Telegram Web
Ayətullah Müctehidi Tehrani(r):

Ramazan ayının onuncu gününün duasının təfsiri

"İlahi, məni Sənə təvəkkül edənlərdən qərar ver"

Yəni gözümüzü Allahdan qeyrisinin əlinə dikməyək. Yalnız Allaha təvəkkül etməyi bacarmaq çox yaxşı haldır. Borcu olan bir ərəb Həzrət İmam Hüseynin(ə) yanına gələrək ona deyir ki, borcum var və kərim adama ehtiyacım olduğu üçün sənin yanına gəlmişəm. Həzrət İmam Hüseyn(ə) ona buyurur ki, sənə üç sual verəcəm. Əgər birinə cavab versən üçdə bir borcunu ödəyəcəm. Əgər ikisinə cavab versən üçdə ikisini ödəyəcəyəm və əgər hər üçünə cavab vermiş olsan hamısını ödəyəcəm. Ərəb ərz elədi ki, sizin kimi əzəmətli biri mənim kimi savadsız birinə sual verəcək?
Məlum olur ki, bu şəxs təvazökar biri idi.
Həzrət buyurdu ki, cəddim Həzrət Rəsuləllah(s) buyurub:
الْمَعْرُوفُ بِقَدْرِ الْمَعْرِفَةِ
hər kəsə öz mərifəti qədərində ehsan edin. Daha sonra ərəbdən soruşdu:
"Dünyada ən yaxşı şey nədir?" Ərəb cavabında dedi ki, ən yaxşı şey Allaha, Rəsuluna(s) və Əhli-beytə(ə) iman gətirməkdir. İmam Hüseynin(ə) bu cavabdan xoşu gəldi. Sonra soruşdu: "İnsanın zinəti nədir?"
Ərəb cavab verdi ki, fərq edir. Alimin zinəti bir başqadır, imkanlı adamın zinəti bir başqadır və imkansızın zinəti isə tam başqadır. Alimin zinəti budur ki, həlim olmalıdır. Qəzəblənməməli, müxatəbini(qarşısındakını) acılamamalıdır.

İmkanlı adamın zinəti bəxşiş etmək və imkansız adamın zinəti səbr etməkdir. Həzrət İmam Hüseyn(ə) soruşdu: "Bəs əgər bunlar həmin adamlarda olmasa necə?"
Ərəb cavabında dedi ki, göydən bir od gəlsin və onu aradan aparsın. Əgər bu dediklərim həmin adamda yoxdursa, o adamdan nə xeyir gələ bilər ki?
Həzrət İmam Hüseynin(ə) üçüncü sualı da bu oldu ki, "Həlakətlərdən nicat nədir bəs?"
Ərəb cavab verdi ki, Allaha təvəkkül etmək.
Bu hədisi məhz sonuncu sözə görə danışdım. Çünki bu günün duasında oxuyuruq ki, "Allahım məni təvəkkül edənlərdən qərar ver"
Bəli, hər bir işdə Allaha təvəkkül etmək lazımdır. İşin sonunun dərdini çəkməyə lüzum yoxdur. Sən öz işini gör.
Tələbə deməməlidir ki, mən indi dərs oxuyuram nə olacam? Məgər mən özüm dərs oxuyanda bilirdim ki, nə olacam?  Təqribən 63 il əvvəl mən dərs oxuyanda (Ağa danışdığı vaxtdan 63 il əvvəl) bizə ayda cəmi 10 tümən şəhriyyə verirdilər. Sonralar Quma gedəndə aya15 tümən şəhriyyə almağa başladım. 5 tümən Ayətullah Sədr, 5 tümən Ayətullah Höccət 5 tüməndə Ayətullah Seyyid Muhəmməd Təqi Xansari verirdi. Biz  quru çörək yeyib dərs oxuyurduq. Dərs və bəhsimizi tərk etmirdik. Nə də ki, düşünmürdük biz bu dərsləri oxuyub  gələcəkdə nə olacağıq. Təəssüflər olsun ki, indi bəzi tələbələr düşünür mənim axırım nə olacaq və dərsi tərk edib gedirlər. Tələbə gərək dərsini oxuya və fikirləşməyə ki, mənim dərs oxumağımın sonu nə olacaq. Allaha təvəkkül edin. Mən nə etmişəmsə, hara çatmışamsa yalnız təvəkküllə çatmışam.

Həzrət İmam Hüseyn(ə) verilən cavablardan razı qaldı və onun bütün borcunu ödədi. Üstəlik barmağından bir üzük çıxardıb ona hədiyyə etdi.
Hacı Ağa Cəfər Xəndəq Abadi nəql edir ki, Əimmənin (ə) hamısı Allah yolunda bir üzük verib. Amma İmam Huseyn (ə) iki üzük verdi. Biri həmin ərəbə verdiyi üzük idi, ama digəri Aşuranın əsri verdiyi üzük idi. Kərbəlada İmam Hüseynin əlindən hansı vəziyyətdə üzüyü çıxartdılar? Üzük İmamın (ə) barmağına yapışmışdı və çıxmırdı. Necə İmamın (ə) barmağından üzüyü çıxartdılar?!😢😢😢

"Sənin nəzdində feyzə çatanlardan qərar ver"

Nə gözəl duadır. Yəni məni səadətə çatanlardan qərar ver. İlahi, məni düzgün adamlardan qərar ver. Səhv yolda olanlardan yox. Qiyamətə daxil olduqda behişt əhlindən, feyz əhlindən olum.

"Sənin dərgahına yaxın olanlardan qərar ver"

Bəzi atalar var oğullarının pis işinə görə deyərlər get, sən mənim oğlum deyilsən. Mən özüm də tanıyıram belə adam ki, öz oğlunu evindən qovub. Vay o gündən bizim də etdiyimiz hansısa günaha görə, Allah bizi bəndəliyindən qova. Allahdan istəyək Allah desin sən mənim bəndəmsən.

"Ehsanına xatir, ey istəyənlərin son hədəfi"
https://www.tgoop.com/turalceferi
https://instagram.com/allaha.dogru.ireli
10👍4🥰1
İlahi, mən Sənin müqabilində aciz və zəifəm, fəzl və rəhmətindən mənə əta et, əfvinlə mənə minnət qoy! Kəramətinə xatir məni cəzalandırmaqdan vaz keç! Əgər bu gün Səndən başqası mənim günahlarımdan xəbərdar olsaydı, mən onları yerinə yetirməz, hökmən ondan uzaqlaşardım. Sən, çirkin əməlləri örtənlərin ən yaxşısı, hökmdarların ən xeyirxahı, ehsan edənlərin ən kəramətlisisən!
https://www.tgoop.com/turalceferi
https://instagram.com/allaha.dogru.ireli
16👍2👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ramazan ayının 11-ci gününün duası 

اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ
 
Duanın oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.  
 
Duanın tərcüməsi:  İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!
https://www.tgoop.com/turalceferi
https://instagram.com/allaha.dogru.ireli
11👍2👏1
Ayətullah Muctehidi Tehrani (r):

Ramazan ayının on birinci gününün duasının təfsiri:

"İlahi, bu gün ehsan etməyi mənə sevdir"

Çox gözəl duadır. Allahdan istəyirik ki, bizə ehsan etməyi, yaxşılıq etməyi sevdirsin. Yəni elə et ki, insanlara xidmət etməyi bacaraq. Fərqi yoxdur pulla, əməllə yaxud dillə. İnsan gərək yaxşı işləri görməkdən ləzzət alsın. Qonşuluqda imkansız adamlara yardıma tələsin. Qeyd elədiyim kimi amma etdiyiniz ehsanı dugərlərinin əlilə edin ki, ehsan etdiyiniz xəcalət çəkməsin və həmçinin özünüzdə də riya hissi oyanmasın. Amma ilk əvvəl qohumlarının arasında imkansızlara yardım eləməlisən. Qohumunda ehtiyaclı olan halda sən imkansız axtarışında olmamalısan. Ayətullah Burucerdi öz şəhərində ehtiyaclı olduğu halda başqa şəhərdə ehtiyaclıya yardıma tələsməyi ehtiyatən icazə verməzdi. Bəzi müctehidlər fitrə pulundan yalnız öz şəhərində olan imkansızlara yardım etməyi vacib bilirdilər. Bunları edərkən Allahdan istəyin ki, sizə bu əməlləri etməyi sevdirsin ki, yaxşılıq etməkdən ləzzət alasız. Hədis buyurur sizin yaxşılarınız o kəslərdir ki, ən yaxşı yeməklərdən hazırlayıb ehtiyaclılara paylayar. Yaxşı olar ki, yemək hazırlayıb paylayanda ölənlərinizin adından ehdan edəsiniz. Cümə gecələri ölülərinizin ruhları gəlib sizdən ehsan etmək gözləyər. Rəhmətlik atan hansı yeməyi ən çox sevərdi, həmin yeməyi bişirtditib payla ehtiyaclı qonşularına. Əfsuslar olsun indiki zamanda ölülər unudulub. Halbuki onlar bizə ehtiyaclıdılar. Bəzən görürsən biri sual verir ki, işlərim düz gəlmir nədən ola bilər. Nədən olacaq, atan səndən razı deyil. Cavab verir ki, atam məndən razı dünyadan köçüb. Cavabı budur ki, sağlığında razı idi. Amma öləndən sonra onu xatırlamırsan. Nə adından ehsan edirsən, nə Quran oxuyub hədiyyə etmirsən. Odur ki, narazıdır səndən.
Müctəhidi Aga bunun ardınca buyurur ki, heç vaxt özünüzü yaxşı bilməyin və gecə namazlarınızda özünüzə deyin ki, hələ pissiniz. İmam Səccad (ə) məsum ola-ola Əbu Həmzə Somali duasinda bir sözü var, Allaha ərz edir ki, İlahi, görəsən bəndələrin arasında məndən daha pisi varmı?


Sonra Allahdan istəyirik ki

"Fisq və asi işlərdən acığım gəlsin"

Allahdan istəyək ki, günah işlərdən bizim xoşumuz gəlməsin. insan adil olarsa bu mümkündür. Çünki bilir ki, bu iş pis işdir və bu zaman həmin işdən xoşu gəlməz. Allahdan istəyək necə ki, nəcisdən iyrənirik, eləcə də günahdan iyrənək. Məsumlar ona görə günah etmirdilər ki, ədalətli idilər. Günahın necə pislik oldugunu bilirdilər. İnsan gərək günahın necə pis bir şey olduğunu bilsin.

"Öz qəzəbini və cəhənnəm atəşini mənə haram qıl"

İlahi, mənim cəhənnəm oduna dözməyə taqətim yoxdur. Cəhənnəm çox əzablı yerdir. Zarafat gəlməsin. İnşallah kim Əmirəlmöminin(ə), Əhli-beytin(ə) vilayətinə imanla dünyadan köçərsə, cəhənnəm odunda yanmaz. İmam Sadiq(ə) buyurur ki, siz imanla yanımıza gəlin və biz sizi şəfaət edək. Quran ayələri şəfaət barədə iki şey bildirir. Bəziləri deyir şəfaət edərik, bəziləri deyir etmərik. Mənası budur ki, kim imanla dünyadan köçərsə, o şəfaət olunar. Allah eləməsin ki, şeytana aldanaraq dünya malına, pula və nəyəsə aldanıb imanımızı əldən vermiş olaq.

"Yardımına xatir, ey fəryad edənlərin dadına çatan"

Allahın yardımı olmasa bunların heç birini edə bilmərik. Əlbəttə biz əməl etməliyik. Çünki Allaha tərəf bir addım atsan, Allah da sənə tərəf qaça-qaça gələr. Heç vaxt naümid olma. Demə mən niyə beləyəm. Allahla irtibatda ol. Məsciddə yaxud ziyarətgahda Allahla söhbət et. Ürəkdən Allahı çağır, göz yaşı tök. Bunu etsək həm dünya həm axirət giriftarçılıqlarımız aradan gedər. Allahla irtibatı kəsib dünya dalınca qaçmışıq və sonra deyirik ki, giriftar qalmışam. Ya ğiyasəl-mustəğisin yəni ey o kəs ki, hər pənah istəyənə pənah verirsən. İlahi, Ramazan ayında etdiyimiz bu dualarımız qəbul olması üçün tovfiq mərhəmət elə.
https://www.tgoop.com/turalceferi
12👍3🥰1
Ey məğfirəti çox və əliaçıq olan! Səni and verirəm rəhmət və izzətinə, ey mənim mövlam, əgər məni dərgahından qovsan, bəxşiş və ehsan edəcəyini bildiyim üçün başqasının qapısına getməz, Sənə yalvarmaqdan əl çəkmərəm! Sən istədiyini yerinə yetirir, istədiyinə istədiyin kimi və istədiyinlə əzab verir və istədiyinə istədiyin kimi və istədiyinlə rəhm edirsən. İşlərindən sorğu-sual olunmaz.
https://www.tgoop.com/turalceferi
https://instagram.com/allaha.dogru.ireli
13👏2🥰1
Ayətullah Müctəhidi:

Bu dünya çıxılmaz bir küçədir.
Sonda alnımız qəbir daşına dəyəcək!
O zaman peşman olub deyəcəyik:
"İlahi, bizi yenidən dünyaya qaytar!"
Amma cavab gələcək: "Xeyr... Sus!"

Fərqindəyikmi?

İstədiyimiz yerə gedirik,
istədiyimiz şeyə toxunuruq,
istədiyimiz insana yalan deyir, böhtan atırıq...
Və daha bir çox şeylər...

Qorxmuruqmu?
Yoxsa inanmırıq ki, hər gün dünyadan daha da uzaqlaşır,
ölümə isə bir addım da yaxınlaşırıq?..

https://www.tgoop.com/turalceferi
14😢4👍2🔥1
Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: "Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm. Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma cavab eşitməsəm, məclisdə olanlardan üzürxahlıq edib oranı tərk edirəm. Bir nəfər ondan (Ayətullah Mirvarid) bu məqama necə çatması barədə soruşanda, belə cavab verir: Bir dəfə bir məclisə moizə etmək üçün iki nəfər də'vət etmişdilər. Həmin iki nəfərdən biri də mən idim. O biri şəxs məndən əvvəl minbərə çıxıb moizə etməyə başladı. Öz-özümə dedim: Gərək elə söhbət edəm ki, onun danışdıqları heç ola. Amma mən öz nəfsimlə mübarizə aparıb qırx gün minbərə çıxmadım. Əvəzində isə Allah-təala mənə bu kəraməti bəxş etdi.

https://www.tgoop.com/turalceferi
10😢5👍2🔥1
Abır-həyanın hörməti

Ayətullahül-üzma Cavad Amuli:

Peyğəmbər (s) buyurdu:
"Şübhəsiz ki, Uca Allah möminin bütün işlərini onun ixtiyarına vermişdir, lakin ona özünü zəlil etməyə icazə verməmişdir!"

Allah mömini azad yaratmışdır, lakin ona abır-həyasını itirəcək bir iş görməyə icazə verməmişdir!

Abır-həya, Allahın bizə əmanətidir!
Bizə aid deyil ki, onu istədiyimiz yerdə itirək!

Möminin abır-həyası, möminin iffəti, qadının ismət və namusu ona məxsus deyil; bu, Allahın haqqıdır!
Və insan bu haqqı ləyaqətlə qorumalıdır!

Peyğəmbər (s.a.s) buyurur:

"Bizim abır-həyamızı tökmək haqqımız yoxdur!"
Bizim izzət, cəlal və şan-şöhrətimiz azalmasına səbəb olacaq bir iş görmək haqqımız yoxdur!
Şəriət bizə belə bir haqq verməmişdir!"

https://www.tgoop.com/turalceferi
👍106🥰1
Əllamə Həsənzadə Amoli:

Əgər insan çənəsindən muğayat olsa, sözlərinə diqqət edər. Belə olan halda dediyi sözlər də hikmətli olar və vücudu da insanlar arasında bərəkətli olar.
https://www.tgoop.com/turalceferi
👍117🥰2
Ayətullah Nasiri:

Elə bir adam yoxdur, desin ki, mən Allahı sevmirəm. Hamı sevir. Amma sevməyin şərti tabe olmaqdır. Əgər həqiqətən Allahı sevirsənsə, Onun ehtiramına xatir günah etmə.
https://www.tgoop.com/turalceferi
👍146🔥3
İmam Əli (ə):
Ədəbli şəxsdən başqa heç kimlə xalis dotstluq alınmaz.
Ğurərul hikəm. Hədis 10599
https://www.tgoop.com/turalceferi
14👍3🔥2
Həqiqi oruc tutanlar kimlərdir?

İmam Sadiq (ə) :

Oruc, yalnız yeməkdən çəkinmək deyil, əksinə şərtləri var ki, o şərtlərə riayət etməklə, oruc kamil olur. Yəni oruc olduğunuz halda

📛 Dilinizə nəzarət edin
📛 Gözlərinizi harama bağlayın
📛 Bir-birinizlə düşmənçilik etməyin
📛 Həsəd çəkməyin
📛 Qeybət etməyin
📛 Bir-birinizlə mübahisə (cədəl) etməyin
📛 Tabeçiliyinizdə olanlara nalayiq sözlər deməyin.

Və hər gününüzün orucu əvvəlki günlərlə fərq etsin👌

📚 Kafi, cild 4, səh 87
https://www.tgoop.com/turalceferi
12👍5🔥3
Ayətullah Müctehidi Tehrani (r):

Bütün günü çalışmaqlarına baxmayaraq, işləri heç cür yoluna düşməyən şəxslərın problemi budur ki, namazlarını ilk vaxtda qılmırlar.

Əgər dünya və axirət istəyirsinizsə namazı əvvəl vaxtda qılmağı tərk etməyin!
https://www.tgoop.com/turalceferi
https://instagram.com/allaha.dogru.ireli
17👍3🥰3
Imam, Həsən Müctəbanın (ə) mövludu münasibətilə hər birinizi təbrik edirik.

🌷🌷🌷🌷🌷

✉️ https://www.tgoop.com/turalceferi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20👍3🥰3
Biz əməllərimizlə Mövlamızı dünyaya tanıtmalıyıq.

İmam Zamanı (ə.f) tanıtmaq və Ona kömək etmək istəyiriksə, yalnız sözlə yox, davranışlarımızla, əxlaqımızla və düzgün həyat tərzimizlə bunu etməliyik.
Əgər həqiqətən Onun ardıcılıyıqsa, bunu həyatımızda göstərməliyik ki, insanlar İmamın yolunun nə qədər gözəl olduğunu görsünlər.

İnsanın əməl etməsi danışmaqdan, nəsihət etməkdən daha təsirlidir".

Hacı Ağa Zəfərizadə

https://www.tgoop.com/turalceferi
15👍4🔥3
Ürəyin təmiz olsun kifayətdir.

Bəziləri deyir ürəyin təmiz olsun kifayətdir.
Quranın cavabı: O Allah ki, səni xəlq edib, əgər qəlbin təmizliyini kifayət bilsəydi buyurardı:
"İman gətirin!"
Amma buyurub:
"İman gətirin və saleh işlər görün!"
Yəni həm ürəyiniz təmiz olsun, həm də işləriniz.
Ayətullah Müctehidi Tehrani (r)
https://www.tgoop.com/turalceferi
20👍9🥰3
1_17742162362 (1).pdf
1.5 MB
Qədr gecəsinin əməlləri
16👍2👏2
Hacı Ağa Qəhərinin Qədr Gecəsinə dair tövsiyələri:

1️⃣ Bütün anlarımızda fikrimizi, zikrimizi və dilimizi İmam Zaman (ə.c) ilə məşğul edək. Onun sağlığı üçün dua oxuyaq, “Allahummə kün li-vəliyyik...” duasını deyək və ya sadəcə Onunla səmimi söhbətlər edək. Belə deyək:
“Ağa! Mən dilənçi qabımı gətirmişəm, onu Özün doldur. Yoxsa, mənim heç nəyim yoxdur.”

2️⃣ Bir-birimizdən halallıq istəyək,xüsusilə də valideynlərimizdən. Əgər valideynləriniz sağdırsa, nə xoş sizə! Gedin, əllərini və ayaqlarını öpün və sizi halal etmələrini istəyin. Əgər vəfat ediblərsə onların bağışlanması üçün dua edin.
Həmçinin qohumlarınızdan, dostlarınızdan, qonşularınızdan, həyat yoldaşınızdan və ailənizdən də halallıq alın. Ancaq belə olduqda, Qədr gecəsinə layiq şəkildə daxil ola bilərsiniz.

3️⃣Qədr gecəsinə çatmazdan əvvəl çox istiğfar edin.
İstiğfarı sığortalayan və təsdiq edən zikr “Salavat”dır. Peyğəmbər (s) və Ali-Muhəmmədə salavat göndərin, çünki bu, böyük günahların bağışlanmasına səbəb olur.

4️⃣“Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” zikrini çox deyin.

Deyin: “Allahım! Mən işimi Sənə həvalə edirəm ki, mənim üçün ən xeyirlisini qərar verəsən, çünki mən heç nə bilmirəm.”


5️⃣Qədr gecələrini əldən verməyin! Gündüzlər yatıb istirahət edin, amma gecəni yuxusuz keçirin. Hətta xəstə də olsanız, mütləq məscidlərdə və məclislərdə iştirak edin. Əgər pərdə aradan qalxsa, hamımız bu gecənin əzəmətini görsək, evlərimizdən sürünərək belə məclislərə gedərdik.

6️⃣ Əvvəlcə başqaları üçün dua edin, sonra özünüz üçün. Əlbəttə ki, fərdi və maddi dualar da edin, çünki Qədr gecəsində Allahın bəxşişi boldur. Əgər hansısa duanı unutmusunuzsa, amma əvvəldə başqaları üçün dua etmisinizsə, siz istəsəniz də, istəməsəniz də, o dualar sizə də nəsib olacaq".

https://www.tgoop.com/turalceferi
19👍4🔥3
"Danışdığımız bir çox sözlər bizim əməl dəftərimizi ağırlaşdırır. Bəzi suallar var ki, biz yersiz olaraq onu ətrafımızdakı insanlardan soruşuruq, onlar da məcbur qalıb ya yalan danışırlar, ya da ki riyakarlıq edirlər. Bihudə sözləri tərk edin".

Ayətullah Müctəhid Tehrani

T.me/turalceferi
13👍10👏5
Ustad Cavidan:

Böyük alimlərin və əxlaq ustadlarının ilk tövsiyəsi müraqibədir – yəni insan diqqətli olmalı, davranış və əməllərində günahdan çəkinməlidir. Onun bəhrəsi namazda özünü biruzə verəcək".

https://www.tgoop.com/turalceferi
20👍5🔥2
2025/07/14 20:53:19
Back to Top
HTML Embed Code: