heç bir şey əsirgəməyərək öz evlərini açıq ürəklə, səmimiyyətlə mühacirlər üçün hazırlayıb, gülərüzlə qarşıladılar. Bu barədə. “Qurani-Kərim”də deyilir: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Peyğəmbər(s)-ə qəlbən) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.” («Həşr»-9)
Əgər dostluq və düşmənçilik Allaha xatir olmazsa, davamlı olmayıb əksinə çevriləcəkdir. Başa düşmək lazımdır ki, belə dostluqlar həmişəlik ziyana səbəb olur. Allah-təala bu haqda buyurur ki, onlar qiyamət günü bir-birini lənətləyib düşmənçilik edərək təəssüflə deyərlər
ki, kaş bu kəslə dost olmayaydıq:
"Müttəqilər müstəsna olmaqla o gün dostlar bir-birinə düşmən kəsiləcəklər". («Zuxruf»-67). "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim."
(«Furqan»-28).Ona görə də ey mömin bacı-qardaşım, çalış dostluq və
düşmənçiliyin Allaha xatir olsun! Həmişə yaxşılar və yaxşılıqlarla dost ol, pislər və pisliklərlə mübarizə apar və Allahdan belə istə: "İlahi, məni bu dünyadan müsəlman aparıb, salehlərə qovuşdur".


@islam_quran_exlaq
📖FİQH📖

                                 ZƏKAT

بِسمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمْ.

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُ هُم وَ تُزَكِّيهِمْ بِهَا صَلِّ عَلَيْهِمْ إِنَّ صَلاَتَكَ سَكَنٌ لَّهُمْ وَ اللهُ سَمِيعٌ عَلِيمْ
.
                          
"Onların mallarından zəkat al. Bununla onların mallarını və canlarını təmizləmiş və pak etmiş olarsan. Onlara dua et, çünki sənin duan onlar üçün aramlıq, rahatlıqdır. Allah (hər şeyi) eşidən və biləndir."

Tövbə surəsi, ayə 103.


Müsəlmanların mühüm iqtisadi vəzifələrindən biri "Zəkat" ödəməkdir.
Zəkatın əhəmiyyəti haqqında yalnız onu demək kifayətdir ki, zəkat Qurani-Kərimdə namazdan sonra gəlir, imanın və əməli salehliyin nişanəsi olaraq göstərilir.


Zəkatın vacib olduğu şeylər:

1-Buğda.
2-Arpa.
3-Xurma.
4-Kişmiş.
5-Qızıl.
6-Gümüş.
7-Dəvə.
8-İnək.
9-Qoyun.


Zəkatın vacib olma şərtləri:

mal nisab həddinə çatmalıdır;
● onun sahibi həddi-büluğa çatmış olmalıdır;
● aqil olmalıdır;
● azad olmalıdır;
● öz malından istifadə edə bilən olmalıdır.


NİSAB HƏDDİ

Zəkat o halda vacib olar ki, yuxarıda deyilənlər müəyyən ölçüyə çatsın. Bu ölçüyə "nisab həddi" deyilir. Yəni əldə olunan məhsul, ya dəvə, inək və qoyunun sayı, yaxud qızıl və gümüş nisab həddindən az olsa, ona zəkat düşməz.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN
NİSABI


1-Buğda, arpa, xurma və kişmişin zəkatının nisabı 288 "mən" Təbriz ölçüsündən 45 misqal azdır ki, təqribən 847 kq-a bərabərdir.

2-Amma qeyd etmək lazımdır ki, buğda, arpa, xurma və kişmişin zəkatı onların suvarılmasından asılıdır. Buna görə də onları üç hissəyə bölmək olar:

1) Əgər məhsul çay və yağış suyu ilə suvarılsa, yaxud yerin rütubətindən suvarılmağa ehtiyac olmadan əldə olunsa, (Zəkat məhsulun 1/10-i qədərdir.

2) Əgər məhsul vedrə, su motoru və s.
kimi vasitələrlə, hal-hazırda mövcud olan dərin, yaxud nisbətən dərin quyulardan suvarılsa, (Zəkat məhsulun 1/20-i qədər olmalıdır.

3) Əgər məhsul torpağın bir hissəsi yağış, çay suyu və ya yerin rütubətindən istifadə edilərək elə həmin miqdar da vedrə, su motoru və s. kimi vasitələrlə suvarılaraq əldə olunsa, (Birinci yarısının zəkatı 1/10, ikinci yarısının zəkatı 1/20-dir.


📚📚📚

@islam_quran_exlaq
Forwarded from Toplu_link
𝐁𝐢𝐬𝐦𝐢𝐥𝐥ə𝐡𝐢𝐫 𝐑ə𝐡𝐦𝐚𝐧𝐢𝐫 𝐑𝐚𝐡𝐢𝐦
𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧ı𝐧 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦𝐝𝐚 𝐅𝐚𝐲𝐝𝐚𝐥ı 𝐌𝐚𝐫𝐢𝐟𝐥ə𝐧𝐝𝐢𝐫𝐢𝐜𝐢 𝐃𝐢𝐧𝐢 𝐊𝐚𝐧𝐚𝐥𝐥𝐚𝐫ı𝐧𝐚 𝐀𝐛𝐮𝐧ə 𝐨𝐥𝐮𝐧 𝐏𝐚𝐲𝐥𝐚şı𝐧 𝐐𝐮𝐫𝐛ə𝐭ə𝐧 İ𝐥ə𝐥𝐥𝐚𝐡
▂▃▄▅▆▇█𝐓𝐎𝐏𝐋𝐔 𝐋İ𝐍𝐊█▇▆▅▄▃▂
🄵🄰🅈🄳🄰🄻🄸 🄺🄰🄽🄰🄻🄻🄰🅁
📚📚📚📚📚📚📚📚📚📚📚📚
📜MƏSUM İMAMLARIN (Ə) TARİXİ

📚İMAM HƏSƏN (Ə)


İMAM HƏSƏNİN (Ə) SÜLHÜ
AŞURA QİYAMINA ZƏMİN YARATDI


Bu dəhşətli və qorxunc hadisələr İraq camaatını qəflətdən oyatdı və Bəni-Üməyyə xilafətinin həqiqi simasını onlara göstərdi. İraqın adi camaatı Müaviyənin Kufədəki qəbilə başçılarına - hansı ki, onlar öz qəbilələri ilə birgə İmam Həsənin (ə) qoşununu tərk edərək o Həzrəti sülh sazişi bağlamaq məcburiyyətində qoydular - verdiyi göqamaşdırıcı bəxşişləri gördükdə, Müaviyə hökumətinin ədalətsizliyini və özbaşınalığını anlamağa başladılar. O hökumət ki, özləri onu istəmiş və iqtidara gətirmişdilər.
Acınacaqlı bir vəziyyətə düşən İraq camaatı Həzrət Əlinin (ə) dövrünü xatırlayıb kədərlənir və ona havadar olmadıqları üçün peşmançılıq çəkirdilər. Eləcə də, Şamlılarla və Müaviyə ilə saziş bağladıqlarına görə hədsiz peşman idilər. Qarşılaşdıqları zaman bir-birini qınayır və danlayır, nə edəcəklərini soruşurdular. Çox keçmədi ki, Kufə nümayəndələri İmam Həsənlə (ə) görüşüb söhbət etmək və onu dinləmək üçün Kufədən Mədinəyə səfər etməyə başladılar.
Beləliklə, İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülh sazişi camaatın Bəni-Üməyyə hökuməti əleyhinə mübarizəsinə və xalq qiyamına zəmin yaratdı.


QİYAM ÜÇÜN YARANAN ZƏMİN

İmam Həsəni (ə) sülh sazişi bağlamaq məcburiyyətində qoyan müsəlmanlar o dönəmdə sanki qəflət yuxusuna dalmış, asayiş və rahat həyat arzusuna qərq olmuşdular. O arzular ki, onları süstləşdirmiş və mübarizliklərini əllərindən almışdı. Camaatı bu qəflətdən ayıltmaq və Bəni-Üməyyənin həqiqi simasını onlara tanıtdırıb mübarizə üçün ayağa qaldırmaq İmam Həsənin (ə) başlıca hədəfi idi. İmam Həsən (ə) öz söhbətlərində Bəni-Üməyyə xilafətinin zülmlərini, cinayətlərini, İslam qanunlarına qarşı laqeydliklərini qeyd edərək camaatı agah edirdi. Hətta iş o yerə çatdı ki, İraqın tanınmış simalarından bir neçəsi İmam Həsənin (ə) qardaşı Hüseyn ibn Əlidən (ə) qiyam etməsini istədilər və ona arxa duracaqlarını bildirdilər.

O gələcək...

📚İstifadə olunmuş mənbələr:
"Hüseyn Taha, "Əli və onun övladları", səh.207.


@islam_quran_exlaq
📚ƏXLAQ📚


ŞƏRİƏT HÖKMLƏRİNDƏN XƏBƏRDAR
OLMAQ


Saleh bəndə olmaq istəyən şəxs müəyyən bir işə başlamazdan əvvəl onun haqqında məlumat toplayıb öz işini şəriət ölçüləri ilə uyğun şəkildə qurmalıdır. Şəri hökmləri, qanunları bilmədən tərbiyələnmək və öhdəmizə düşən vəzifəni yerinə yetirmək mümkün deyil. Buna əsasən, dində müəyyən zəruri hömkləri (təqlidlə və ya ictihadla) bilmək hamıya vacibdir. Heç olmazsa, dini məsələləri öyrənməkdə irəli çıxıb başqalarına da başa salmaq üçün müəyyən şəxslərin olması lazımdır. Allah-təala buyurur: "..Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər". («Tövbə»-122). Rəvayət olunur ki, İmam Sadiq(ə)-dən "Tutarlı dəlil yalnız Allaha məxsusdur" («Ənam»-149) ayəsinin mənasını soruşduqda buyurdu: "-Allah-təala qiyamət günü öz günahkar bəndəsinə buyurar: "Ey mənim bəndəm! Niyə öz vəzifəni düzgün yerinə yetirmədin? Bilərəkdənmi günah etdin?" Əgər desə ki, “bəli”, buyurar: "Niyə bildiyinə əməl etmədin?" Yox əgər desə ki, «bilmirdim», onda soruşar: "Niyə öyrənmədin ki, əməl edəsən?.."
Nəticə olaraq, bəndəlik və ibadət iki şərtlə özünü doğruldur: məhəbbət və itaətlə. İtaət Tanrının razılıq və istəyini bilmədən qəbul deyildir. Özlərindən nə isə qondarıb itaət və ibadət kimi yerinə yetirilənlər, həqiqətdə, özlərinin bəndələridirlər, nəinki Allahın. Bu haqda Allah-təala buyurur: ".. Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?".(«Yunus»-59)


@islam_quran_exlaq
📖FİQH📖


ZƏKAT (2)

QIZILIN NİSABI

Qızılın iki nisabı var:

1-ci nisab - 20 şəri (15 adi misqala) çatsa, lazım olan başqa şərtlər də mövcud olarsa, - Onun 1/40-i zəkat verilməlidir. Əgər bu həddə çatmasa, zəkat vacib deyil.

2-nisab - 4 şəri misqaldır, bu da üç adi misqala bərabərdir. Deməli, əgər 15 adi misqalın üstünə 3 adi misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatı 1/40 verilməlidir. Əgər 3 misqaldan az əlavə olunsa, təkcə 15 misqalın zəkatı verilməlidir.


GÜMÜŞÜN NİSABI

Gümüşün iki nisabı var:

1-ci nisab - 105 adi misqaldır. Əgər gümüş 105 misqala çatsa, başqa şərtlər də mövcud olsa, insan onun 1/40-ni zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.

2-ci nisab - 21 misqaldır. Yəni 105 misqalın üzərinə 21 misqal əlavə olunsa, bütün 126 misqalın zəkatı qeyd olunduğu kimi verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, təkcə 105 misqal verilməlidir.


*Qeyd: Bir adi misqal 4,5 qramdır.

DƏVƏNİN NİSABI

Nə qədər ki, dəvənin sayı 5-ə çatmayıb, zəkatı yoxdur.

Dəvənin sayı 5-sə (Bir qoyundur), 10 (İki qoyundur), 15 (Üç qoyundur), 20 (Dörd qoyundur), 25 (Beş qoyundur), 26 (İki yaşın daxil olmuş bir dəvədir), 36 (Üç yaşına daxil olmuş bir dəvədir), 46 (Dörd yaşına daxil olmuş bir dəvədir), 61 (Beş yaşına daxil olmuş bir dəvədir), 76 (Üç yaşına daxil olmuş iki dəvədir), 91 (Dörd yaşına daxil olmuş iki dəvədir), 121 və ya ondan yuxarı (40-40 hesab olunmalıdır. Hər 40 başın zəkatı üç yaşına daxil bir olmuş bir dəvədir; yaxud 50-50 hesablanmalıdır ki, hər 50 dəvənin zəkatı dörd yaşna daxil olmuş bir dəvədir. Yaxud 40-50, 40-50 hesab etməlidir.

📚📚📚

@islam_quran_exlaq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Semiyye bacimiz agir xestedi emelyatina 7000min pul lazmdi bir bacimida xercengdeb rehmete gedib atamda yoxdu dozenmiyib infant olub nolar buagriya anam dozenmir kimin aimkani neye catir bacima destek olun semiyyeye nefes olun cunki anam daha dozenmez elaqe nomre 0705256203 ana maya xanim kapital bank 4169737706429392 orucov ismayil adinadi@everyyone @herkes
📜MƏSUM İMAMLARIN (Ə) TARİXİ

📚İMAM HƏSƏN (Ə)

MƏDİNƏNİN SİYASİ VƏZİYYƏTİ


İmam Həsən Müctəba (ə) Müaviyənin hazırladığı sui-qəsd nəticəsində şəhid olduqda Müaviyənin törətdiyi bu və digər cinayətlər Mədinə camaatı arasında sürətlə yayılmağa və nigarançılıqla danışılmağa başladı. Qardaşından sonra imam keçən Hüseyn ibn Əlinin (ə) yanına müraciət edən İraqın, Hicazın və başqa məntəqələrin şiələri demək olar ki, ancaq havadarları Müaviyə tərəfindən qətlə yetirildikdə Kufədən bir dəstə şiə İmam Hüseynin (ə) yanına gəlib bu xəbəri ona çatdırdı. Bu xəbər şəhərə yayıldı və imanlı şəxslərin nifrətini və qəzəbini oyatdı.
Bu hadisələr Bəni-Üməyyə hökumətinin əleyhinə zaman-zaman xalq qiyamının təşəkkülünə səbəb oldu. Əsas təbliğatçılar isə İmam Həsənin (ə) azsaylı vəfalı tərəfdarları idilər, hansı ki, İmam Həsən (ə) Müaviyə ilə sülh sazişi bağlamaqla öz uzaqgörənliyi sayəsində onların həyatda qalmasını təmin etmişdi. Bu mübariz təbliğatçılar Müaviyə hökumətinin zülmlərini və törətdiyi cinayətləri ifşa edib xalqa çatdırmaqla onlarda mübarizlik və qiyam ruhiyyəsini aşılayırdılar.

NƏ ÜÇÜN İMAM HƏSƏN (Ə) SÜLH
SAZİŞİ BAĞLADI, AMMA İMAM
HÜSEYN (Ə) QİYAM ETDİ?


Bura qədər İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülh sazişinin səbəblərini araşdırdıq. Başqa sözlər desək, İmam Həsənin (ə) nə üçün sülh sazişinə razılaşdığını izah etdik. Amma burada cavablandırmaq istədiyimiz sual bundan ibarətdir ki, nə üçün İmam Hüseyn (ə) Müaviyə ilə sülh sazişi bağladı, amma qardaşı İmam Hüseyn (ə) Müaviyənin oğlu Yezidə qarşı qiyam etdi? Daha açıq desək, əgər sülh bağlamaq bəyənilən və düzgün bir işdirsə, onda nə üçün İmam Hüseyn (ə) Yezidlə sülh bağlamadı? Yox əgər zalımlarla hər zaman mübarizə və müharibə aparmaq lazımdırsa, onda nə üçün İmam Həsən (ə) müharibəni davam etdirmədi?
Bu sualın cavabını bu iki imamın yaşadığı dövrlərin müxtəlif siyasi vəziyyətində, həmçinin Müaviyə ilə Yezidin fərqli cəhətlərində və rəftarlarında axtarmaq lazımdır. İndi isə Müaviyə ilə Yezidin fərqli cəhətlərindən bəzilərini nəzərinizə çatdırırıq.

O gələcək...

📚İstifadə olunmuş mənbələr:
Məhəmmədmehdi Şəmsəddin, "İmam Hüseyn qiyamının təhlili", Mehdi Pişvayinin tərcüməsi ilə, s. 178-179.

@islam_quran_exlaq
📚ƏXLAQ📚


SƏDAQƏTLİ YOLDAŞ SEÇİB
GÜNAHKAR (PİS) ADAMLARDAN
UZAQLAŞMAQ.


Hər hansı bir səfərdə vəfalı və sədaqətli yoldaşın çətinlikləri həll etməkdə mühüm rolu olduğu kimi, mənəviyyatı saflaşdırmaqda da yaxşı yoldaş böyük əhəmiyyətə malikdir. Həzrəti-Musa(ə) Bəni-İsrail tayfasını Fironun əlindən qurtarıb haqqa hidayət etmək üçün peyğəmbərliyə seçilərkən dua edib Allah-Təaladan belə istədi:
"Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver-qardaşım Harunu! Onunla arxamı möhkəmləndir, (Ona da peyğəmbərlik ver) ki, səni çox təqdis edib şəninə təriflər deyək və səni çox zikr edək ( Daim yada salıb şükr-səna edək)." («Taha»-29-34). "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!" («Tövbə»-119) Həzrəti-Əli(ə) öz övladlarına belə tövsiyə edir: "Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən. Evi almamışdan əvvəl qonşunu tanı".

"Qərib o kəsdir ki, dostu olmaya"
Allahın nemət və rəhmətinə şamil olub, Tanrı qayğısı, köməyi ilə düzgün yola haqq yola (siratəl-müstəqimə) yönələrək günahdan qorunmuşlar dostluğa layiq şəxslərdir. Bu ayədə deyildiyinə görə, onlar dörd qrupa bölünürlər:

"Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı düzgün, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!" («Nisa»-69). Bütün bu ayə və rəvayətlərdən belə anlaşılır ki, haqq yolunda sədaqətli və vəfalı yol yoldaşı zəruridir. Təklik və tənhalıq yalnız Allaha məxsusdur. Ey müsəlman mömin qardaş! Əlin peyğəmbər və siddiqlər ətəyinə çatmadığından şəhidlər və salehlərlə birgə ol! Heç vaxt onlardan ayrılma ki, yolunu azmış olarsan.


@islam_quran_exlaq
Bu kanalda əlbətdəki qaranlıq qalan bir çox məsələlər paylaşılacaq.

Vieolar Zülfiqar Məğribinin təqdimatında olacaq İnşə Allah.
https://www.tgoop.com/heqiqetedogru
Əssəlamu Aleykum və Rahmətullah və Bərakətuh.

Hər birinizi Ramazan Bayramı Münasibətilə Təbrik Edirəm. Allah ömürlərinizə Bərəkət əta etsin İnşə Allah. Neçə belə gözəl və Allah istəyən Bayramlara çıxasınız İnşə Allah.
Namaz əhli olmayan Əziz Qardaş və Bacılarımızında tez bir zamanda Namaza üz tutmalarını arzu edirəm.
Allah Arzularınızı, Qəlblərinizdə olan Gözəl Niyyətlərinizi Hasil Etsin İnşə Allah.


Allahu-Təala Hər birinizi Peyğəmbər (ə) və onun Pak Əhlibeytinin (ə) hörmətinə xatir günahlarınıza əfvi qələm çəksin və doğru yolda sabit qədəm qərar versin İnşə Allah.
Quranla Yaşayıb Həyatınızı, Ömrünüzü Qurana uyğun yaşamğınızı arzu edirəm.

Allah sizləri qorusun və Bir daha bu gözəl Bayramınız Mübarək Olsun İnşə Allah.

Peyğəmbər (s) və Əhlibeytinə (ə) salavat zikr edin İnşə Allah.

@Ayetullah_Mekarim_Sirazi
📚MƏHDƏVİYYAT📚


MÖVZU

İSLAMDA MƏHDƏVİYYAT
DÜŞÜNCƏSİ

İslamda Məhdəviyyat düşüncəsi Qurandan qaynaqlanır. Quran tam qətiyyətlə haqqın batil üzərində son qələbəsini bütün insanlara müjdə vermişdir.
Quran həzrət Mehdinin (ə.f) zühuru barədə ümumi şəkildə bəhs etmiş, bütün dünyada ədalətli dövlətin qurulacağını və salehlərin qalib gələcəyini müjdə vermişdir. Şiə təfsirçiləri və bəzi əhli sünnə təfsirçiləri Əhli-beytin hədislərinə və İslam alimlərinin nəzərlərinə istinad edərək bu cür ayələrin həzrət Mehdiyə (ə.f) aid olduğunu bildirmişlər.
Qurani-kərimdə bu mövzu ilə bağlı daha aşkar olan bir neçə ayəni nəql edib araşdıracağıq.
Məhdəviyyat mövuzu Məsumların (ə) sözlərindən istifadə etməklə həzrət Mehdi (ə.f) barəsində təfsir, təvil və ya tətbiq olunan ayələr barəsində olacaq. Əvvəlcə bu üç termin haqqında qısa izah verək:

TƏFSİR

"Təfsir" sözü "fəsərə" sözündən götürülüb və aydınlaşdırmaq, aşkar etmək mənasını bildirir. Bir termin olaraq isə "Nəzərdə tutulan mənanı yaxşı çatdırmayan çətin sözdən qaranlığı və anlaşılmazlığı aradan qaldırmaq deməkdir". "Fəsərə" "təf'il" babında işləndiyi zaman mənaya çatmaqda mübaliğə bildirir. Elə bu üzdən də təfsir çətin başa düşülən sözün üzərindəki örtüyü götürməklə yanaşı, həm də cümlənin çatdıracağı mənada olan qaranlığı aradan qaldırmaq deməkdir. Təfsir o yerdə olur ki, ləfzdə müəyyən anlaşılmazlıq olsun, bu da mənanın və cümlənin çatdıracağı mənanın çətin başa düşülməsinə səbəb olsun və bu qaranlığı aradan qaldırmaq üçün çoxlu səy göstərmək lazım olsun.
Quranın müəyyən bir hissəsini anlamaq ümumi insanlara müyəssər olmadığı üçün, izah və qaranlıqları aradan qaldırmağa ehtiyac vardır. Bu mühüm vəzifə bu işə səlahiyyətləri olan və Allah tərəfindən inayət edilən kəslərin üzərinə düşür.

TƏVİL

Təfsir və təvil keçmişdə iki sinonim söz hesab edilirdi, elə buna görə də Təbəri "Camiul-bəyan" təfsirində o iki sözü bir mənada götürüb ayələri təfsir edən zaman yazdığı başlıqları belə adlandırıb "Ayənin təvili". Son dövrün alimləri isə təvil və təfsiri fərqləndirirlər və bəlkə də təvil terminini təfsirdən dar mənada işlədirlər. Təvil "əul" sözündən götürülüb və kökə (əslə) qayıtmaq mənasını verir. Bir sözü təvil etmək onu əsl yerinə və kökünə qaytarmaqdır. Mütəşabih sözü təvil etmək isə onun zahirini elə yozmaqdıe ki, öz əsl mənasına qayıtsın. Bu söz Quranda üç mənada işlənib:

a) Mütəşabeh sözün və ya əməlin zahirini əqli və nəqli dəlillərə uyğun şəkildə yozmaq.

b) Yuxu yozmaq mənasında. Təvil sözü bu mənada "Yusif" surəsində səkkiz dəfə işlənib.

c) İşin sonu mənasında. Bu mənaya əsasən bir mövzunun təvili o mövzunun nə ilə bitməsi deməkdir.


Təvil sözünün dördüncü mənası da vardır ki, bu mənada Quranda işlənməyib, amma imamların (ə) hədislərində işlənib. Bu mənada təvil xüsusi mövzuda gələn ayədən ümumi məfhumun çıxarılması (xüsusini ümumiləşdirmə - tərc.) deməkdir. Bu mənada olan təvilə "batini məna"da (yəni ayənin zahirindən başa düşülməyən ikinci və gizli məna) deyirlər. "Zahiri məna" isə ayənin leksin baxımından ifadə etdiyi ilkin mənası deməkdir. Bu mənada təvil sözünün geniş əhatə dairəsi vardır. O, Qurani-kərimin ümumiliyinə zəmanət verir və Quranın bütün zamanlara şamil olmasına səbəb olur. Çünki xüsusi məsələlərdən çıxarılmış ümumi qanunlar olmasa, Quranın ayələrinin bir çoxunun tilavət savabından başqa faydası qalmayacaq. Şübhəsiz, Qurani-kərimdə, təvil olunması lazım olan mütəşabeh ayələr mövcuddur, amma təvili Allah və elmdə rasix olanlardan başqası bilmir.

TƏTBİQ

Quran ayələrində çoxlu mətləblər var ki, ümumi qanun şəklində bəyan olunubdur və hər bir zamanda müəyyən bir dəstəyə tətbiq oluna bilər. Bəzən mümkündür ki, ayənin ləfzi "xüsusi" məna versin, amma onun mənası "ümumi" olsun. Yəni kim ayədə göstərilən kəs kimi rəftar etsə, ayə ona da şamil olacaq.

@islam_quran_exlaq
📓KƏLAM ELMİ📓


KƏLAM ELMİNİN TƏRİFİ



Kəlam elminə müxtəlif təriflər verilmişdir. Bu elm haqqında ümumi anlayış əldə etmək üçün qeyd etmək lazımdır ki, kəlam elminin vəzifəsi aşağıdakılardan ibarətdir:

Dini etiqadların dini mətnlərdən çıxarışı, izahı, məntiqi şəkildə tənzimlənməsi, isbatı və müdafiəsi.


İndi isə bu vəzifələri ayrı-ayrılıqda izah edək:

1.Bildiyimiz kimi islam maarifi iki əsas mənbəyə, yəni Quran və sünnəyə əsaslanır. Bu səbəbdən kəlamçının ilk işi bu iki mənbəyə müraciət etməklə dini etiqadları üzə çıxarmaq və dini mətnlərin dərki üçün mötəbər sayılan metodlardan istifadə etməklə Quran və sünnənin məzmununu başa düşməkdir. Qeyd etmək lazımdır ki, kəlamçının tədqiqat obyekti islamın nəzəri təlimlərindən ibarətdir ki, bu sahəyə "etiqadi prinsiplər" deyilir (fiqh elmində isə əksinə olaraq, praktiki məsələlər araşdırılır).

2.Kəlam elminin əsas vəzifələrindən biri də dini etiqadları heç bir qaranlıq qalmadan izah etməkdir. Kəlamçı dini etiqadları Quran və hədislərdən çıxardıqdan sonra onları hər bir insanın düşüncəsinə uyğun ibarələrlə aydın şəkildə bəyan edir. Kəlamçı bu mərhələdə Quran və hədislərdən üzə çıxardığı həqiqətləri ən gözəl bəyanla çatdırmaq üçün digər elmlərin terminlərindən və qaydalarından istifadə etməyə məcbur olur. Kəlamçılar bu mərhələdə etiqadi düşüncələrin münasib formada çatdırılması üçün öz fəlsəfi və elmi məlumatlarından istifadə edirlər və hər bir kəlamçı bu yolda öz təfəkkürünə uyğun metodlar seçir.

3.İslamın etiqadi təlimləri dinin əsas mənbələrində, xüsusilə Quranda ardıcıl və nizamlı şəkildə gəlməmişdir. Bu səbəbdən kəlam alimlərinin vəzifəsi müxtəlif mövzuda olan təlimləri tənzimləmək və onların bir-biri ilə qarşılıqlı əlaqəsini aşkar etməkdir. Başqa sözlə desək, kəlam elminin hədəflərindən biri etiqadi təlimlərin toplusu üçün vahid bir sistem yaratmaqdır, belə ki, hər bir mövzunun yeri müəyyən edilsin və komponentləri arasında heç bir ziddiyyət olmayan harmonik bir məcmuə meydana gəlsin. Beləliklə, etiqadi prinsiplər arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq kəlamçının vəzifəsidir.
Qeyd etmək lazımdır ki, kəlam alimləri bir çox hallarda bu məsuliyyətin öhdəsindən gəlmək üçün kəlam elminin əsaslarında yenidən təhlillər aparır və nəticədə daha dərin həqiqətlərə yol açırlar.

4.Kəlamçılar dini əqidələri izah edib, tənzimlədikdən sonra sübuta ehtiyacı olan təlimlərin düzgünlüyünü möhkəm və dəqiq sübutlarla isbat etməyə və heç bir şübhə yeri qoymamağa çalışırlar.

5.Kəlam elminin əsas vəzifələrindən biri də dini və kəlami prinsipləri əqli şəkildə müdafiə etməkdir. Bir çox hallarda etiqadi prinsiplər və dini təlimlər müxaliflərin etirazına tuş gəlir. Kəlam alimləri bu məqamda məqsədəuyğun və mötəbər metodlardan istifadə etməklə etirazlara cavab verir və bu yolla dini etiqadları müdafiə edirlər.

@islam_quran_exlaq
📖FİQH📖


ZƏKAT (3)

İNƏYİN NİSABI


●İnəyin iki nisabı vardır:

1-nisab - otuzdur. İnəklərin sayı 30-a çatanda qeyd olunan şərtlərə malik olarsa, iki yaşına daxil olmuş bir dana zəkat verilməlidir.

2-nisab - qırxdır ki, onun da zəkatı üç yaşına daxil olmuş bir dişi danadır. Otuzla qırx arasında olanların zəkatı vacib deyil. Məsələn, bir kəsin 39 inəyi olsa, yalnız 30 inəyin zəkatını verməlidir. Həmçinin 40-dan artıq inəyi olsa, nə qədər ki, 60-a çatmayıb, yalnız 40 inəyin zəkatını verməlidir. 60-a çatandan sonra birinci nisab ikiqat olduğundan, iki baş iki yaşına daxil olmuş dana verilməlidir. Həmçinin yuxarı getdikcə ya 30-30, ya 40-40, ya da 30-40 ilə hesablanmalıdır.


QOYUNUN NİSABI

Qoyunların sayı 40-a çatmayınca zəkat vacib deyil.

Qoyunun sayı 40 - Zəkatının miqdarı Bir qoyundur, 121 - İki qoyundur, 201 - Üç qoyundur, 301 - Dörd qoyundur, 400 və ondan artıq - Hər yüz baş üçün bir qoyun verilməlidir.

1-İki nisab arasında olanlar üçün zəkat vacib deyil. Deməli, əgər bir kəsin qoyunlarının sayı birinci nisab olan 40-dan artıq olub 121 olan ikinci nisaba çatmasa, təkcə 40 başın zəkatını verməlidir. Ondan artıq qalanın zəkatı yoxdur. Sonrakı nisablarda da eyni qayda ilədir.

📚📚📚

@islam_quran_exlaq
📚ƏXLAQ📚


HARAM ƏMƏLLƏRDƏN ÇƏKİNMƏK
(GÜNAHLARDAN UZAQLAŞMAQ)


İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və yeməklərdən imtina etmək lazımdır. Qütb Ravəndi İmam Baqir(ə)-dən belə nəql edir: "Çox təəccüblüdür ki, insanlar xəstəliyin qorxusundan yeməklərində pəhriz saxlayır, amma cəhənnəm atəşinin əzabından qorxub günahdan çəkinmirlər".

Əlbəttə, pəhriz və özünü pis əmməllərdən qorumaq nəfsani qüvvələrin ziddinədir. Bu, işin əvvəlində çox çətin olur, lakin böyük əzm və mübarizə yolu ilə nəfsə qalib gəlmək olar. Həzrəti-Əli(ə) bu barədə belə buyurur: "Günahı tərk etməkdə nəfsinizi əlinizlə yumşaldın ki, ibadət və itaətə tərəf çəkmək sizin üçün asan olsun". Nəfsin saflaşdırılmasında əsas rol oynayan bu mübarizə islam mədəniyyətində "təqva" adı ilə tanınmışdır. Bu da bütün islami və insani dəyərlərin əsası, bünövrəsidir. Bütün əməl və səylər bunsuz öz dəyərini itirir, Tanrı dərgahında qəbul olunmur. “Qurani-Kərim”də deyilir: "Allah yalnız təqvalılardan (müttəqilərdən) qəbul edər".(«Maidə»-27). Şübhəsiz, Allah dərgahında qəbul olunmayan əməlin insan ruhu və mənəviyyatına heç bir təsiri olmaz, çünki yalnız gözəl kəlam və saleh əməl ona tərəf yuxarı qalxar, təkcə pak və əməlisaleh insanlar Allaha yaxınlaşa bilər. Allah-təala: “Qurani-Kərim”də buyurur: "Pak söz (Tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr. Və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar." («Fatir»-10). İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur"


İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır". İmam Sadiq(ə) öz məktubunda dostlarından birinə xitab edərək yazır: "Əgər aqibətinin xeyirlə qurtarmasını və bu dünyadan yaxşı əməl görərkən köçmək istəyirsənsə, Allahın haqqını taptalama. Məbada onun həlimliyinə (helminə) və səbrinə aldanıb nemətlərini günah işlərə sərf
edəsən.." Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiq(ə)-in xidmətində əməllərdən söz düşdü. Mən ərz etdim ki, əməllərdə çox zəif və süstəm. İmam belə buyurdu: -Sakit ol, Allahdan bağışlanmaq istə, yəni bu qədər naümid olma. Sonra isə buyurdu: -Heç şübhəsiz, təqva ilə görülən az əməl təqvasız görülən çox əməldən yaxşıdır.."

Müfəzzəl yaxşı əməllər sahibinin təqvası olmadığı barədə soruşduqda İmam cavab verdi: "Elə şəxslər var ki, insanlara yemək verir, qonşuları ilə mehriban, evlərinin qapısı hamının üzünə açıqdır, amma ilkin mərhələdə rəftarında günaha bataraq nəfsin cilovunu əldən verirlər. Bununla da itaətdən boyun qaçıraraq günaha batırlar. Lakin elə adamlar da vardır ki, bu cür gözəl işləri yerinə yetirmək onlara nəsib olmur, ancaq özlərini günah və hər cür çirkinlikdən qoruyurlar."

