tgoop.com/seiralemii/4070
Create:
Last Update:
Last Update:
Bir neçə dəqiqə sonra öləcəyini bilirsən və sadəcə həmin anı gözləyirsən. Yaşadığın ən dəhşətli situasiyada belə yenə başqalarını düşünüb, həm ümidlə, həm də ümidsizcə başqalarına ürək-dirək verməyə çalışırsan, halbuki bilirsən, bilirsən ki, birazdan qəzaya düşəcəksən, sevdiklərindən ayrılacaqsan, həyatının son anlarını yaşadığının fərqindəsən, bilirsən ki, heç nə yaxşı olmayacaq. Bütün bunlara rəğmən o amansız şəraitdə sona qədər mübarizə aparırsan, özündən öncə başqasını düşünürsən, ölümə getdiyini bilirsən, ancaq başqa çarən yoxdur. Əslində isə, "hər şey yaxşı olacaq"...
BY Şeirlər aləmi🎶📝
Share with your friend now:
tgoop.com/seiralemii/4070