tgoop.com/lebbeyk_ya_Huseyn/336
Last Update:
🏴 Tasua gününün əməlləri
📆“Tasua” 9-cu gün deməkdir. Şiə leksikologiyasında Məhərrəm ayının 9-cu gününə “Tasua” deyilir. Tasua, imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.
📆 Tasua gününün (9 məhərrəm – 18 avqust), Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməlləri
🔹1. Namazlar
🌒 * Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə "Həmd"dən sonra "Ayətül-kürsü", "İxlas", "Fələq" və "Nas" surələrinin hər birini 10 dəfə oxumaq.
✨ * Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de .
✨* 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə "Həmd"dən sonra "İxlas" surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.]
📿 100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim.
🏴 2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq.
▪️ 3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar."
▪️ 4. Dua, ibadət və istiğfar etmək.
Maide.az
📌https://www.tgoop.com/lebbeyk_ya_Huseyn
BY 🏴𝐋ə𝐛𝐛𝐞𝐲𝐤 𝐲𝐚 𝐇ü𝐬𝐞𝐲𝐧🏴
![](https://photo2.tgoop.com/u/cdn4.cdn-telegram.org/file/jpaF7JOGPG2HNc-otUtbZ8BwSATDak9Cho7j9afVIb0-2PGPqeDif1ONyBIXjehZl9sjr31I4PGeEwa0lQap8EQCfjPehcPEnMpRMYcst7qvCaAJU_bkDbsjD7NOUdwr37SKOQ5FO73T8EXCq-qnXKUmUM6u_uYKTGUzWFVVgo96tsHA63jN5raaftxCw78zbftdwElrJNrLCr_st1KPdOU0KQCkaDLcZd1jj718GbDIulNYs_8YEQ7Oo184hXcUudg1mGG35tgw6z6dJPQta_j2lzBi-RN94Ml3tVneVipzb6lcJBdsiot08EjRpYDr1YC1Dq9H0EeXmNTO8CnFug.jpg)
Share with your friend now:
tgoop.com/lebbeyk_ya_Huseyn/336