tgoop.com/seiralemii/4117
Create:
Last Update:
Last Update:
"Həyat Sevgisi"
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində ,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində,
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bu cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi,
Ağaran səhradan necə əl çəkim? 🫠
#MikayılMüşfiq
BY Şeirlər aləmi🎶📝
Share with your friend now:
tgoop.com/seiralemii/4117