tgoop.com/Qafsimurq/8718
Last Update:
Zəkatı nəfsinizi paklaşdırmaq və ruzinizi artırmaq üçün verin. Hansı iqtisadi məktəb məsələyə bu cür yanaşır?! İqtisadi məktəblərdə deyirlər adətən xərclədikcə, verdikcə azalır. Mənfəətmehvərli iqtisad məktəbində isə bu cürdür. Hz.Zəhra bizə tovhidi iqtisad məktəbini açıqlayır. Deyir ki, əgər zəkat versəniz, ruziniz artar. Doğrudan, biz buna iman gətirmişikmi?! Doğrudan, Fədəkiyyə xütbəsinə bu cür yanaşmışıqmı ki, bundan bir iqtisadi məktəb açıqlanmalıdır?! Verdikcə çoxalır.
İxlasınızı möhkəmləndirmək üçün oruc tutun, ümmət içində nizam-intizam əldə etmək üçün bizə itaət edin. Nizam-intizam niyə yoxumuzdur? Deyir, çünki bizə itaətiniz azdır. Bütün bu qaydalar bir-bir yazılmalıdır. Problem nədir və nəticəsi nə olur və s.
© Şeyx Orxan Məmmədov
https://www.tgoop.com/emmarmedia
BY Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
Share with your friend now:
tgoop.com/Qafsimurq/8718