Hər gün qara basır məni yuxuda,
Hər gecə çiynimə ağır yük olub.
Nağıl oxuyuram, nağıllarda da,
Görürəm divlərin gözləri dolub.
#VaqifSəmədoğlu
Hər gecə çiynimə ağır yük olub.
Nağıl oxuyuram, nağıllarda da,
Görürəm divlərin gözləri dolub.
#VaqifSəmədoğlu
Yenə səhər…
Yenə həmin gün şüası
Evdəki tozu göstərir.
Yenə axşam…
Qaranlıq boş çarpayını
Saat doqquzu göstərir.
Nə mənası,
Ölmüşəmmi, qalmışammı?
Heç yadına düşürəmmi?
Kimə lazım,
Təkəmmi, qocalmışammı?...
Aman-güman
Məndə cəmi bir şəklin var
Baxıram əynin köhnəlib.
Həyatdı da…
Ömür var, şəkilnən keçir,
İnsan var, şəkildə ölür.
Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.
#AqşinYenisey
Yenə həmin gün şüası
Evdəki tozu göstərir.
Yenə axşam…
Qaranlıq boş çarpayını
Saat doqquzu göstərir.
Nə mənası,
Ölmüşəmmi, qalmışammı?
Heç yadına düşürəmmi?
Kimə lazım,
Təkəmmi, qocalmışammı?...
Aman-güman
Məndə cəmi bir şəklin var
Baxıram əynin köhnəlib.
Həyatdı da…
Ömür var, şəkilnən keçir,
İnsan var, şəkildə ölür.
Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.
#AqşinYenisey
...
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
...
Eşqi var idi Şəhriyarın, güllü-çiçəkli,
Əfsus ki, qəza vurdu, xəzan oldu baharı.
#MəhəmmədhüseynŞəhriyar
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
...
Eşqi var idi Şəhriyarın, güllü-çiçəkli,
Əfsus ki, qəza vurdu, xəzan oldu baharı.
#MəhəmmədhüseynŞəhriyar
Deyirdim, ayrılsaq, şeir yazaram,
Ayrıldıq, tutuldu dilim-dodağım.
Ayrıldıq, nə olsun, indi heç nəyə,
Heç nəyə yatmır ki əlim-ayağım...
Daha yağışlar da kədərli deyil,
Günəş də isitmir əvvəlki kimi.
Gecələr saymıram ulduzları da,
Ay da işıldamır dünənki kimi.
Gündüzlər gəzirəm insan içində,
Gecələr dərdlərim üstümə gəlir.
Qovuram fikrini səhər başımdan,
Xəyalın hər axşam yuxuma girir.
Soyuyur ürəkdə bütün arzular,
Daha şeirləri soyuq içirəm...
Sevgi nəğmələrin dolaba yığıb
Üstünə qapqara pərdə çəkirəm.
Gəl apar "öz"ünü, tutub xətrini
Asaram könlümün bir guşəsindən.
İncidər ruhunu hər sızlayanda,
Qulağın tutular nalə səsindən.
#Ülviyyəİbrahimova
Ayrıldıq, tutuldu dilim-dodağım.
Ayrıldıq, nə olsun, indi heç nəyə,
Heç nəyə yatmır ki əlim-ayağım...
Daha yağışlar da kədərli deyil,
Günəş də isitmir əvvəlki kimi.
Gecələr saymıram ulduzları da,
Ay da işıldamır dünənki kimi.
Gündüzlər gəzirəm insan içində,
Gecələr dərdlərim üstümə gəlir.
Qovuram fikrini səhər başımdan,
Xəyalın hər axşam yuxuma girir.
Soyuyur ürəkdə bütün arzular,
Daha şeirləri soyuq içirəm...
Sevgi nəğmələrin dolaba yığıb
Üstünə qapqara pərdə çəkirəm.
Gəl apar "öz"ünü, tutub xətrini
Asaram könlümün bir guşəsindən.
İncidər ruhunu hər sızlayanda,
Qulağın tutular nalə səsindən.
#Ülviyyəİbrahimova
Ah, bilməm ki, bu aləm nərəsi?
Bana bir söylə, cəhənnəm nərəsi?
Şu sönük qəlbimə atəş dilərim,
Ağlamaq istər ikən həp gülərim.
#HüseynCavid
Bana bir söylə, cəhənnəm nərəsi?
Şu sönük qəlbimə atəş dilərim,
Ağlamaq istər ikən həp gülərim.
#HüseynCavid
Üçnəfərlik şəklində
Sağdan dördüncü mənəm...
Sən görmürsən sadəcə..
Axı hardan biləsən
Ətrin burnumda qalıb
Yanımdasan hər gecə..
Sənlə keçir hər anım
Sənsiz addımlayıram
Sıxır məni bu küçə...
Qəfil qonaq gələsən
Gəlib özün görəsən
Darıxıram mən necə..
Unuda bilmirəm ki
Rahat olum ömürlük
Dərdimi qoyum dincə..
Nə sən qayıdansan
Nə mən unuda bilən
Ömür gedir beləcə...
#AnarOğuz
Sağdan dördüncü mənəm...
Sən görmürsən sadəcə..
Axı hardan biləsən
Ətrin burnumda qalıb
Yanımdasan hər gecə..
Sənlə keçir hər anım
Sənsiz addımlayıram
Sıxır məni bu küçə...
Qəfil qonaq gələsən
Gəlib özün görəsən
Darıxıram mən necə..
Unuda bilmirəm ki
Rahat olum ömürlük
Dərdimi qoyum dincə..
Nə sən qayıdansan
Nə mən unuda bilən
Ömür gedir beləcə...
#AnarOğuz
Gəldin də neçin pənbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
#HüseynCavid
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
#HüseynCavid
Artık demir almak günü gelmişse zamandan
Meçhule giden bir gemi kalkar bu limandan.
Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil, ne de bir kol.
Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar gözleri nemli,
Biçare gönüller! Ne giden son gemidir bu!
Hicranlı hayatın ne de son matemidir bu.
Dünyada sevilmiş ve seven nafile bekler;
Bilmez ki giden sevgililer dönmeyecekler.
Bir çok gidenin her biri memnun ki yerinden,
Bir çok seneler geçti; dönen yok seferinden.
#YahyaKemalBeyatlı
Meçhule giden bir gemi kalkar bu limandan.
Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil, ne de bir kol.
Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar gözleri nemli,
Biçare gönüller! Ne giden son gemidir bu!
Hicranlı hayatın ne de son matemidir bu.
Dünyada sevilmiş ve seven nafile bekler;
Bilmez ki giden sevgililer dönmeyecekler.
Bir çok gidenin her biri memnun ki yerinden,
Bir çok seneler geçti; dönen yok seferinden.
#YahyaKemalBeyatlı
Böyümək eşqilə uşaqlıqda mən
Boyumu ölçərdim gündə yüz kərə.
Çox vaxt gileylənib kiçikliyimdən
Qibtəylə baxardım mən böyüklərə...🥲
#SəyavuşSərxanlı
Boyumu ölçərdim gündə yüz kərə.
Çox vaxt gileylənib kiçikliyimdən
Qibtəylə baxardım mən böyüklərə...🥲
#SəyavuşSərxanlı
Forwarded from PadSbot
‼ Bugünkü Blok imtahan sualları aşağıdakı kanal və qruplarda paylaşılacaq. Seçim edin, yaxın zamanda sualları əldə edəcəksiniz ⬇
Forwarded from PadSbot
♨ Blok sualları, cavabları, təmiz PDFləri və izahları paylaşılmış kanallar ⤵
Mən qəmli olanda, dəyməyin mənə,
Elə bilməyin ki, tənhayam, təkəm.
Batıran dünyanın dərinliyinə -
Beləcə,
Gözlərim yol çəkə-çəkə.
Düşüncə - gün dostum, qulaq hayanım,
Düşünmək - kədərdən bac almağımdır.
Mənim qəmli anım -
İnsanlıq anım,
Mənim qəmli anım - acalmağımdır...
#SəyavuşSərxanlı
Elə bilməyin ki, tənhayam, təkəm.
Batıran dünyanın dərinliyinə -
Beləcə,
Gözlərim yol çəkə-çəkə.
Düşüncə - gün dostum, qulaq hayanım,
Düşünmək - kədərdən bac almağımdır.
Mənim qəmli anım -
İnsanlıq anım,
Mənim qəmli anım - acalmağımdır...
#SəyavuşSərxanlı
Forwarded from PadSbot
✅ Bugünkü Qəbul imtahanına düşmüş suallar, cavabları və izahları paylaşılmış kanallar ⬇