tgoop.com/tefekkur_114/4729
Last Update:
Təqribən 8 əsr öncə böyük ariflərdən olan Seyyid ibn Tavus (r.ə) yazıb ki, cəmiyyət Allahı unutduran ən vacib faktorlardan biridir. Həmçinin, qeyd edib ki, cəmiyyət insanı çox asan şəkildə müşrik edə bilər, çünki aktiv sosial həyat sürən insan tədrici şəkildə hər şeyi Allah üçün deyil, cəmiyyət üçün edəcək. Həmin insan cəmiyyət üçün geyinəcək, cəmiyyət üçün danışacaq, özünü cəmiyyətə göstərəcək və s. Yəni, cəmiyyət onun açıq-aşkar "ilahına" çevriləcək. Özü də bilmədən cəmiyyətə ibadət edəcək. Vaxt gələcək, insana Allah rizası deyil, misal üçün, "like" və "baxış sayı" maraqlı olacaq. Allah heç yada düşməyəcək.
Bütün bunların baş verməməsi üçün, insan bir anlıq "stop" düyməsinə basaraq dayanmalıdır. Sonra isə həyatına, niyyətinə, getdiyi yola təzədən nəzər etməlidir. İnsan özünə səmimi şəkildə "Mən yalnız Allaha ibadət edirəm? Mənim hədəfim yalnız Onun rizasıdır?" suallarını verməsə, daxilində çətin hər hansısa bir ciddi transformasiya baş versin.
www.tgoop.com/tefekkur_114
BY Tefekkur_114

Share with your friend now:
tgoop.com/tefekkur_114/4729