Telegram Web
Bəzən deyirsən ki, filan ingilis alimi bir Quran ayəsi sayəsində müsəlman oldu. Allaha həmd olsun. Tərəf inanmır, deyir ki, mən o ayəni yox e, bütün Quranı oxuyuram, amma yenə də hidayət olmuram. O necə hidayət olur.
Doğrusunu Allah bilir, amma onu yaddan çıxartmayaq ki, təkcə Quran kifayət etmir, gərək qəlb də qabil olsun, insan gərək düşünsün. Necə ki, təkcə toxum kifayət etmir, gərək münbit, əkin üçün qabil olan torpaq da olsun.

#İbrətamiz
@fisabilillah14
İslam çətin dindir yoxsa...?

Əslində biz özümüz İslamı qəlizləşdiririk. İslam çətin deyil. Məsələn, bir nəfərlə söhbət edirəm. Deyirəm ki, naməhrəm olan qadınla əl verib görüşmək olmaz. İslam bunu qadağan edib. Deyir ki, o mənim anam yaşındadır, mən onun qucağında böyümüşəm, sonra məndən inciyər və s. Bu insan əslində özü bu cür problemlər meydana çıxarıb, adi məsələləri gözündə o qədər böyüdüb ki, sonra onlardan imtina etməyi çətin hesab edir. Çarəni bunda görür ki, İslamı çətin din hesab etsin.
Halbuki münasib bir dildə məsələni izah etmək olar. Allaha şükür olsun ki, hamı bu saat belə məsələləri başa düşür. Sadəcə Allah rizası üçün iş görmək lazımdır. Ardını Allah gətirəcək.
Biz "səndən hərəkət, Allahdan bərəkət", "sən Allaha tərəf bir addım at, Allah sənə tərəf on addım atar" fikrinə etiqad edən xalqıq.

P.S. Əlbəttə, addım deyərkən vəhhabilərin düşündüyü kimi zahiri və həqiqi mənada addım (ayağı götürüb qabağa qoymaq) nəzərdə tutulmur. Məqsəd məcazi mənadır. Yəni, kömək etmək.

#İbrətamiz
#İxlas
@fidabilillah14
Dünyanın ən məhşur ürək həkimi Maykl De Bakeyin maşını xarab olur. O, maşını təmirçiyə aparmalı olur. Təmirçi maşının kapotunu açıb mühərrikə baxaraq Maykla deyir:
"Sizdən bir şey soruşmaq istəyirəm. Demək olar ki, biz eyni işi görürük. Məsələn, mən indi mühərrikə baxacam, nasazlığın harda olduğunu tapacam, lazım olan dəyişiləsi konstruksiyaları dəyişəcəm və mühərriyi söküb təzədən yığacam. Biz ikimiz də demək olar ki, eyni şeyi edirik, necə olur ki, siz milyonlar qazanırsınız, mən isə güclə dolanıram?!"
Maykl De Bakey gülümsəyərək təmkinli bir halda maşın ustasına belə bir cavab verir:
“Sən bütün bu saydıqlarının hamısını mühərrik işləyə-işləyə edə bilərsən?”.

#İbrətamiz
T.me/Fisabilillah14
Maraqlı söhbətdir. Ümumiyyətlə, mərhum Bəhlul Danəndə (r) haqqında yazılanlara nəzər salanda görürsən ki, insanları bəzi məqamlarda məsləhət bilib ən zəif yerindən vurub, beləliklə də onları ayıltmağa çalışıb.

Məsələn, deyirlər ki, bir nəfər məscid tikdirirmiş. Bəhlul ağa da gəlib baninin kim olduğunu soruşub. Sonra məscidin üzərinə belə bir yazı yazıdırb; Bu məscid Bəhlul tərəfindən inşa etdirilib.
Məscidin həqiqi banisi Bəhlulla dalaşıb ki, niyə öz adını yazırsan? O da deyib ki, əgər Allah rzası üçün bu işi etmisənsə Allah sənin etdiyini bilir. Qoy camaat elə bilsin ki, mən tikdirmişəm. Amma adam razı olmayıb. Məlum olub ki, insanın niyyəti Allah üçün deyil.

#İbrətamiz
#İxlas
T.me/Fisabilillah14
Ərəbcə başa düşən bir xarici deyir ki, ə noolub ki, Quran yandırıblar, mən ərəb sünnü şeyxlərinə (vəhhabiləri nəzərdə tutub sünnü deyir) qulaq asıram. Onlar deyir ki, müsəlmanların xəlifəsi də Quran yandırıb. İndi gəl bunu başa sal ki, o xəlifə dediyin Osman ibn Əffan olub. Bir də İmam Əli (ə) adlı xəlifənin fəaliyyətlərinə bax!

Osmanın Quran müshəflərini (səhifələrini) yandırması doğrudur. Qarışıqlıq olmasın deyə bir nüsxəni götürüb, qalanlarının yandırılmasını əmr edib.

T.me/Fisabilillah14
Almaq istəyənlər nömrəyə müraciət edə bilərlər. Fotonun yuxarısında şəkil qoyulub.

T.me/Fisabilillah14
Hər işdə bir xeyir (3)

Allahın adı ilə!

Allah Quranda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz." ("Bəqərə", 216)

Deyirəm ki, Quranı yandırandan sonra bir sıra müsəlman ölkələrində müsəlmanlar kütləvi şəkildə yığılıb etirazlar etdilər.
Allah hər işdə xeyir qərar versin bizim üçün! Allah eləsin ki, müsəlmanlar oyansınlar, müsəlman ölkələr arasında olan soyuqluğu aradan qaldırsınlar. Anlasınlar ki, müsəlman ölkələrini bir - birinin canına salmaq ABŞ, sionist rejim və avropa dövlətləri kimi şər qüvvələrin işidir.

#İbrətamiz
#Hər_işdə_bir_xeyir
@fisabilillah14
https://youtu.be/5E9KmoM4bL8

Əbu Bəkr məscidi, Cümə xütbəsi.
Mövzu İslam qardaşlığı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tunisli ustad doktor Şeyx Muhəmməd Səmavi Türkiyədən bizi salamlayır.
Şeyx tunislidir, əvvəllər əhli-sünnənin Maliki məzhəbindən olub. Sonra sufilərin tican qoluna aid olub. Daha sonra Tunisdən bir sıra müsəlman ölkələrinə səfər edib. Səfərin sonunda İraqa gedib və şiə alimləri ilə görüşüb. Onların əqidəsindən təsirlənib. Daha sonra Tunisə qayıdıb və araşdırmalar nəticəsində şiə olub. Şiəliyi müdafiyə edən bir sıra kitablar yazıb. Misal üçün "Sonra hidayət oldum" (Azərbaycan dilinə bu kitab deyəsən tərcümə olunub, adı da "Necə hidayət oldum?"), "Həqiqi əhli - sünnə şiələrdir". Şeyxin kitablarından bir çox mustəbsirlər (şiəliyi qəbul edənlər) bəhrələniblər.
Şeyxi hidayət edən Allaha həmd olsun!

Bizim də cənab Şeyx ilə şirin xatirəmiz olub. Belə ki, bir dəfə görüş nəsib oldu. Şiə olduğunu və şiəliyi müdafiyə etdiyini bilirdim. Görüş əsnasında Şeyxin xidmətində olmaq istədim. Cənab Şeyxə meyvə suyu süzmək istədim, amma suyu kişinin üstünə dağıtdım. 😔😊

Allah hifz etsin, amin!

T.me/Fisabilillah14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan və İran xarici işlər naziri Özbəkistanda görüşüb beynəlxalq və regionla bağlı məsələləri müzakirə ediblər.
Kanallarda gedən boş-mənasız sözlərə onsuz da qulaq asan yoxdur. Rəsmi işləri bu kişilər görür. Qalanları boş verin!

Allah iki müsəlman, şiə xalqı qorusun, daim vəhdətdə, dost qərar versin!

Allah İslam düşmənlərini - hidayət olmasalar - məhv eləsin, amin!

T.me/Fisabilillah14
Təsəvvür edin, İslam görün bizə necə mədəniyyət irs ötürüb. İndi bir neçə ölkəni özündə birləşdirən böyük bir xilafətin başçısı yox e, adi bir nazir ilə adi adamın davası düşə, adi adam naziri məhkəmə verə bilər?
Tbilisidə, Əl-Mustafa beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyində "Gürcü ədəbiyyatında İslam və azərbaycanlılar" adlı elmi seminar keçirildi.

İki dost millətin, azərbaycanlı və gürcülərin ədəbiyyatçıları əsərlərində bir-birilərini gözəl ifadələrlə yad ediblər. Belə tədbirlər iki dost millətin bir-birinə daha da isinməsinə, yaxınlaşmasına və inteqrasiyasına xidmət edir. Gürcü dahilərinin azərbaycanlılar və İslam haqqındakı gözəl düşüncələri təbii ki, dinləyicilərdə çox böyük müsbət təsir bağışladı.

Tədbirdə əsas çıxış edənlər Tbilisi dövlət universitetinin professoru, Quran və Nəhcül-bəlağə kimi önəmli kitabları gürcü dilinə tərcümə edən Qiorqi Lobjanidze və filoloq, ədəbiyyatşünas Oktay Kazımov idi.
Orta əsirlərin dahilərindən olan Şota Rustavelinin "Pələng dərisi geyinmiş cəngavər" əsəri elə ilk sətrlərində Allahın mədhi ilə başlayır və müsəlmanlar üçün müqəddəs olan Quran kitabının adı əsərdə bir neçə yerdə qeyd olunur. Eləcə də 20-ci əsrin dahi yazarı Mixail Javaxişvilinin "Abdullah günahsızdır" əsərində azərbaycanlılar haqqında çox təəssüratlarının olduğunu aydın şəkildə görünür. Yazar öz əsərində Borçalının (indiki Kvemo Kartli) Çerakvi kəndindən və Azərbaycanlılarla sıx təmasda olduğunu yazır. Əsərində azərbaycanlıları dürüst, sadiq və.s gözəl xüsusiyyətlərlə yad edilir.

Kamran Məmmədov
@fisabilillah14
Əzizlərə məndən bir kiçik qardaş təklifi;

Rahatlığı rahatlıqda axtarmayın! Narahat vaxtlarda rahat olmağa çalışın!

@fisabilillah14
Allah qapısını açsın. Mübarək və mürəccəb Rəcəb ayında Allah qardaşımızın həbsini xeyrə çevirsin. Rəcəb ayında orda da insanlar qabağına çıxacaq, onlara qardaşımız dindən, Əhli-beytdən (ə) danışacaq.

T.me/Fisabilillah14
Riskli, təbii, həyəcanlı döyüş səhnələrinin bir nömrəli qəhrəmanı, usta döyüşçü Ceki Canın kinolarının sonundakı təbii səhnələrin pərdəarxasını yəqin ki, görmüsüz.
Uşaq olanda bir xoşagəlməz hadisə baş verəndə deyərdim ki, ilahi, kaş bu səhnə kino çəkilişi olsun, gəlib ağlayanlara desinlər ki, yaxşı ağlamırsız, təzədən... Heç aktyor pulu zad da lazım deyil...

@fisabilillah14
https://youtu.be/G-ypA5lD1Y8

Dostlar, xahişən bu linkə 👆 girib vatsapda, telegramda və digər kanallarda linki paylaşın ki, kanal yayılsın.

Allah razı olsun!
Bütün müvəffəqiyyət Allahdandır!
Allahın adı ilə!
Qardaş, dost Türkiyə ölkəsində bir dəstə insan Quranın yandırılmasına etiraz olaraq aksiya keçirib. Bir dəstə insan isə "hamımız erməniyik" aksiyasına başlayıb. Küçələrdə aşkar bir şəkildə bu şüarları səsləndiriblər.
Türkiyəni tanımayan bir nəfər elə düşünər ki, Quran ermənilərin müqəddəs kitabıdır. Amma bu, belə deyil! Çünki Quran üçün yığılanlar möminlər, erməni üçün yığılanlar başqa adamlardır.
Maraqlı olan budur ki, "hamımız erməniyik" deyənlər 20 yanvarın bu ilki ildönümündə ortalıqda yox idilər. Ola bilərdi ki, aksiya keçirib məsələn, "hamımız İlhamıq", "hamımız Fərizəyik" desinlər. Amma demədilər.
Burdan həm də belə bir nəticəyə gəlmək olar ki, dindarlar elə əvvəlki fikirdədirlər. Onlar üçün Quran əvvəl də müqəddəs idi, indi də. Amma millətçilər, pantürklər dünən türk, bu gün erməni ola bilirlər.
Dəyişilməsi mümkün olmayan bir şeyi (hansı millətdən olmağı) millətçilər "dəyişdirirlər", amma dəyişdirilməsi mümkün olan bir şeyi (dini) dindarlar dəyişmirlər. Qurana sadiqdirlər.

P.S. Dini dəyişdirmək mümkündür. İnsan məsələn, xristian idi, dönüb müsəlman olur. Amma türk dönüb erməni, erməni rus, rus ərəb ola bilməz ki...

@fisabilillah14
2025/01/05 09:39:04
Back to Top
HTML Embed Code: