Telegram Web
“Xurafatsız İslam – İşığa doğru!”
Din düşünərək, sorğulayaraq və anlayaraq yaşanmalıdır.
Xurafələrsiz, ağıla əsaslanan bir İslam mümkündür.
DÜŞÜN, SORĞULA, ANLA!

https://youtube.com/channel/UCO8MA0PcxGthuojIWJQxf3w/xurafats%C4%B1zislam?feature=shared

https://www.instagram.com/xurafatsizdin?igsh=MTZ0bmlmbDAyMmZkeQ==


#Xurafatsızİslam #Həqiqiİslam #İslamaDoğru #DüşünSorğulaAnla #İslamdaAğıl #DinVəAğıl #İslamdaHəqiqət #QuranaDoğru #AğılVəİman
Səid ibn Cubeyr (tabiin) Zilhiccə ayının bayrama qədər olan ilk on gecəsi haqqında demişdir:

"لَا تُطْفِئُوا سُرُجَكُمْ لَيَالِيَ الْعَشْرِ"
"On gecə boyunca çıraqlarınızı (işıqlarınızı) söndürməyin!"
— yəni bu gecələrdə ibadət edin, namaz qılın.

📚 Bax: «Hilyətul-Əvliya», cild 4, səhifə 281

https://www.tgoop.com/xurafatsiz_islam
Aktiv olaq..az qaldı cümənin bitməyinə
🕋Şureyh (rahiməhullah) buyurur:

"Həcc edənlər azdır, həccə gələnlər isə çoxdur. Xeyir (yaxşı) əməl edənlər necə də çoxdur... lakin (bu əməlləri etməklə) Alllahın Üzünü istəyənlər isə azdır..."

📚("Lətaiful Mə'ərif", 36)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://www.tgoop.com/xurafatsiz_islam
📌ALLAH ƏN BÖYÜKDÜR!

🎙Şeyx ibn Useymin رحمه الله تعالى:

"Allah Ən Böyükdür. Uca Allah həm həqiqətdə, həm də mənaca hər şeydən böyükdür: elmində, qüdrətində, eşitməsində, görməsində, hökmranlığında və s. Onun سبحانه وتعالى Zatı hər şeydən Böyükdür. Çünki yeddi qat göy və yer Rahmənin bir əlində olsa, bizdən birinin əlindəki xardal dənəsi boyda olar. Çünki Allah buyurur ki:《Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların [Ona] qoşduqları şəriklərdən ucadır》.Əz-Zumər, 67. Həmçinin buyurur:《O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. [Məxluqatı] ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik》. Əl-Ənbiya, 104. Allah adlarında, sifətlərində, eləcə də Zatında hər şeydən ən Böyük olandır. Heç bir kəs onun Qədrini dərk edə bilməz. Əgər Ərş haqqında İbn Abbas belə deyirsə: "Onu dəyərini Allahdan başqa heç kəs bilməz". Bəs onda ərşi Yaradan haqqındakı fikrin nədir?! Elə isə Allahu Əkbər dediyin zaman mütləq hiss etməlisən ki, Allah: elm, qüdrət, hökmranlıq, hikmət, idarəetmə və s. baxımından hər şeydən Böyükdür. Necə ki, Onun سبحانه وتعالى Zatı hər şeydən Böyükdür.

T.me/arabiazeri
2025/06/12 12:34:59
Back to Top
HTML Embed Code: