Telegram Web
Şəhidin var, Zaqatala!
Qımır kəndi. Allah rəhmət eləsin!
Başın sağ olsun, Vətən! 🥀
Şəhidin var, Beyləqan! 🥀
Forwarded from Ovqat.com
Bu gün Kəlbəcər rayon Təkəqaya kəndindən olan şəhid Tağızadə Cahangir Qurban oğlu Mingəçevir şəhidlər xiyabanında dəfn olunacaq. Şəhidin nəşi saat 15.00-da Vaqonlar yaşayış massivindən götürüləcək.

🔰@ovqatcom
Forwarded from Unikal.az (᥇ꪀ)
🇦🇿🥀 Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib.

Şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Kanalı izləyin 👉@unikalazxeberportali
Forwarded from HƏRBİ XƏBƏRLƏR
🥀Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi

Masallı rayon Ərkivan qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Azər Rafiq oğlu Mirzəyev vəfat edib.

Azər Mirzəyev böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Mərhum doğulduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəllə qəbiristanlığında dəfn edilib.
Forwarded from Maraqlı.TV
🇦🇿Vətən müharibəsi iştirakçısı, mayor Cəlal Rəhimov vəfat edib. - Füzuli, Xocavənd, və Şuşa uğrunda döyüşlərdə iştirak etmişdi.
Forwarded from Oxu.Az
SON DƏQİQƏ

🚨🚨🚨 Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
❗️❗️❗️Son Dəqiqə Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazaxın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazaxın Dəmirçilər kəndində dəfn olunacaq. Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılacaq.
Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib. 🥀🥀
🥀🥀Qəzada həlak olan baş gizir Ruslan Qurbanov

Allah Rəhmət Eləsin!!
Ruhun şad olsun - Mehdiyev Turan Cavad oğlu 🖤🥀
‼️ Azərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir
Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev hadisəni təsdiqləyib.
Onun hansı silahdan, kimin atəşi nəticəsində öldüyü barədə isə heç nə deyilmir.
Forwarded from Unikal.az
🔴 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı zabit həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, azərbaycanlı zabit Anar Talıbov döyüşlərdə həyatını itirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşaliyeviçin odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib
Forwarded from Unikal.az
❗️⚡️Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib

"Unikal"ın əldə etdiyi məlumata görə, hərbi qulluqçu Namazov Nurlan Şahyəddin oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda vəfat edib.

Müdafiə Nazirliyindən faktı saytımıza təsdiqləyiblər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Vətən müharibəsi qazisi Rusiyada vəfat etdi

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada dünyasını dəyişib.
Bir neçə gün əvvəl Rusiyaya gedən qazinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Onun cənazəsi bu gün Ağsu rayonunda dəfn edilib.
Forwarded from Bizim.Media
🇦🇿Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Bu barədə Müdafiə Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Şirxan Söhrab oğlunun qəfləti ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etməsi barədə məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.
Forwarded from BakuES (ASİM)
⚡️Qar uçqununa düşən hərbçimizin fotosu

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Rüstəm Ruslan oğlu Həmidov və əsgər Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Bakues.az Unikal-a istinadən əsgər Rüstəm Həmidovun fotosunu təqdim edir:
⚡️Gədəbəydə qar uçqununa düşən digər əsgərimizin FOTOSU

"Unikal"ın məlumatına görə, qar uçqununa düşən əsgər Əli İmanov Sabirabad rayonunda hərbi xidmətə çağırılıb.
2025/03/26 01:20:30
Back to Top
HTML Embed Code: