Qopardıb qəlbimi gərək sinəmdən,
Ona gül yerinə bağışlayım mən.
Özü də bilir ki mənim dərdimdən,
Ölür, gözlərinə qurban olduğum.
#XəlilRzaUlutürk
Ona gül yerinə bağışlayım mən.
Özü də bilir ki mənim dərdimdən,
Ölür, gözlərinə qurban olduğum.
#XəlilRzaUlutürk
Eşitsəm gəlirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini.
Öpərəm mübarək qədəmlərini
Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşıb daşaram.
Pənbə buludlarla qucaqlaşaram.
#XəlilRzaUlutürk
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini.
Öpərəm mübarək qədəmlərini
Eşitsəm gəlirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşıb daşaram.
Pənbə buludlarla qucaqlaşaram.
#XəlilRzaUlutürk
Sən mənim ömrümdə bir sevinc payı,
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.
Durmuşuq aramıız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım,
Sən məndən uzaqsan dünyalar qədər...
Gör necə yaxınıq, gör necə uzaq?..
Doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da br ömürdür gərək yaşayaq,
Ayrı yaransaq da yerlə göy kimi.
Yarpaqlar titrəsə bil ki, səsimdi,
Sənə pıçıldaram”var ol” əzizim.
Sənin var olmağın mənim bəsimdi,
Elə varlığınçün sağ ol, əzizim.
#KəmaləAbıyeva
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.
Durmuşuq aramıız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım,
Sən məndən uzaqsan dünyalar qədər...
Gör necə yaxınıq, gör necə uzaq?..
Doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da br ömürdür gərək yaşayaq,
Ayrı yaransaq da yerlə göy kimi.
Yarpaqlar titrəsə bil ki, səsimdi,
Sənə pıçıldaram”var ol” əzizim.
Sənin var olmağın mənim bəsimdi,
Elə varlığınçün sağ ol, əzizim.
#KəmaləAbıyeva
Necə həmtay tutum hər buti-zibayə səni,
Vermərəm, Tanrı bilir, cümlə bu dünyayə səni.✨
#SeyidƏzimŞirvani
Vermərəm, Tanrı bilir, cümlə bu dünyayə səni.✨
#SeyidƏzimŞirvani
İnciyib odlara salma könlümü,
Qəzəb duyğulardan bir tonqal qalar.
Gördün fikirliyəm alma könlümü .
Əllərin havadan asılı qalar.
Burax fikirlərin qoynuna məni,
Gözləmə əlacsız təbəssümləri.
Axsam görərsən ki, güldürüb səni,
Yeni bir şeirlə dönmüşəm geri.
Min gücün dizini bir hiylə bükər,
Bir bağlı qönçədə min hikmət yatar.
Bir gülə könülsüz toxunsam əgər,
Ləçəklər tikan tək əlimə batar.
Yenə baxışların niyə yol çəkər?
Bir istək, bir duyğu qəlbimi döyər.
Könülsüz telini oxşasam əgər,
Saçının hər biri şahmara dönər.
Bəlkə də qadına bunlar xoş deyil,
Axı, nəvazişdir onun təməli.
Fikirli olanda sinəm boş deyil,
Könlümə fikirlər dolur deməli...
#NüsrətKəsəmənli ✨
Qəzəb duyğulardan bir tonqal qalar.
Gördün fikirliyəm alma könlümü .
Əllərin havadan asılı qalar.
Burax fikirlərin qoynuna məni,
Gözləmə əlacsız təbəssümləri.
Axsam görərsən ki, güldürüb səni,
Yeni bir şeirlə dönmüşəm geri.
Min gücün dizini bir hiylə bükər,
Bir bağlı qönçədə min hikmət yatar.
Bir gülə könülsüz toxunsam əgər,
Ləçəklər tikan tək əlimə batar.
Yenə baxışların niyə yol çəkər?
Bir istək, bir duyğu qəlbimi döyər.
Könülsüz telini oxşasam əgər,
Saçının hər biri şahmara dönər.
Bəlkə də qadına bunlar xoş deyil,
Axı, nəvazişdir onun təməli.
Fikirli olanda sinəm boş deyil,
Könlümə fikirlər dolur deməli...
#NüsrətKəsəmənli ✨
Ayrılıq mehriban, ayrılıq doğma.
Gəlmə! Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə?
Xeyli dərd lazımdır ölməkçün mənə?!
Gəlmə!… Gəlmə!…
Belə qalım… Azadam, azad.
Mənə bu dünyada, o dünyada yad”.
#VaqifSəmədoğlu
Gəlmə! Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə?
Xeyli dərd lazımdır ölməkçün mənə?!
Gəlmə!… Gəlmə!…
Belə qalım… Azadam, azad.
Mənə bu dünyada, o dünyada yad”.
#VaqifSəmədoğlu
Yoxluğun çətindir mənə əzizim.
Bəlkə qayıdasan, düşün dərindən?!
Bir məktub yazıram sənə əzizim,
Ayrılıq gününün ilk səhərindən...
Bu evdə hələ də var ayaq izin.
Otaqdan-otağa aparır məni.
Darağda saçların, güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?
Gözüm boş yatağa sataşdı birdən,
Fərqinə varmadım mən, daha yoxsan.
Adını çağırdım özüm bilmədən,
Yadıma düşdü ki, sən daha yoxsan...
Gözüm bir nöqtəyə baxır anbaan.
Diqqət et gör hardan-hara gəlmisən?
Ən uzun cümləyə sığmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən...
...Nə isə, deyəsən gec olub saat,
Növbəti səhərin qoxusu gəlir,
Ayıbdır, məktubu oxu sən də yat,
Sevdiyin insanın yuxusu gəlir...
#XəzərSüleymanlı
Bəlkə qayıdasan, düşün dərindən?!
Bir məktub yazıram sənə əzizim,
Ayrılıq gününün ilk səhərindən...
Bu evdə hələ də var ayaq izin.
Otaqdan-otağa aparır məni.
Darağda saçların, güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?
Gözüm boş yatağa sataşdı birdən,
Fərqinə varmadım mən, daha yoxsan.
Adını çağırdım özüm bilmədən,
Yadıma düşdü ki, sən daha yoxsan...
Gözüm bir nöqtəyə baxır anbaan.
Diqqət et gör hardan-hara gəlmisən?
Ən uzun cümləyə sığmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən...
...Nə isə, deyəsən gec olub saat,
Növbəti səhərin qoxusu gəlir,
Ayıbdır, məktubu oxu sən də yat,
Sevdiyin insanın yuxusu gəlir...
#XəzərSüleymanlı
Söz var: "Ağlayanda ürək boşalar”,
Səninçün hönkürmək, ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki, sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham, şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Mən ki, körpəlikdən dəymədüşərəm…
#VahidƏziz
Səninçün hönkürmək, ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki, sən mənə oxşamamısan.
Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham, şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Mən ki, körpəlikdən dəymədüşərəm…
#VahidƏziz
Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin
Yuyuldu yollardan ayaq izlərin…
Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?
#XəzərSüleymanlı
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin
Yuyuldu yollardan ayaq izlərin…
Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?
#XəzərSüleymanlı
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca...✨
#RəsulRza
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca...✨
#RəsulRza
Quru gözlərimə birdən yaş dolar,
Birdən kövrələrəm, tənhalaşaram.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
#RamizRövşən
Birdən kövrələrəm, tənhalaşaram.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
#RamizRövşən