Telegram Web
"Bəy" söylə, "yoldaş" de, "vətəndaş" çağır,
Hər yetən insana "müəllim" demə.
Bəlkə, heç pedaqoq deyildir fağır,
Müəllim olmayana "müəllim" demə.
Həkimə "həkim" de, polisə "polis".
Nə vaxtdan müəllim olub mühəndis?
"Müəllim" deməsən, inciyər rəis?
"Cənab" de sən ona, "müəllim" demə.
Bilsən, dil nə çəkir sənin əlindən,
"Müəllim" kəlməsi düşmür dilindən.
Utan, xəcalət çək müəllimindən,
Ayıbdır, çobana "müəllim" demə.
Söz yersiz olanda qiymətdən düşər,
Mənası dəyişər, zinətdən düşər.
Müəllim özü də hörmətdən düşər,
Avama, nadana "müəllim" demə.
Sən də, Bayram Novruz, sözü dürüst
de,
Yaxşıya yaxşı de, pisə də pis de.
Şair de, müxbir de, lap jurnalist de,
Hər yazı yazana "müəllim" demə!

#BayramNovruz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mən elə bilirdim sən dönəcəksən,
Hər dəfə darıxıb qayıtdığıntǝk.
Sən axı, zənnimcə, yenə də təksən,
İndiyə darıxıb dönəydin gərək.

Əvvəllər heç belə deyildin qəti,
Küsüb getmək idi adətin, dərdin.
Daşıya bilməzdin üç gün həsrəti,
Pərişan-pərişan geri dönərdin.

Bilsəydim, ayrılıq acısı nədi,
Məhəbbət ummazdım boş ürəyindən.
Yəni bir anlığa heçmi keçmədi,
Həsrətin soyuğu daş ürəyindən?!

Yəni sızlamadı yaran bir dəfə,
Heçmi düşünmədin, heçmi anmadın?!
Heçmi xatirələr doluşub evə,
Yaxandan tutmadı, duyğulanmadın?!

Nə isə...qoy olsun, deyəsən, axı,
Çox şey istəmişəm səndən elə bil.
Başdan bilməliydim bizdə də çoxu,
Ötəri hisslərdən başqa şey deyil.

Nə sənə bu həyat görünər çətin,
Nə mənim sevdadan çəkən yaşımdı.
Güman ki, bu, sənin ilk xəyanətin,
Mənim də sonuncu aldanışımdı...

#ElvirAxund
"Neyi seversen, o olursun. Sevgi simyadir.
Asla yanlış şeyi sevme çünkü seni dönüştürecektir.
Hiçbir şey sevgi kadar dönüştürücü değildir.
Seni daha yükseklere, doruklara çıkabilecek bir şeyi sev.
Senin ötende bir şeyi sev."
Mən uşaq ikən mənə nəyin doğru, nəyin yanlış olduğunu öyrətdilər, amma xasiyyətimi necə formalaşdırmağı öyrətmədilər.
Mən ölsəydim, o,bəlkə, ağlayardı,  o ağlasaydı,mən ölərdim...


#ÖzdemirAsaf
Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...

  #HüseynCavid
Salam.
Xoş gəlmisən, köhnə sevgilim.
De, necə oldu ki, düşdüm yadına?
Gəl, otur azacıq nəfəsini dər,
Gözlə...
Şeir yazım sənin adına!
İllərdir göz yaşım dəmlənib qalıb,
Gəl,
İçib danışaq biraz…
Darıxma!
Üzüm qırışlanıb, rəngim saralıb…
O da düzələndir…
Canını sıxma!
Bağışla,
Otağım biraz soyuqdur!
Bilirsən,
Nə vaxtdır tənhayam, təkəm.
Məndə bir ünvanın, yerin də yoxdur.
Hərdən darıxanda sənə baş çəkəm.
De görüm, nə olub?
Üzgünsən biraz.
Kimi öldürmüsən gəldiyin yerdə?
Bir də ki…
Qonaqlar əliboş olmaz,
Bəs nə gətirmisən xatirələrdən?
Sən necə qonaqsan axı, əzizim?
Dinib danışmırsan niyə?
Bilmirəm.
Əslində mənim də nə çoxdur sözüm,
Heç bircəsini də deyə bilmirəm!
Görürsən,
Təklikdən boynum bükülüb.
Bir sevinc də yoxdur isitsin məni.
Vallah,
Həyatımın marağı ölüb,
Sevgilim də yoxdur tərk etsin məni!
Sən Allah, tələsmə!
Hələ var vaxta.
Getsən bəs, de görüm…
Haçan gələrsən?
Gedirsən?
Nə deyim?
Sənə yaxşı yol!
Mən yəqin, yataram..
Ya da…
Nə bilim...
Havalar soyuqdur, ehtiyatlı ol.
Sağ ol!
Xoş gedirsən, köhnə sevgilim.


#OrxanBahadırsoy
O gün ki hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac alıb, bac verən könlüm
İndi uşaq kimi ağlar səninçün.

Gül gülü çağırır, çiçək çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün.

#MikayılMüşfiq
 

Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə, 
Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə, 
Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə, 
Birləşən əllərimiz döndü dəmir yumruğuma. 
Tanrının möcüzəsi endi dəmir yumruğuma.


Aslana tülkü açıb cəng, bu nə haqsız davadır? 
Otuz ildir dilənir, atdığı boş-boş havadır. 
Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır, 
Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma,
Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

 
Hər qarış torpağa həkk oldu zəfər tarixmiz, 
Vətənə sevgi çələngiydi hünər tariximiz, 
Dirçəliş mənliyimizdir bu təpər tariximiz, 
Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma, 
Tanrının möcüzəsi endi dəmir yumruğuma. 


Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf, 
Aldıq öz haqqımızı, çüki bizik haqlı tərəf, 
Gücümüz, qeyrətimizlə elədik düşməni dəf 
Dünya heyrətlə baxır indi dəmir yumruğuma, 
Tanrının möcüzəsi endi dəmir yumruğuma.  

 #MüzəffərMəzahim 
Bir qadın unutmuşam..
Göz rəngi yadımdadı,gözün xatırlamıram.

Bir qadın unutmuşam...
Səsi qulağımdadı,sözün xatırlamıram.

Yanından düz keçərəm,
Səsini duysam dönərəm,
Axı mən bəxbəxt oğlu səsin xatırlayıram...
Özün xatırlamıram...

Bir qadın unutmuşam...
İllərdir dodağımda dodağının dadı var.
Gözlərimdə həsrəti,
Əllərimdə boşluğu
Hardasa dərinlərdə,ürəyimdə adı var...

Bir qadın unutmuşam...
Ona yazılan şeirin sətrin unutmamışam.
Evimin ünvanını unuduram ilahi,
Unutduğum qadının ətrini unutmamışam..

Çox mu unutqanam mən?
Dəli kimi sevdiyim qadını unutmuşam...
Belə unutmaq olmur.

Ad günü yadımdadı,adını unutmuşam...

#SəddamLaçın
Dostoyevski deyir ki: Sevgi olmadan hörmət olmaz.

Tolstoy isə deyir ki: Hörmət sevginin olmadığı yerdə boşluq dolduran vasitədir...
Doğru deyən olsaydı yalançı usanardı,
Avarə qalanlar dəxi bir söz də qanardı!

Sabitqədəm olsaydı əgər yar vəfadə,
Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!

Əqval ilə ə'mal bir olsaydı, yəqinən,
Bunca denilən sözlərə məxluq inanardı!

Münsif həqə həq, batilə batil söləsəydi,
Əlbəttə ki, nahəq söləyən şəxs utanardı!

Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi,
Qəflətdə yatan gözlərimiz bir oyanardı!

Gər ağzı küləkli kişilər pefləməsəydi,
Bir şəm'ki, asudə yanır, həm də yanardı!

Həq söyləyənin küfrünə hökm eyləməsəydik,
Həqgu məgər öz fikrini gizlərdi, danardı?!

#MirzəƏləkbərSabir
Düşmüşdüm dünyaya bəxt arayırdım
Səni görməyimdən incimədin ki?
Sənsiz bu dünyada bir belə, yarım,
Ömür sürməyimdən incimədin ki?

Öpdüm,nəfəsimdə mehdən incidin,
Ləçək dodağımda şehdən incidin,
Qəlbimdə dillənən neydən incidin,
Səni sevməyimdən incimədin ki?

Bilmirəm, küsürsən mənim nəyimdən?
Bihuşam ərkindən,naz etməyindən,
Sənə ulduzlardan,dağ çiçəyindən
Çələng hörməyimdən incimədin ki?

Özüm də bilmirəm,gəzirəm nəyi,
Əlimin telinə müşkül yetməyi,
Sənə öz ömrümü qurban etməyi
Rəva bilməyimdən incimədin ki?

Əgər ölməliyəm, gəl məni öldür!
Deyib-gülməliyəm, qəlbimi güldür,
Bütün savaşların sonluğu sülhdür!
Qalib gəlməyimdən incimədin ki?...

#VahidƏziz
İnsan nasıl özgür olur?

Aristo - Düşünerek
Platon - Öğrenerek
Camus - Başkaldırarak
Sartre - Eyleme geçerek
İbn Rüşd - Vicdanlı olarak
Nietzsche - Kendin kalarak
Farabi - Kalbine kulak vererek
Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.

#NüsrətKəsəmənli
Sonuncu ümid də qırılmış itmiş,
Özünə yer tapmır sinəmdə ürək,
İndi anlayıram mümkünsüz imiş
Sənə birdəfəlik "Əlvida" demək

Həsrət nə təcnisdi, nə də bayatı,
Yazardım, gözümdən axıb-gedərdin,
Bütün baş verənlər yuxu olsaydı,
Yozardım, ömrümdən çıxıb gedərdin.

Xəyallar ürəklə küsü saxlayır,
İçimdə şübhələr vaxtı dəyişir,
Bir yannan qəzəblər düyün bağlayır,
Bir yannan istəklər söz güləşdirir.

Özün yarı yolda bu eşqi qoydun,
Ağaran saçlara dostlar şahidim,
Sən mənə bir doğru sözü qıymadın,
Mən sənə ömrümü ərmağan etdim...

#VahidƏziz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2025/01/12 12:58:43
Back to Top
HTML Embed Code: