SƏLƏFİN ƏXLAQI
https://www.facebook.com/share/p/19SYunHTyt/
✅ Məqaləni oxumaq üçün yuxarıdakı keçiddən daxil ola bilərsiniz!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Gülən üzlər ümid saçır, işıq saçır,
Təbəssümdə bir ümid var, könül açır,
İslamı bu sınaqlarla minlər seçir,
Keçmişləri olsa da çox cığırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalımların möhləti və zilləti var,
Zalımlara haqq əhlinin nifrəti var,
Düşündünmü soyuqların şiddəti var?!
İndilərdə çox soyuq var bayırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Məzlumların ahı gələr nə cür tutar!?
Zalımların qəsri gedər, ərşi batar,
Hər Fironun bir Musası gəlib çatar,
Bir ümmətin qüvvəsi var fağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Qəlbimiz Qəzza ilədir neçə aydır,
Qatili sevənlər bir növ ona taydır,
Qəzza qətliamı dünyaya haraydır,
Qəm-kədər yükü var ancaq bağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Darmadağın binalardan ümid gələr,
Gün gələr Fələstinin də üzü gülər,
Qəzzalı insanlar da bir gün dincələr,
Bir izzət var həyalarda, abırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalım zülmü artıranda çox üzülmə,
Uca Allah son qoyacaqdır bu zülmə,
Zülm artanda sonu çatmaz deyə bilmə,
Əksinə, sonu çatmışdır hazırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Yazdı: Sahib Əsədov
Bir ümid var olur daim axırlarda!
Gülən üzlər ümid saçır, işıq saçır,
Təbəssümdə bir ümid var, könül açır,
İslamı bu sınaqlarla minlər seçir,
Keçmişləri olsa da çox cığırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalımların möhləti və zilləti var,
Zalımlara haqq əhlinin nifrəti var,
Düşündünmü soyuqların şiddəti var?!
İndilərdə çox soyuq var bayırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Məzlumların ahı gələr nə cür tutar!?
Zalımların qəsri gedər, ərşi batar,
Hər Fironun bir Musası gəlib çatar,
Bir ümmətin qüvvəsi var fağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Qəlbimiz Qəzza ilədir neçə aydır,
Qatili sevənlər bir növ ona taydır,
Qəzza qətliamı dünyaya haraydır,
Qəm-kədər yükü var ancaq bağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Darmadağın binalardan ümid gələr,
Gün gələr Fələstinin də üzü gülər,
Qəzzalı insanlar da bir gün dincələr,
Bir izzət var həyalarda, abırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalım zülmü artıranda çox üzülmə,
Uca Allah son qoyacaqdır bu zülmə,
Zülm artanda sonu çatmaz deyə bilmə,
Əksinə, sonu çatmışdır hazırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Yazdı: Sahib Əsədov
Məqaləni oxumaq üçün aşağıdakı keçiddən daxil ola bilərsiniz!
https://www.facebook.com/share/p/19ofSREwWq/

Facebook
Log in or sign up to view
See posts, photos and more on Facebook.
Colaniyə "kafir" deyənlər, yoxsa onu "müqəddəsləşdirənlər"?
بسم الله الحمد لله والصلاة والسلام على رسول الله، أما بعد:
Hər bir mühüm hadisədə ümmətdə ifrata varıb orta yolu tutmaqda çətinlik çəkən iki tayfanı mütləq görürsən. Bəşər təbiətidir, çalışırsan ki, hamısına fikir verməyəsən. Amma ziddiyyət və yalan saçan ittihamlar elm tələbələrinə "yapışdırılanda" "yalançını evinə kimi qovarlar" misalı ilə hərəkətə keçərsən. Bəziləri Colanini kafir hesab etdilər. Təbii ki, onlar bununla özlərinin təkfirçi olduqlarını ortaya qoydular. Mövzumuz onlar deyil. Baxmayaraq ki, Colanini təkfir edib ifrata varanlar olsalar da, onlar Colanini az qala "müqəddəsləşdirən"lərdən daha aydın mövqelərinə görə daha səmimi görünürlər. Çünki ən azından mövqelərində onlar qədər ziddiyyət içində deyillər, amma yanlış və ifratçı mövqedədirlər. Colani indiki durumda əqidə və mənhəcindən, xətalarından aslı olmayaraq ən azından üç ay müddətinə keçid dövlətinin rəhbəridir, kimsə onun qara qaşına, qara gözünə vurulmayıb, ortada Suriya xalqının taleyi var deyə siyasətçilər də ona fürsət vermək istəyir, ümmətin salehləri də dua edir. Bunda bir problem yoxdur. Elə biz də Suriya xalqı üçün dua edirik! Əvvəlki yazımızda dediyimiz kimi bəzi məsələlərdən danışmaq hələ tezdir. Amma görünür bu mövzularda tələsən iki kəsimdən birinin canfəşanlığına bir az tumar çəkmək lazımdır. Mövzunu çox uzatmayacam. Bəzi təkfir zehniyyətində olub heç Colaninin fikrində olmayan sözləri ona "yapışdırıb" onun şəklini öz profilinə qoyanlar deyirlər ki, "elm tələbələri niyə ona dəstək vermirlər?" Birinci yalandan deyirdilər ki, guya elm tələbələri Suriya xalqının qələbəsinə sevinmirlər. Sonra aydın oldu ki, kifayət qədər elm tələbəsi yazılı və səsli şəkildə Suriya xalqının zülmdən azad olmasına sevindiklərini bildiriblər. Sonra isə bu yalançılar guya tələbələrin qorxduqları üçün Suriyadakı hadisələrə dəstək vermədiklərini bildirir, araya isə şərbətə zəhər qatanın misalı kimi "Colani ordusu Məkkə, Mədinəni də işğaldan azad edəcək" sözlərini qatdılar. Bu ziddiyyət içində olan yalançılar bir həftə öncə Colaninin "bu zəfərin Səudiyyənin təhlükəsizliyi üçün nə qədər faydalı olması" haqqında sözlərini də paylaşmışdılar. Bir gün öncə isə Colaninin adından guya onun Məkkə və Mədinəni də işğaldan azad edəcəyi vədini verdilər. Əlbəttə bunun arxasında böyük bir ziddiyyət, manipulyasiya, səmimiyyətsizlik və təkfirçi zehniyyəti yatır. Çünki ya Colani yalan danışır, ya da onun şəklini profilinə qoyan bu beş-üç adam yalan danışır və onun fikrində olmayan sözləri onun adından xəyal edirlər. Hadisələri sanki ancaq bunlar izləyirlər! Sanki Suriya xalqına ancaq bunlar "yanırlar". Hər böyük hadisədə ortada "canfəşanlıq" edib içi boş, saxta "qəhrəmanlar", "ümmətin dərdini çəkənlər" peyda ola bilir. Bu bizi heç də təəccübləndirmir. Amma obyektiv, insaflı mövqe tutmaq ən çətin olanıdır. Deyiləsi sözlər çoxdur. Lakin, o profillərinə "Colaninin şəklini qoyan bəzilərinə" deyirəm ki, heç olmasa onun adından yalan danışmayın. Bir də unutmayın ki, elm tələbələri həm Suriya xalqına, həm də Colaninin özünə qarşı ən insaflı olanlardır. Hadisələr başlayandan bu günə kimi sizi və Colanini bəlkə yüzlərlə dəfə təkfir etmiş zır təkfirçilərə baxıb insaflı elm tələbələrinin qədrini bilin. Əgər bir az çox irəli getsəniz sizlərin daha bilinməyən ziddiyyətlərinizi də bir-bir ortaya qoyub ifşa edəcəyəm! Hələ çox insaflı və obyektiv yazdım. Növbəti yazıya layiq olsanız o da insaflı və obyektiv olacaq! Tələbələr kimdənsə qorxduqları üçün deyil, sağlam əqidə və mənhəcin gərəyi olaraq danışmağa tələsmirlər, böyük alimlərin tövsiyələrini dinləyirlər. Ən azından bilin ki, elm tələbələri bəziləri kimi şou əhli deyil, nə də hadisələrdən özlərinə publika toplamaq üçün istifadə etmirlər. Məgər sizə qəribə gəlmirmi ki, həm Mədinə tələbələrindən "dəstək" gözləyirsiniz, həm də "Mədinənin işğaldan azad olacağını" deyirsiniz?! Buna nə izah versəm "xətrinizə" dəyəcək.

Nə isə, Allah fəhminizi artırsın! Allah sizi bağışlasın və doğru yola yönəltsin! Bir də unutmayın ki, elm tələbələri ümmətin halına ən çox yanan olduqları kimi, ümmətin qeyrətini ən çox çəkən, onları lazımsız odlara atmayan, nə zaman, necə, kiminlə və nə cür danışmaq gərəkdiyini yaxşı bilirlər!
✍️ Yazdı: Sahib Əsədov.
✍️ Yazdı: Sahib Əsədov.
✅ Duruz firqəsi kimlərdir və təhlükəsi nədir?! ✅
Duruz tayfası batini firqələrindən olub Fatimi dövlətinin hakimiyyəti zamanı əl-Hakim bi-Əmrilləhi (Ubeydullah ibn Meymun əl-Qaddəh) ilahiləşdirən, Qiyaməti, savabı, cəzanı inkar edərək bu haqda Allahın verdiyi bütün xəbərləri inkar edən, İslam inancına zidd olaraq reinkarnasiyaya inanan ifratçı bir dini cərəyandır. Misirdə hicrətin beşinci əsrində, miladi tarixlə 1017-ci ilin 30 may tarixində 6-cı Fatimi rəhbəri əl-Hakim bi-Əmrilləhin ilahlığının elan edilməsi ilə ortaya çıxmışlar. İran əsilli Həmzə ibn Əli isə Fatimi liderin ilahlığına dəvət edən, bu təriqətin ilk imamı olmuşdur. Onlar şiəliyin İsmaili qolunun içindən törəmədirlər. Onlar əqidələrini şiddətli şəkildə gizlədirlər. Ona görə də onlar haqqında bilgilər tarix boyu bir çox tarix və firqələr elmi üzrə mütəxəssis alimlərə gizli qalmışdır. Firqələr arasında ifratçı şiə Nuseyrilərinə yaxın olan çoxsaylı inancları olsa da onlardan daha fərqli olan inancları da var. Həmçinin onlar Nuseyriləri Əli ibn Əbu Talibi ilahiləşdirib əl-Hakim bi-Əmrilləhi ilahiləşdirmədikləri üçün sevmirlər və bu nöqtədə onlarla ayrılırlar.
Duruzların yayıldığı bölgələr Suriya, Livan, Fələstin və Məğrib ölkələridir.
Duruzlar namaz, oruc, zəkat, həcc və digər İslami əhkamlara, vacibatlara batini nəzərlə baxır, bu vacibatlara riayət etməkdən boyun qaçırırlar. Məsələn, onlara görə namazın mənası: Ubeydilərin rəhbəri olmuş əl-Hakim bi-Əmrilləhə ibadət üçün duruzların qəlblərinin bağlanmasıdır. Zəkat isə: məhz həmin rəhbərə ibadət və nəfsin onun yolunda təmizlənməsidir. Oruc isə: ancaq zül-hiccə ayından 9 gün tutulur. Oruc tutmağın mənası onlara görə əl-Hakim bi-Əmrilləh üçün qəlblərini qorumaqdır. Onlara görə cihadın mənası: qəlbi rəhbərlərinin yolunda və onu tanımaqda təkləşdirməkdə çalışmaq, səy göstərməkdir. İslamdakı cihad inancından söhbət gedə bilməz. Onlar həcc və ümrə etməyi inkar edir, bunu bütpərəstlik hesab edirlər. Onlara görə "şirk günahı" Ubeydi hakiminin ilahlığını qəbul etməməkdir.
"Müqəddəs kitab" inancına gəldikdə onların Quran kitabına zahirən inandıqları deyilsə də, başqa bir - Qurandan qarışıq ayələr və hind atalar sözləri ilə qarışıq - kitabları da var ki, bu Həmzə ibn Əliyə nisbət edilir. Həmin kitabda batini inancına məxsus olub İslama tamamilə zidd olan çoxlu inanc və rəylər var.
Ümumən Duruz firqəsi İslam alimləri tərəfindən müsəlman hesab edilmir. Çünki bu din ifratçı bir yol olub İslam dininin təməl prinsipi olan tövhidə, təkallahlıq inancına ziddir və tarixin bir dönəmində yaşamış bir ifratçı şəxsin ilahiləşdirilməsi üzərində qurulmuşdur! Bu səbəbdən də İslam alimləri onlardan şiddətlə çəkindirmiş, onların çox təhlükəli bir firqə olduğunu bəyan etmişlər!
Duruzlar İsrailə ən yaxın və ən sadiq ifratçı firqədir. Duruzlarla yəhudilərin ciddi tarixi işbirliyi, etibarlı dostluqları və güclü əlaqələri var. Onlara çox etibar etdikləri üçün hicri tarixlə 1407-ci ildə duruzlara silah verilmiş və Livan sərhədləri boyunca onlar tərəfindən silahlı qruplaşmalar formalaşdırılmışdır. Bu gün duruzlar Suriyanın yeni hökümətinə qarşı baş qaldırıb itaətsizlik edəcəklərini bildirir və silahı yerə qoymurlar.
📝 Yazdı: Sahib Əsədov