tgoop.com/seiralemii/4098
Create:
Last Update:
Last Update:
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki bu aralar,
Duysan,
Görsən,
Dönərsənmi?!
Elə yorub həyat məni,
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam,
Dağılmışam,
Ruhum ölüb.
Mən savaşdan sonra qalan xaraba bir yurd olmuşam,
Mənə həyat verərsənmi?
Hər gün qonaqsan yuxuma,
Ruhum gecə olan kimi sənə gəlir.
Nə olar ki, sən gerçəkdə mənə gəlsən,
Qucaqlasan,
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam...
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? 🫠
BY Şeirlər aləmi🎶📝
Share with your friend now:
tgoop.com/seiralemii/4098