@islam_quran_exlaq
📜MƏSUM İMAMLARIN (Ə) TARİXİ

📚İMAM HƏSƏN (Ə)


MÜAVİYƏNİN HİYLƏGƏRLİYİ

İslam xilafətini əslində Bəni-Üməyyə sülaləsi şahənşahlığına çevirən Müaviyə, öz mövqeyini camaatdan (xüsusilə də, Şam camaatından) gizlətmək üçün ictimaiyyətdə, eləcə də öz sarayında bir sıra İslam qanunlarının qorunmasına və icrasına səy göstərirdi. O yaxşı bilirdi ki, müsəlmanlara din adına hökmdarlıq edir və buna görə də xalq onun həmin dinə qarşı çıxdığını görməməlidirlər. Camaatın gözündən kənarda və pərdə arxasında isə öz yaramazlıqlarından qalmırdı.
Müaviyə ictimai çətinlikləri də siyasət və tədbirlə aradan qaldırırdı, halbu ki, oğlu Yezidin belə güclü siyasəti yox idi. Elə bu iki səbəbə görə də Müaviyənin hakimiyyəti dövründə qiyamın qəti qələbə ilə nəticələnəcəyi sual altında idi. Çünki o dönəmdə müsəlman cəmiyyətinin böyük əksəriyyəti Müaviyənin mövqeyini hələ lazımınca dərk etməmişdi və buna görə də İmam Həsənin (ə) Bəni-Üməyyə əleyhinə qiyamını düzgün dəyərləndirməyəcəkdi. Bəlkə də onlar, İmam Həsənin (ə) Müaviyəyə qarşı mübarizəsini haqqın batilə qarşı mübarizəsi kimi deyil, hakimiyyət uğrunda aparılan siyasi mübarizə hesab edəcəkdilər. Belə bir şəraitdə şəhidlik və qiyam yolunu seçmək İmam Həsənin (ə) hədəflərini gerçəkləşdirməyəcəkdi.

MÖVCUD ŞƏRAİTİN QİYAM ÜÇÜN
ƏLVERİŞLİ OLMAMASI


Qeyd etdik ki, bir tərəfdən Müaviyənin hiyləgər və avam aldadan siyasətləri, digər tərəfdən də xalqın qafilliyi İmam Həsənin (ə) qarşısını kəsən və mübarizəsini başqa şəkildə aparmağa onu vadar edən amillər idi. Belə bie vəziyyətdə müqəddəs "şəhidlik" yolu arzu olunan nəticələri verməyəcəkdi. Bunu da qeyd edək ki, şəhidliyin fərdilikdən çıxıb ictimai hadisəyə çevrilməsi xüsusi məqam və şərait tələb edir.
Tarixi faktlar göstərir ki, əgər İmam Həsən (ə) həmin süst döyüşçüləri ilə mübarizəni davam etdirsəydi və Müaviyə ilə vuruşsaydı, bir qəhrəman kimi şəhid edilməyəcəkdi, bəlkə tez bir zamanda əsir tutulacaqdı. Müaviyə, Məkkənin fəthi zamanı müsəlmanlar tərəfindən əsir tutulan və sonra azad edilən sülaləsinin adına vurulan "Tuləqa" damğasının əvəzini Həzrət Məhəmmədin (s) ailəsindən olan böyük şəxsiyyətlərdən birini əsir tutmaqla çıxmaq istəyirdi. Deməli, əgər İmam Həsən (ə) məğlub olsaydı, Kərbəla şəhidləri kimi şəhid edilməyəcəkdi, əksinə, Müaviyənin əlinə keçəcək və naməlum şəkildə həlak ediləcəkdi. Bu isə haqq tərəfdarlarına böyük zərbə olacaqdı.
Həmçinin əgər İmam Həsən (ə) məğlub olsaydı, Müaviyə, Əli ibn Əbu Talib (ə) və İmam Həsənin (ə) hakimiyyəti altında olan şəhərlərə, xüsusilə də Məkkəyə, Mədinəyə, Kufəyə və Bəsrəyə hücum çəkib qətl-qarətlər törədəcəkdi. Nəticədə isə Aşura hadisəsindən fərqli olaraq, öldürülənlərin sayı-hesabı olmayacaqdı. İmam Həsən (ə) - "Qanın hədər yerə tökülməsinin qarşısınl aldım" dedikdə, elə bunu nəzərdə tuturdu.
Bəlkə də elə bu səbəblərə görə, həmçinin sülh sazişi mövzusunda qardaşına haqq verdiyinə görə İmam Hüseyn (ə), İmam Həsənin (ə) vəfatından sonra 10 il müddətində, yəni, Müaviyə dünyadan köçənədək (50-60-cı hicri-qəməri illəri) qiyam etmədi. İmam Hüseyn (ə) qiyam üçün münasib məqamı gözlədi və bu müddətdə yalnız həqiqətləri müsəlmanlara açıqlamaqla kifayətləndi.

O gələcək...

📚İstifadə olunmuş mənbələr:
Məhəmmədrza Həkimi, "İmam dər eyniyyəti-camiə" s.121,133 və 171.

@islam_quran_exlaq
2025/02/27 08:08:25
Back to Top
HTML Embed Code: