AZERBAIJAN_MOD Telegram 25693
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qardaş ölkənin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov türkiyəli qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Nazir regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın rolunu xüsusi vurğulayıb.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən ordu generalı S.Bayraktaroğlu mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin ölkələrimiz arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu qeyd edib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə, hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması və təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birgə hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər müzakirə edilib.
Daha sonra Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunun Türkiyə Respublikası Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

https://mod.gov.az/az/news/turkiyenin-quru-qosunlari-komandani-olkemizde-resmi-seferdedir-video-53646.html
____

Командующий Сухопутными войсками Турции находится с официальным визитом в Азербайджане

23 декабря министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов принял находящуюся с официальным визитом в нашей стране делегацию во главе с командующим Сухопутными войсками Турецкой Республики генералом армии Сельчуком Байрактароглу.
Сначала турецкая делегация посетила могилы Общенационального лидера Гейдара Алиева и выдающегося ученого-офтальмолога академика Зарифы ханум Алиевой на Аллее почетного захоронения, а также Аллею шехидов и Мемориал турецким воинам-освободителям, были возложены венки и цветы, почтена их светлая память.
Поприветствовав турецких гостей на встрече в Министерстве обороны, генерал-полковник З.Гасанов выразил удовлетворение видеть их в нашей стране.
Отметив, что Азербайджан и Турция имеют древнюю историю и богатую культуру, министр подчеркнул высокий уровень двустороннего военного сотрудничества, равно как и сотрудничества во всех областях. Была отмечена важность реализации надлежащих мер, связанных с исполнением Шушинской декларации, отражающей дружественные отношения глав двух братских государств.
Министр особо подчеркнул роль стратегического партнерства между Азербайджаном и Турцией в обеспечении мира и стабильности в регионе.
Выразив

tgoop.com/Azerbaijan_MOD/25693
Create:
Last Update:

BY Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

Share with your friend now:
tgoop.com/Azerbaijan_MOD/25693

View MORE
Open in Telegram

Telegram News

Date: |

Done! Now you’re the proud owner of a Telegram channel. The next step is to set up and customize your channel. The group’s featured image is of a Pepe frog yelling, often referred to as the “REEEEEEE” meme. Pepe the Frog was created back in 2005 by Matt Furie and has since become an internet symbol for meme culture and “degen” culture. Telegram has announced a number of measures aiming to tackle the spread of disinformation through its platform in Brazil. These features are part of an agreement between the platform and the country's authorities ahead of the elections in October. ZDNET RECOMMENDS How to Create a Private or Public Channel on Telegram?
from us

Telegram Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
FROM American