Telegram Web
Bəzi qardaşlara deyirsən ki, sünnü namazı şəkli olan fotoları, hədisləri paylaşma! Deyir ki, noolasıdı ki, namazdı da...
Şanlı və uca xalqımızın çox gözəl xüsusiyyətlərindən biri budur ki, bu xalqın gözündə İslamı gözdən salmaq istəyənlər ucala bilmirlər. Ümumiyyətlə, fitri olaraq insanda bu cürdür. Məsələn, biri çıxıb güya sekulyar islamı təbliğ etmək məqsədilə münasib olmayan geyimlə dindən danışır, oxuyur, mübahisə edir. İstəyirlər ki, bu alət vasitəsilə İslamın bu cür olduğunu göstərsinlər. Xəlqimiz baxanda deyir ki, get hələ birinci geyimini düzəlt, sonra dindən danışarsan. Çox gözəl cavab!

@fisabilillah14
Filozof ERESTU' ya (Aristotel) sordular:
- Dünyada En zor iş nedir?
Dediki: insanın kendisini tanımasıdır.
- en kolay iş nedir diye sordular??
"Başkasına nasihat etmesidir" dedi.
Fisəbililləh
Photo
Murat Bardakçı:
"Yabancı gazeteciler olarak, o günlerde İran’ın Humeynî’den sonra en güçlü liderlerinden olan bir Ayetullah ile görüşebilmek için Hâtemî’ye ricada bulunmuştuk…

Birkaç gün sonra, Ayetullah’ın dört kişilik bir grubu kabul buyuracağı söylendi. Listede bir İngiliz, bir Alman ve bir Fransız gazeteci ile beraber ben de vardım.

Toplandık, bir minibüsle liderin evine gittik, üstümüzün-başımızın, hattâ fotoğraf makinelerimizdeki filmlerin bile uzun uzadıya kontrol edilmesinden sonra bir sedire bağdaş kurmuş vaziyette bizleri bekleyen siyah sarıklı ve siyah sakallı Ayetullah’ın huzuruna çıkartıldık!

Dördümüz de birkaç dakika sonra şaşkın haldeydik; zira sıradan bir molla zannettiğimiz devrimin güçlü adamı İngiliz gazeteci ile İngilizce, Fransız ile Fransızca, Alman ile Almanca, benimle de Horasan’a mahsus bir Türkçe ile konuşmuştu! Bütün bu lisanları konuşması bir tarafa, karşımızda sanki senelerin verdiği bir tecrübe ile yorumlar yapan kıdemli bir diplomat vardı!

Mülâkatı bitirip dışarıya çıktığımızda, oradaki devrim muhafızlarından birine Ayetullah’ın tahsilini sordum, aldığım cevap “Kum’daki medreseden sonra Heidelberg Üniversitesi’ne felsefe öğrenmeye gitmişti” oldu!"

@fisabilillah14
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov 12 ildən sonra özünün cismani azadlığına qovuşdu. Allaha həmd olsun! Allah digər əzizlərimizi də öz yaxınlarına qovuşdursun! Amin!

T.me/Fisabilillah
Xalqın adamı

Allahın adı ilə!

Hacı Mövsüm Səmədov məlum həbs hadisəsi ilə tanınmayıb. Həbs edilərkən Azərbaycanda nüfuzu olan Azərbaycan İslam Partiyasının sədri olaraq, nufuzlu ilahiyyatçı kimi həbs edilmişdi.
Həbsdən öncə Hacını bir məsciddə görmüşdüm. Səhv etmirəmsə hansısa şəhadət günlərindən biri idi.
Adətən tanınmış bir ilahiyyatçı başqa bir ilahiyyatçının rəhbərlik etdiyi məscidə, hüseyniyyəyə gedəndə onu (qonaq ilahiyyatçını) yuxarı başda, məscid rəhbəri olan ruhaninin yanında əyləşdirirlər, ya da özü orada əyləşir. Hətta bəzən bir ruhani minbər edəndə minbərinin üzbəüzündə camaat əyləşir, ora gələn digər ruhanilər minbərin altında, xalqın üzbəüzündə, xüsusi olaraq otururlar.
Hacı Mövsüm onu gördüyüm məclisdə camaatın içində, bizim əyləşdiyimiz yerə yaxın bir yerdə idi. Xalqın içində. Çox sadə şəkildə, hamının yaxınlaşıb onunla söhbət edə biləcəyi bir şəkildə. Hacı Mövsüm sadəliyidir bu.
Belə etməyənlərin sadə olmadığını demək istəmirik. Amma şəxsən Hacının etdiyi ilə müvafiqik.

T.me/Fisabilillah14
Məhəllələrdə daşdan "varotalar" düzəldib 5-5-ə, 6-6-a komandalar təşkil edib "sudyasız" oynayan uşaqların futbol oyunları sizə zarafat gəlməsin. Onların içində də ronaldolar mövcuddur. Sadəcə onların şərtləri o cür oynamağı iqtiza (tələb) edir. Onlar o şərtlərin ronaldolarıdır. Kim bilir, bəlkə də Ronaldo ilə bu ronaldoların şərtləri müqayisə edilsə bu ronaldolar Ronaldodan qat - qat güclü futbolçulardır. Ona görə də müqayisə edərkən şərtlər mütləq nəzərə alınmalıdır.

T.me/Fisabilillah14
Nigarançılıqlarınızı təvəkkülə çevirin!
Deyir atası pis adamdısa, camaatı aldadıb çox pul alırsa, balasının nə günahı? Niyə balasının dərmanına verir? Doğrusunu Allah bilir. Amma bir ata ki, öz boğazından kəsib balasını yedirdir, özü geyinməyib balasını geyindirir, onun haqsızlıqları özündən çıxsa onu yandırmaz. Balasından çıxanda betərdən betər olur.

@fisabilillah14
Allah gorbagor Qorbaçov başda olmaqla 20 Yanvar hadisəsində əli olan hər kəsə lənət eləsin, amin!

T.me/Fisabilillah14
Qruplaşmaların baş aldığı, fitnələrin qalxdığı, ixtilafların geniş vüsət aldığı, birinin sözünün o birinin boğazından keçmədiyi dövrümüzdə bu şəkil (qardaşlıq, birlik) hava - su kimi Azərbaycanın dini camiəsinə lazımdır.
Bu şəkil mənə Məkkədən Mədinəyə köçəndən sonra İslam Peyğəmbərinin (s) ənsarla (Mədinə möminləri) mühacirləri (Məkkədən Mədinəyə köçənlər) qardaşlaşdırmasını xatırlatdı.
Bu təkcə iki ruhaninin qardaşlığı deyil, bu, hər iki ruhaninin tərəfdarlarının bir - biri ilə qardaşlaşması deməkdir.

Allah dini camiəmizi daim vəhdətdə qərar versin!

Allah digər əziz ruhani və dindarların da qapısını tezliklə açsın!

Bihəqqi Muhəmmədin və Alihit-tahirin!

Amin!

T.me/Fisabilillah14
Mərhum Seyyid Nəvvab Səfəvi İranda zalım şah rejimi əleyhinə etiraz edən hüseynçilərdən idi. İranda inqilab edənlərin bir mənada ilham mənbəyi də hesab edilir.
Allah rəhmət eləsin!

T.me/Fisabilillah14
Hər deyişiklik bir yenilikdir. İnsan fitrətən dəyişiklik və yenilik sevəndir. İnanmırsızsa evdə stolun, stulların, televizorun yerini dəyişin, görün uşaqlar necə sevinəcək.

Hər gün yaxşılığa doğru dəyişmək, yeniləşmək ümidi ilə!

@fisabilillah14
70 il sovet höküməti olaraq yaşayan Azərbaycan xalqı ilk dəfə "şəhid" sözünü geniş formada 20 Yanvar günlərində eşidib.

T.me/Fisabilillah14
20 yanvar hadisəsinin əsas baiskarı olan SSRİ-nın ilk və son prezidenti məlun Mixail Qorbaçov bu hadisədən təqribən 9 ay sonra (15 oktyabr) avropalılar tərəfindən Nobel sülh mükafatı alır və ölənə qədər (2022) mükafat laureatı adı altında şöhrəti davam edir, hər il dəyişkən formada pulla bəslədilir.
Bizdə isə bəziləri avropapərəstlikdən əl çəkmirlər.
Əslində, məqsədə çatana qədər "İran soydaşlarımızı asıb - kəsir" deyən insanlar hər il müvafiq səfirliklər, təşkilatlar önündə etirazlar edib Qorbaçovun qatil simasını üzə çıxartmalı, beynəlxalq məhkəməyə çıxarılmasını, şöhrətinin, pulunun əlindən alınmasını tələb etməli idilər.

@fisabilillah14
Siyasət onunla məşğul olanlara görə dəyişkəndir. Əlinin (ə) siyasəti Əli (ə) siyasəti, Müaviyə məlunun siyasəti müaviyə siyasəti olacaqdır.
Çünki siyasət insanın digər xasiyyətlərindən biridir. Digər işlərini Allaha görə görməyən insan siyasətini də Allah üçün etməyəcək. Allahı tərk edib pula, məqama, mənsəbə tapınan şəxs siyasət adamı olanda da şöhrət, mənsəb, xarici banklarda pul hesabı naminə hər cür alçaqlığı edəcəkdir. Ona görə də İslam allahpərəst olmayan şəxsin siyasət əhli olmasını istəmir. Belə bir insan nəinki xəlifə, prezident, heç kiçik bir müəssisəyə belə başçılıq belə edə bilməz. Çünki bu elə bir adamdır ki, nəfsi onun başçısıdır. Nəfsin qulu başçı olsa, başçılıq etdiyi müəssisədə nəfs ağa olacaq, ədalət aradan gedəcək.

@fisabilillah14
Bu rəvayəti başqa cür də eşidə bilərsiniz. Mənə də belə nəql ediblər:

Səddam(l.ə) zamanında İraqda bir qrup əli silahlı Məhərrəm ayı ərəfəsində Cümə günlərinin birində xütbə zamanı hərəmlərdən birinə daxil olaraq üzünü nöminlərə tutub belə deyirlər:
- Bu gündən əzadarlığı dayandırırsınız. Qərar qətidir. Etirazı olan varsa, buyursun:
- Niyə? Nə üçün? Biz əzadarlıq etmişik və edəcəyik deyə bir neçə nəfər etiraz edir.
- Etirazı olanlar bu tərəfə keçsin deyə əli silahlı dəstənin başçısı qışqırır.
Bu vaxtı ustadlardan biri nə qədər etiraz etmək üçün cəhd etsə də qız övladı gözünün qabağına gəlir və ayağa qalxa bilmir. Çünki bilirdi ki, bu mənzərənin sonu gözlənilməz ola bilər.

Nəticədə o etirazçıları yerindəcə şəhid edirlər.
Ustad isə sakitcə müşahidə aparır.

P.S. Bu hadisəni nəql edən həmin ustaddır. Deyir ki, o hadisədən illər keçsə də o anın peşmançılığını çəkirəm və aqibətimin necə sonlanacığını bilmirəm...

Allah aqibətimizi xeyr eləsin...

Vüsal Nadiroğlu

#Ya_Hüseyn
@fisabilillah14
İnsan doğrudan da tez tez nəfsinin sındırılmasına hesablanmış moizələrə ehtiyaclı bir varlıqdır!

#İbrətamiz
T.me/Fisabilillah14
2025/01/03 07:55:15
Back to Top
HTML Embed Code: