tgoop.com/Fisabilillah14/6123
Last Update:
Dostlar, bəzilərinə qəribə gələr və soruşurlar ki, niyə 1000 nəfərdən çox abunəçisi olan @fisabilillah14 kanalından yeni @fi_sabilillah14 kanalına keçib yenidən başladıq. Xüsusi səbəb yoxdur. Gördüyünüz kimi ad həmin ad, şəkil, format və məzmun həmindir. Sadəcə iki səbəb var. Biri budur ki, köhnə kanaldan təzə kanala keçənlərin kanalımızdan istifadə etmələrini anladıq. Çünki kanaldan istifadə edirsənsə yenə də həmin kanala üzv olacaqsan. Deməli, elanı görüb yeni kanala gələnlər görünür ki, xala - xətir üçün kanalımızda deyildilər. İkincisi budur ki, 1000-dən çox abunə olsa da bir çoxları görünür abunə olub kanalı yaddan çıxarıblar, kanaldan istifadə etmirlər. Paylaşımların baxış sayı belə deməyə əsas verir. Ona görə də mədəni bir formada onlar bu üsulla bizimlə vidalaşırlar.
Köhnə kanal təqribən bir ay müddətində qalacaq. Bir aydan bir kanala baxanlar da elanı görüb qoşula bilərlər. Bir aydan sonra köhnə kanal silinəcək.
Doğrusunu Allah bilir!
P.S. Yeri gəlmişkən, "xala - xətir" sözündəki xala sözünün niyə işlədilməsi qaranlıqdır. Yəqin, başqa sözdür, dildən - dilə keçərək dəyişib xala şəklinə düşüb. Ya da ki, ilk dəfə bu sözü işlədən kiminsə xalasının xətrinə iş görüb və o vaxtdan belə qalıb. Hər halda araşdırmamışıq.
Doğrusunu Allah bilir!
Bütün müvəffəqiyyət Allahdandır!
Bu 👇 kanaldayıq
@fi_sabilillah14
BY Fisəbililləh
Share with your friend now:
tgoop.com/Fisabilillah14/6123