Telegram Web
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həqiqi eşqin təcəssümü

Nəql edilir ki, Həzrət İsa (ə) üç nəfərin yanından keçir ki, bədənləri arıqlamış və rəngləri qaçmışdır. Soruşur ki, sizi nə bu hala salıbdır? Deyirlər: "Cəhənnəm qorxusu". İsa (ə) deyir: "Allah, əzabdan qorxana aman verər".

Sonra daha üç nəfərin yanından keçir ki, birincilərə nisbətən daha arıq idilər. Onlara da bu sualı verir və deyirlər ki, behişt şövqü. İsa (ə) deyir: "Allahın öhdəsindədir, haqdırsa, ümid etdiyinizi sizə əta edər".

Sonra daha üç nəfərin yanından keçir ki, bunlar daha arıq idilər və sanki üzlərində nurdan ayna var idi. Soruşur ki, sizi nə bu hala salmışdır? Deyilər: "Allah Təalaya olan eşq". Deyir: "Siz - müqərribinlərsiniz".

Hərəm ibn Həyan deyir: "Mömin o zaman ki, Allahı tanıyar - Ona aşiq olar. Ona aşiq olduğu üçün ona tərəf gedər. Ona tərəf getməyin şirinliyini hiss etdiyi üçün dünyaya istək və axirətə rəğbət gözü ilə nəzər salmaz. O, bədəni ilə dünyada, ruhu ilə axirətdə olar"
www.tgoop.com/tefekkur_114
Allah Rəsulu(s) buyurub:

"Hər bir şeyin nuru var Quranın nuru isə, ........... surəsidir."
Anonymous Quiz
14%
Bəqərə surəsi
35%
İxlas surəsi
42%
Fatihə surəsi
9%
Qədr surəsi
Testin cavabı:
Allah Rəsulu(s) buyurub:
"Hər bir şeyin nuru var
Quranın nuru isə, İxlas surəsidir."

Camiul-əxbar səh.72.

Təşəkkürlər.
2024/11/30 04:35:47
Back to Top
HTML Embed Code: