tgoop.com/tefekkur_114/4828
Last Update:
Həqiqi eşqin təcəssümü
Nəql edilir ki, Həzrət İsa (ə) üç nəfərin yanından keçir ki, bədənləri arıqlamış və rəngləri qaçmışdır. Soruşur ki, sizi nə bu hala salıbdır? Deyirlər: "Cəhənnəm qorxusu". İsa (ə) deyir: "Allah, əzabdan qorxana aman verər".
Sonra daha üç nəfərin yanından keçir ki, birincilərə nisbətən daha arıq idilər. Onlara da bu sualı verir və deyirlər ki, behişt şövqü. İsa (ə) deyir: "Allahın öhdəsindədir, haqdırsa, ümid etdiyinizi sizə əta edər".
Sonra daha üç nəfərin yanından keçir ki, bunlar daha arıq idilər və sanki üzlərində nurdan ayna var idi. Soruşur ki, sizi nə bu hala salmışdır? Deyilər: "Allah Təalaya olan eşq". Deyir: "Siz - müqərribinlərsiniz".
Hərəm ibn Həyan deyir: "Mömin o zaman ki, Allahı tanıyar - Ona aşiq olar. Ona aşiq olduğu üçün ona tərəf gedər. Ona tərəf getməyin şirinliyini hiss etdiyi üçün dünyaya istək və axirətə rəğbət gözü ilə nəzər salmaz. O, bədəni ilə dünyada, ruhu ilə axirətdə olar"
www.tgoop.com/tefekkur_114
BY Tefekkur_114
Share with your friend now:
tgoop.com/tefekkur_114/4828