tgoop.com/Big_Brother_BB/13011
Last Update:
Videonun 👆 ilk saniyələrində etirazçıların arasında sakitcə (bu səs-küydə) gəzən küçə itlərinə baxın. Heç kəs onlara fikir vermir, daş atmır, bağırmır: "Aaaa məəənim uşaxıma hujum edəjək! Aaaa olmaaz küçədə it. Öldürün onnarı" vəs.
👁 Yaddan çıxartmayın. İt - Türklərin qutsal (müsəddəs) heyvanı sayılıb. Ən yaxın dostu olub azad, özgür türkə. Çünkü səhrada bir oazis tapıb, ora sığınan ərəbdən vəya yahudidən fərqli olaraq yaşadığı dağlar, çöl və bozqırlarda həyatını sürən adam itsiz yaşaya bilməz. Orada it sənin ən yaxın dostundur. Bu vaxtda da.
O ki qaldı bu indiki şəhərlərə, küçədə it olmazsa (əlbətdə sayıları kontrol altında olmalıdır), onların yerini qida üzrə rəqibləri tutacaq - tülkü, çaqqal, siçovul vəs. Artıq Bakının küçələrində bunu müşahidə edə bilərik.
🤦Gürcüstandakı vəziyyətə gəldikdə etirazçıların ağılsızlığı səbəbindən etirazı özləri söndürdülər. Bu qədər imkana sahib olasan (maliyyə imkanları, hakimiyyətin səhvləri, kobudluğu və qeyri peşakarlığı, küçənin dəstəyi) və axırda hər şeyi həftəsonu gəzintisinə çevirəsən.
Bəzən adam fikirləşir ki, insanlar etiraz etməyi unudublar.
@Big_Brother_BB
BY Большой брат
Share with your friend now:
tgoop.com/Big_Brother_BB/13011