Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.
Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə..
#MəlikCahan.
baharın gedişinə,
payızın gəlişinə.
Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə..
#MəlikCahan.
Bilirəm gələn deyilsən,
Gözləyirəm yenə səni.
Özgənin olsan da, Tanrı,
Çox görməsin mənə səni.
Küsmərəm gəldin, gəlmədin,
Sən getdin mən ki ölmədim,
Heyif, gətirə bilmədim,
Sevgi adlı dinə səni.
Yollarına sərilim kaş,
Divarına hörülüm kaş,
Yüz yol ölüm, dirilim kaş,
Sevim dönə-dönə səni...
#RamizRövşən
Gözləyirəm yenə səni.
Özgənin olsan da, Tanrı,
Çox görməsin mənə səni.
Küsmərəm gəldin, gəlmədin,
Sən getdin mən ki ölmədim,
Heyif, gətirə bilmədim,
Sevgi adlı dinə səni.
Yollarına sərilim kaş,
Divarına hörülüm kaş,
Yüz yol ölüm, dirilim kaş,
Sevim dönə-dönə səni...
#RamizRövşən
Salam.
Xoş gəlmisən, köhnə sevgilim.
De, necə oldu ki, düşdüm yadına?
Gəl, otur azacıq nəfəsini dər,
Gözlə...
Şeir yazım sənin adına!
İllərdir göz yaşım dəmlənib qalıb,
Gəl,
İçib danışaq biraz…
Darıxma!
Üzüm qırışlanıb, rəngim saralıb…
O da düzələndir…
Canını sıxma!
Bağışla,
Otağım biraz soyuqdur!
Bilirsən,
Nə vaxtdır tənhayam, təkəm.
Məndə bir ünvanın, yerin də yoxdur.
Hərdən darıxanda sənə baş çəkəm.
De görüm, nə olub?
Üzgünsən biraz.
Kimi öldürmüsən gəldiyin yerdə?
Bir də ki…
Qonaqlar əliboş olmaz,
Bəs nə gətirmisən xatirələrdən?
Sən necə qonaqsan axı, əzizim?
Dinib danışmırsan niyə?
Bilmirəm.
Əslində mənim də nə çoxdur sözüm,
Heç bircəsini də deyə bilmirəm!
Görürsən,
Təklikdən boynum bükülüb.
Bir sevinc də yoxdur isitsin məni.
Vallah,
Həyatımın marağı ölüb,
Sevgilim də yoxdur tərk etsin məni!
Sən Allah, tələsmə!
Hələ var vaxta.
Getsən bəs, de görüm…
Haçan gələrsən?
Gedirsən?
Nə deyim?
Sənə yaxşı yol!
Mən yəqin, yataram..
Ya da…
Nə bilim...
Havalar soyuqdur, ehtiyatlı ol.
Sağ ol!
Xoş gedirsən, köhnə sevgilim.
Xoş gəlmisən, köhnə sevgilim.
De, necə oldu ki, düşdüm yadına?
Gəl, otur azacıq nəfəsini dər,
Gözlə...
Şeir yazım sənin adına!
İllərdir göz yaşım dəmlənib qalıb,
Gəl,
İçib danışaq biraz…
Darıxma!
Üzüm qırışlanıb, rəngim saralıb…
O da düzələndir…
Canını sıxma!
Bağışla,
Otağım biraz soyuqdur!
Bilirsən,
Nə vaxtdır tənhayam, təkəm.
Məndə bir ünvanın, yerin də yoxdur.
Hərdən darıxanda sənə baş çəkəm.
De görüm, nə olub?
Üzgünsən biraz.
Kimi öldürmüsən gəldiyin yerdə?
Bir də ki…
Qonaqlar əliboş olmaz,
Bəs nə gətirmisən xatirələrdən?
Sən necə qonaqsan axı, əzizim?
Dinib danışmırsan niyə?
Bilmirəm.
Əslində mənim də nə çoxdur sözüm,
Heç bircəsini də deyə bilmirəm!
Görürsən,
Təklikdən boynum bükülüb.
Bir sevinc də yoxdur isitsin məni.
Vallah,
Həyatımın marağı ölüb,
Sevgilim də yoxdur tərk etsin məni!
Sən Allah, tələsmə!
Hələ var vaxta.
Getsən bəs, de görüm…
Haçan gələrsən?
Gedirsən?
Nə deyim?
Sənə yaxşı yol!
Mən yəqin, yataram..
Ya da…
Nə bilim...
Havalar soyuqdur, ehtiyatlı ol.
Sağ ol!
Xoş gedirsən, köhnə sevgilim.
Matəm görkəmiylə,lal baxışıyla,
Dünyanın qoynuna girib gecələr.
Cahanla bir gündə yaranmasaydı,
Deyərdim dövranın sürüb gecələr.
#BəhmənVətənoğlu
Dünyanın qoynuna girib gecələr.
Cahanla bir gündə yaranmasaydı,
Deyərdim dövranın sürüb gecələr.
#BəhmənVətənoğlu
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir neçə dəqiqə sonra öləcəyini bilirsən və sadəcə həmin anı gözləyirsən. Yaşadığın ən dəhşətli situasiyada belə yenə başqalarını düşünüb, həm ümidlə, həm də ümidsizcə başqalarına ürək-dirək verməyə çalışırsan, halbuki bilirsən, bilirsən ki, birazdan qəzaya düşəcəksən, sevdiklərindən ayrılacaqsan, həyatının son anlarını yaşadığının fərqindəsən, bilirsən ki, heç nə yaxşı olmayacaq. Bütün bunlara rəğmən o amansız şəraitdə sona qədər mübarizə aparırsan, özündən öncə başqasını düşünürsən, ölümə getdiyini bilirsən, ancaq başqa çarən yoxdur. Əslində isə, "hər şey yaxşı olacaq"...
Günlər keçir ağır-ağır
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər yağır
səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi
səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi
səndən ayrı.
#RəsulRza
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər yağır
səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi
səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi
səndən ayrı.
#RəsulRza
"Şeirlər aləmi"nin dəyərli üzvləri, bayramınız mübarək!
Keçirəcəyiniz şən və gözəl bayramların sonsuz, uğurlarınızın bol, qəlbinizdə açan çiçəklərin solmayacağı gözəl bir il olsun!
Şeirlə qalın 🫠
Keçirəcəyiniz şən və gözəl bayramların sonsuz, uğurlarınızın bol, qəlbinizdə açan çiçəklərin solmayacağı gözəl bir il olsun!
Şeirlə qalın 🫠
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki bu aralar,
Duysan,
Görsən,
Dönərsənmi?!
Elə yorub həyat məni,
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam,
Dağılmışam,
Ruhum ölüb.
Mən savaşdan sonra qalan xaraba bir yurd olmuşam,
Mənə həyat verərsənmi?
Hər gün qonaqsan yuxuma,
Ruhum gecə olan kimi sənə gəlir.
Nə olar ki, sən gerçəkdə mənə gəlsən,
Qucaqlasan,
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam...
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? 🫠
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki bu aralar,
Duysan,
Görsən,
Dönərsənmi?!
Elə yorub həyat məni,
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam,
Dağılmışam,
Ruhum ölüb.
Mən savaşdan sonra qalan xaraba bir yurd olmuşam,
Mənə həyat verərsənmi?
Hər gün qonaqsan yuxuma,
Ruhum gecə olan kimi sənə gəlir.
Nə olar ki, sən gerçəkdə mənə gəlsən,
Qucaqlasan,
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam...
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? 🫠
Xatirə ✨
Ana, uşaqlığımdan xatirə danış mənə,
Gəlsin qayğısız illər gözlərimin önünə.
O zaman ki, kədərdən, qüssədən uzaq idim,
Mən necə uşaq idim?
Sakit idim, ya dəcəl?
Mülayimdim, ya inad?
Hələ məni sınaqdan keçirməmiş bu həyat
Mən necə uşaq idim?
Vəfalıydım, ya dönük?
Çiynimə qoyulanda ağır şələ,ağır yük
Tamam düşməsin deyə bütün ağırlıq mənə
Atırdımmı o yükü özgəsinin çiyninə?
Yaşlananda uşaqlıq örnək olur insana.
Mənə uşaqlığımdan xatirə danış, ana.
Mən necə uşaq idim?
Dinc idim, şıltaq idim?
Qəddardım, ya rəhmli?
Doğruçuydum, riyakar?
Mənimlə bir günah iş tutan zaman uşaqlar
Öz xətrimə, de görüm, satırdımmı onları?
Bundan ağrıyırdımı sonra vicdanım barı?
Öz xeyrimi güdürdüm, məhəllənin xeyrini?
Bir-birinə qataraq mən doğrunu, əyrini
Böyüklərin ovcuna qoyurdummu xəlvəti?
Axı çox kövrək olur uşağın təbiəti, -
Başqasından aldığı bir "mərhəba" sözünə
Qayıdar atasının, anasının üzünə.
Mən necə uşaq idim?
Yağlı pay alım deyə
Əyirdimmi başımı hər kiçiyə, böyüyə?
Üzümə üz taxmağı xoşlardımmı onda mən?
Ayrılıb tay-tuşumdan, dostlarımın içindən
Dartırdımmı özümü?
Guya alçaq dağ idim.
Sən Allah, danış, ana, mən necə uşaq idim?
Mənə uşaqlığımdan bir az danış, anacan,
Qoy söhbətin işləsin iliyəcən,qanacan.
Mən nətəhər sevirdim bu yurdu, məmləkəti?
Məhəllənin qeyrəti, kəndimizin qeyrəti,
Elimizin birliyi, sərhədi, çayı, dağı,
Onun xəritələrdə iki rəngdə qalmağı,
Quraqlıqda qıtlığı, nübar ildə bol barı,
Şad gündə sevincləri, dar gündə ağrıları,
Söylə, titrədirdimi qəlbimi nanə kimi?
Ya hər şeyə baxırdım gendən biganə kimi?
Bizim eldə, obada belə məsəl var, ana,
Deyirlər, "südlə gələn sümüklə çıxar'' ana.
Mənə uşaqlığımdan söhbət eylə bir qədər.
Görüm xislətimdəki əyriliklər, düzlüklər
Lap əvvəldən var idi, sonradan qazanmışam?
Mən ölümlə həyatın xəttində dayanmışam.
Nə desən, bu yaşda da gərəyim olar yenə,
Ana, uşaqlığımdan xatirə danış mənə.
#ƏliağaKürçaylı
Ana, uşaqlığımdan xatirə danış mənə,
Gəlsin qayğısız illər gözlərimin önünə.
O zaman ki, kədərdən, qüssədən uzaq idim,
Mən necə uşaq idim?
Sakit idim, ya dəcəl?
Mülayimdim, ya inad?
Hələ məni sınaqdan keçirməmiş bu həyat
Mən necə uşaq idim?
Vəfalıydım, ya dönük?
Çiynimə qoyulanda ağır şələ,ağır yük
Tamam düşməsin deyə bütün ağırlıq mənə
Atırdımmı o yükü özgəsinin çiyninə?
Yaşlananda uşaqlıq örnək olur insana.
Mənə uşaqlığımdan xatirə danış, ana.
Mən necə uşaq idim?
Dinc idim, şıltaq idim?
Qəddardım, ya rəhmli?
Doğruçuydum, riyakar?
Mənimlə bir günah iş tutan zaman uşaqlar
Öz xətrimə, de görüm, satırdımmı onları?
Bundan ağrıyırdımı sonra vicdanım barı?
Öz xeyrimi güdürdüm, məhəllənin xeyrini?
Bir-birinə qataraq mən doğrunu, əyrini
Böyüklərin ovcuna qoyurdummu xəlvəti?
Axı çox kövrək olur uşağın təbiəti, -
Başqasından aldığı bir "mərhəba" sözünə
Qayıdar atasının, anasının üzünə.
Mən necə uşaq idim?
Yağlı pay alım deyə
Əyirdimmi başımı hər kiçiyə, böyüyə?
Üzümə üz taxmağı xoşlardımmı onda mən?
Ayrılıb tay-tuşumdan, dostlarımın içindən
Dartırdımmı özümü?
Guya alçaq dağ idim.
Sən Allah, danış, ana, mən necə uşaq idim?
Mənə uşaqlığımdan bir az danış, anacan,
Qoy söhbətin işləsin iliyəcən,qanacan.
Mən nətəhər sevirdim bu yurdu, məmləkəti?
Məhəllənin qeyrəti, kəndimizin qeyrəti,
Elimizin birliyi, sərhədi, çayı, dağı,
Onun xəritələrdə iki rəngdə qalmağı,
Quraqlıqda qıtlığı, nübar ildə bol barı,
Şad gündə sevincləri, dar gündə ağrıları,
Söylə, titrədirdimi qəlbimi nanə kimi?
Ya hər şeyə baxırdım gendən biganə kimi?
Bizim eldə, obada belə məsəl var, ana,
Deyirlər, "südlə gələn sümüklə çıxar'' ana.
Mənə uşaqlığımdan söhbət eylə bir qədər.
Görüm xislətimdəki əyriliklər, düzlüklər
Lap əvvəldən var idi, sonradan qazanmışam?
Mən ölümlə həyatın xəttində dayanmışam.
Nə desən, bu yaşda da gərəyim olar yenə,
Ana, uşaqlığımdan xatirə danış mənə.
#ƏliağaKürçaylı
Bir gör ki, nə qədər vəfasızam mən,
Bir acı sözünə səndən küsmüşəm.
Sənin zümzüməni gəlib izləyən,
Dumandan küsmüşəm, çəndən küsmüşəm.
Gecələr qapıma dadanan səslə,
Ürkək nəğmələrlə ürək üzmüşəm.
Bəlkə naz edərsən, - bax, bu həvəslə,
Səndən incimişəm, səndən küsmüşəm.
Gör mənə deyirmi, gəl, küsmə məndən,
İncimə sözümdən, şair sevgilim...
Mən yaman küsmüşəm bu gecə səndən,
Gülərmi, yenidən üzüm?.. nə bilim...
İndi muradımca sənin nazını,
Duyğulu şeirə, nəzmə düzmüşəm.
İndi şeirimin hər misrasını
Oxuyub, şeirdə səndən küsmüşəm.
#XankişiyevƏli
@Xankisiyev18
Bir acı sözünə səndən küsmüşəm.
Sənin zümzüməni gəlib izləyən,
Dumandan küsmüşəm, çəndən küsmüşəm.
Gecələr qapıma dadanan səslə,
Ürkək nəğmələrlə ürək üzmüşəm.
Bəlkə naz edərsən, - bax, bu həvəslə,
Səndən incimişəm, səndən küsmüşəm.
Gör mənə deyirmi, gəl, küsmə məndən,
İncimə sözümdən, şair sevgilim...
Mən yaman küsmüşəm bu gecə səndən,
Gülərmi, yenidən üzüm?.. nə bilim...
İndi muradımca sənin nazını,
Duyğulu şeirə, nəzmə düzmüşəm.
İndi şeirimin hər misrasını
Oxuyub, şeirdə səndən küsmüşəm.
#XankişiyevƏli
@Xankisiyev18
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün poeziyamızın sönməz günəşi, sevgi və gözəllik şairi Mikayıl Müşfiqin güllələndiyi gündür...
O, Stalin repressiyasının qurbanı olmuşdur.
Səni dünya durduqca gözəl xatırlayacağıq, Şair 🤍
#MikayılMüşfiq
O, Stalin repressiyasının qurbanı olmuşdur.
Səni dünya durduqca gözəl xatırlayacağıq, Şair 🤍
#MikayılMüşfiq
"Həyat Sevgisi"
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində ,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində,
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bu cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi,
Ağaran səhradan necə əl çəkim? 🫠
#MikayılMüşfiq
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində ,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində,
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bu cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi,
Ağaran səhradan necə əl çəkim? 🫠
#MikayılMüşfiq
Hər nəyim var edərəm mən ki fəda gözlərinə
O kiçik, amma ki qiymətdə baha gözlərinə.
Gözlərin fikri ilə nalədəyəm şamü-səhər
Yetməyirmi bu qədər ahü-nəva gözlərinə.
Saçını aç tök üzə, gözlərini gizlət ki,
Baxmasın məkr ilə hər çeşmi-gəda gözlərinə.
Atmışam daşını Allaha dua eyləməyin
Edirəm dərdə düşən vaxtı dua gözlərinə.
Belə zülm eyləmək olmaz, mələyim, bir vaxt tap
Azca rəhm etməyi öyrət o qara gözlərinə.
Ey günəş çöhrəli, görcək səni yumdum gözümü
Neyləyirsən düşə gər böylə şüa gözlərinə.
Fəhminin heyf ki var canı,qalmış mə'təl
Bilməyir qurban edə zülfünə, ya gözlərinə?
#İlqarFəhmi
O kiçik, amma ki qiymətdə baha gözlərinə.
Gözlərin fikri ilə nalədəyəm şamü-səhər
Yetməyirmi bu qədər ahü-nəva gözlərinə.
Saçını aç tök üzə, gözlərini gizlət ki,
Baxmasın məkr ilə hər çeşmi-gəda gözlərinə.
Atmışam daşını Allaha dua eyləməyin
Edirəm dərdə düşən vaxtı dua gözlərinə.
Belə zülm eyləmək olmaz, mələyim, bir vaxt tap
Azca rəhm etməyi öyrət o qara gözlərinə.
Ey günəş çöhrəli, görcək səni yumdum gözümü
Neyləyirsən düşə gər böylə şüa gözlərinə.
Fəhminin heyf ki var canı,qalmış mə'təl
Bilməyir qurban edə zülfünə, ya gözlərinə?
#İlqarFəhmi
Günlər keçir ağır-ağır
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər yağır
səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi
səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi
səndən ayrı.
#RəsulRza
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər yağır
səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi
səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi
səndən ayrı.
#RəsulRza
Gecədir, ilahi, bir yay gecəsi,
Yayın axır ayı, ağır nöqtəsi.
Sonra duyulacaq payız nəfəsi,
Belə ötüşəcək fəsilin sonu.
Amma ötüşmür qəlbin payızı,
Onun nə yayı var, nə də ki, yazı.
Geciksin, gəlməsin, qəlbin payızı, Geciksin illərin dolaylarında
Gecədir, ilahi, bir yay gecəsi,
Tutulub ayın da məsum çöhrəsi 🍂
#ŞəmistanƏlizamanlı
Yayın axır ayı, ağır nöqtəsi.
Sonra duyulacaq payız nəfəsi,
Belə ötüşəcək fəsilin sonu.
Amma ötüşmür qəlbin payızı,
Onun nə yayı var, nə də ki, yazı.
Geciksin, gəlməsin, qəlbin payızı, Geciksin illərin dolaylarında
Gecədir, ilahi, bir yay gecəsi,
Tutulub ayın da məsum çöhrəsi 🍂
#ŞəmistanƏlizamanlı
Axı məni sevirdi O...
İndi məni görən kimi, niyə üzün çevirdi O?
Niyə axı?
Həyatında biri ola,
unutdura bütün belə cümlələri,
unudasan "niyələri", "axıları"
Həyatında biri ola, uşaq kimi, su kimi saf.
Gecə şirin nağılları danışasan,
səhər acı yuxuları...
Biri ola, gözlərinin qarasına
baxan kimi nurlanasan...
üzünə ağ mələk qona,
Bu ki mənim sevdiyimdir,
içində qürurlanasan.
Taleyinin yolun çəkə əllərinə xına kimi
körpə kimi ağlayasan, canı yana
ata kimi, ana kimi.
Sevgisinin qədərini soruşmağa utanasan,
yuxudan yox, ölümdən də qollarında oyanasan.
Həyatında biri ola,
gələcəyi düşünmədən dəli kimi sevə səni.
Dostlarınla gəzişəndə
gəncliyini anımsadan küçələrdə
tələsdirə evə səni.
Həyatında biri ola,
həyat kimi qəribə yox, şirin ola.
Qayğılardan üzüləndə sığınmağa yerin ola,
özü də elə biri ola,
özün sənə saxlamağı bacaran,
cizgi filmi izləyərək gülməyi,
Füzulinin qəzəlinə ağlamağı bacaran..
#PünhanƏzim
İndi məni görən kimi, niyə üzün çevirdi O?
Niyə axı?
Həyatında biri ola,
unutdura bütün belə cümlələri,
unudasan "niyələri", "axıları"
Həyatında biri ola, uşaq kimi, su kimi saf.
Gecə şirin nağılları danışasan,
səhər acı yuxuları...
Biri ola, gözlərinin qarasına
baxan kimi nurlanasan...
üzünə ağ mələk qona,
Bu ki mənim sevdiyimdir,
içində qürurlanasan.
Taleyinin yolun çəkə əllərinə xına kimi
körpə kimi ağlayasan, canı yana
ata kimi, ana kimi.
Sevgisinin qədərini soruşmağa utanasan,
yuxudan yox, ölümdən də qollarında oyanasan.
Həyatında biri ola,
gələcəyi düşünmədən dəli kimi sevə səni.
Dostlarınla gəzişəndə
gəncliyini anımsadan küçələrdə
tələsdirə evə səni.
Həyatında biri ola,
həyat kimi qəribə yox, şirin ola.
Qayğılardan üzüləndə sığınmağa yerin ola,
özü də elə biri ola,
özün sənə saxlamağı bacaran,
cizgi filmi izləyərək gülməyi,
Füzulinin qəzəlinə ağlamağı bacaran..
#PünhanƏzim
Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.
#AsimBəyKazımsoy
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.
#AsimBəyKazımsoy