tgoop.com/Fisabilillah14/6096
Create:
Last Update:
Last Update:
Torpağlara getdi
(Şeir)
Fikrim necə bir an yenə o bağlara getdi,
Bir ah elədim, ahım uçub dağlara getdi.
Düzlük və ədalət aradan getməməliydi,
Qaldıqca cahan mülkü bu axmağlara getdi.
Bir çoxları heç bilmədi dünya necə yerdir,
Bənd oldu gəlib gündə oyuncağlara getdi.
Çox arzu gül açdı və solub qaldı ürəkdə,
İnsan ilə birgə qara torpağlara getdi.
Zalım önə keçməzdi, qalardı ayaq altda,
Pul payladı ətrafdakı yaltağlara getdi.
Alçaqları yüksəklərə qaldırdılar əfsus,
Yüksəkləri tapşırdılar alçağlara getdi.
Var-dövləti Qasim, yuxu gördün ki, bölürsən,
Bir hissəsi zindandakı dustağlara getdi.
Q. Səfərov
#Şeir
26.01.23
@fisabilillah14
BY Fisəbililləh
Share with your friend now:
tgoop.com/Fisabilillah14/6096