tgoop.com/grammarazi1/574
Create:
Last Update:
Last Update:
Orta məktəbdən bir qayda: cümlədə "ilə"ni "və" ilə əvəz etmək olursa, bağlayıcı, əvəz etmək olmursa, qoşmadır. Bu məsələ cümlənin xəbərinə təsir edir. Yəni:
• Aslan Teymur ilə (qoşma) iş görür.
• Aslan ilə (bağlayıcı) Teymur iş görürlər.
Yuxarıdakı ikinci nümunədə gördüyünüz kimi, həmcins mübtədaların hər ikisi III şəxsdədir, ona görə də xəbər III şəxsin cəmində işlənib.
Müxtəlif şəxslərdə olan mübtədalardan biri I şəxsdə olarsa, xəbər I şəxsin cəmində işlənir:
• Mən, sən, Aslan və Teymur iş görürük.
Müxtəlif şəxslərdə olan mübtədalar arasında I şəxs yoxdursa və həmcins mübtədalar II və III şəxsdədirsə, xəbər II şəxsin cəmində işlənir:
• Sən, Aslan və Teymur iş görürsünüz.
BY Grammar Azi
Share with your friend now:
tgoop.com/grammarazi1/574