Telegram Web
Hicabsızlıq məsələsində
ilk öncə kişinin yaxasından tutmaq lazımdır.
Bir rəvayətdə deyilir ki,
Əmirəl-möminin Əli (ə) buyurub:
– Kufənin kişiləri! Mənə xəbər çatıb ki,bazarın izdihamlı küçələrində qadınlarınız kişilərlə çiyin-çiyinə hərəkət edir.
Sonra Həzrət (ə) buyurdu:
– Siz utanmırsınız? Allah lənət eləsin o kəsə ki, qeyrəti yoxdur.
Əmirəl-möminin (ə) Kufənin kişilərinin yaxasından tutdu!
Biz isə öz ölkəmizdə bir səhvə yol veririk –məscidlərdə, minbərlərdə yalnız
“Xanımlar, hicaba riayət edin” deyirik.
Halbuki, əvvəlcə kişilərə qeyrəti xatırlatmalıyıq.
Əmirəl-möminin (ə) kişilərin yaxasından tutdu və dedi:
– Siz utanmırsınız? Qadınlarınız küçələrdə belə gəzirlər?!
Hər bir hicabsız və ya pis örtünən qadının arxasında
ya qeyrətsiz bir kişi dayanır,
ya da qeyrəti az olan bir kişi.

Düşmən, qadının hicabına hücum etməzdən əvvəl,
kişinin qeyrətini hədəf alır!

Ayətullah Ustad Ali

https://www.tgoop.com/turalceferi
20👍13🔥2😢2
Qəbiristanlıqda:

Evsiz birinin qəbrinə yazılmışdı:

"Allaha şükürlər olsun axır ki, öz evim oldu"

Bir fəqirin qəbrinə isə:

"Dünyaya heçnəsiz gəldim, bir şeyim olmadan yaşadım və heçnəsiz axirətə qayıtdım"

Varlı birinin isə qəbrinə yazmışdılar:

"Hamını pulla razı saldım, ölüm mələyindən başqa"

Qəlb sındıran birinin qəbrinə yazılmışdı:

"Qiyamət var, təlafe edərəm"

Qoca birinin qəbrinə isə:

"Bir-birinizi incitməyin. And ola Allaha peşman olacaqsınız"

Uşağın məzarına isə belə yazılmışdı:

"Çox xoşbəxtəm böyüyüb dünyanın çirkinliklərinə bulaşmadım"

Bir ananın qəbrinə yazmışdılar:

"Sizi Allaha and verirəm, uşaqlarımdan muğayat olun"

Bir həkimin qəbrinə isə belə yazılmışdı:

"Hər şeyin bir çarəsi var, ölümdən başqa"

Dünya axirətin tarlasıdır. Öz aqibətimiz barədə düşünək, görəsən nə əkmişik?! Çünki əkdiyimizdən qeyrisini biçməyəcəyik.

از مکافات عمل غافل مشو
گندم از گندم بروید، جو ز جو
(Əməllərinin mükafatından qafil olma. Buğdadan buğda, arpadan arpa yetişər)
https://www.tgoop.com/turalceferi
👍13😢129
Ayətullah Müctəhidi Tehrani:

" Bəzən qəmgin olanda təsbeh götürüb istiğfar etməyə başlayıram".

https://www.tgoop.com/turalceferi
23😢9👍7
İmam Sadiq (ə) buyurub:
"Fitrə zəkatı hər bir (imkanlı) müsəlmana vacibdir. Kim onu verməzsə, onun üçün itki qorxusu var."
Soruşdular: "itki nədir?"
Buyurdu: "Ölümdür."
"Biharul-ənvar" cild 93, səh 109

https://www.tgoop.com/turalceferi
19👍6🔥3
Ayətullah Xoşvəqt:

"Şeytanlar boş dayanmır və gözləyirlər ki, Ramazan ayı bitən kimi insanların 1 ay boyunca yığdıqlarını zay etsinlər , oğurlasınlar.
Onları bir günaha düçar edirlər və əldə etdikləri hər şey yox olub gedir.
Bəziləri bir həftə sonra,
bəziləri iki həftə sonra,
və nəhayət, çox az insan tapılır ki, Ramazan ayının müsbət və faydalı təsirlərini növbəti Ramazana qədər qoruyub saxlaya bilsin..."

https://www.tgoop.com/turalceferi
😢18👍97
Mübarək cümə günü sizlərə bərəkətli olsun!

Ayətullah Müctehidi Tehrani (r) buyurub:

İstiğfarın 4 haləti var:

1) Qəm və kədərdən qurtulmaq
2) Ruzinin çoxalması
3) Əmin-amanlıq hissi
4) Sıxıntı və narahatçılıqdan qurtulmaq

İmam Sadiq (ə) buyurub:
Hər kəs Əsr namazından sonra 70 dəfə istiğfar etsə Allah onun 700 günahını bağışlayar.

📚 Vəsailuş şiə 6/482

Hacı İsmail Dulabi (ə) də buyurub: Qəm və qüssə səni bürüyəndə bütün mömin və möminlərə istər sağ olsunlar, istərsə dünyasını dəyişmiş olsunlar, istərsə də hələ dogulmamış olsunlar istiğfar edin!
https://www.tgoop.com/turalceferi
22👍5🔥2
Hücurat surəsindən 9 tövsiyə:

فتَبَيَّنُوا - !araşdırın
فأَصْلِحُوا - !küsülüləri barışdırın
وأَقْسِطُوا - !ədalətli olun
لا يَسْخَرْ - !məsxərə etməyin
ولَا تَلْمِزُوا - !tənə vurmayın
ولَا تَنَابَزُوا -bir-birinizə pis ləqəblər qoymayın
اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّن- çox zənnə qapılmaqdan çəkinin
ولَا تَجَسَّسُوا - !bir-birinizi güdməyin
ولَا يَغْتَبْ - !qeybət etməyin
https://www.tgoop.com/turalceferi
16👍12🥰2
Namaz:

Ayətullah Cavidannan soruşdular;

Mən çalışıram namazlarımı əvvəl vaxtda qılım. Amma baxmayaraq ki, mən tez yatıram, telefonun zəngini (budilnik) qururam ki, vaxtında oyanam, gün ərzində halal-harama diqqət edirəm, hətta düşünürəm ki, əvvəlki gün günah belə etməmişəm, lakin neçə müddətdir sübh namazlarım qəza olur. Bilmirəm nə üçün sübh namazının tovfiqati məndən alınıb.

Ağa buyurdu:

Tez yatmağa və digər elədiyiniz işlərə ümidvar olmaq əvəzinə Allaha umid bağlasaydınız, sübh namazına oyanardınız.

Ps: Aga demək istəyir ki, bütün bu müqəddimələr lazımdır (vaxtinda yatmaq, günah etməmək və s) lakin bu işləri görməklə yanaşı Allaha ümid bağlamaq zəruridir.
https://www.tgoop.com/turalceferi
26👍7👏2
Forwarded from 📚Dini Kitablar📚
Fars Dili - Birinci kitab.pdf
6.8 MB
📚 Kitabın sıra nömrəsi: 222

📕 Kitabın adı: Fars Dili

Müəllif: Tural Ziyadxanov

📚
@dini_kitabxanam
12👍4🔥2😢1
Forwarded from 📚Dini Kitablar📚
Kitab haqqında qısa məlumat.

Qarşınızda olan bu kitab Fars dilinin birinci cildidir. Digər Fars dili kitablarından fərqi bundan ibarətdir ki, kitabda həm danışıq dili həm kitab dili verilib. Nəticədə hər 3 cildi oxuyan şəxs həm Fars dilində kitab oxuyub başa düşə bilir, tərcümə edir və s. Həm də danışmağı bacarır.


📚
@dini_kitabxanam
14👍4🔥3😢1
Uğurlu insanlar həmişə iki şeylə həyatlarına yön verirlər:

"Mehribanlıq" "Sükut"

Mehribanlıq: Çoxlu problemləri həll edir.

Sükut: Daha çox problemlərdən uzaqlaşdırır.
👍244🔥4
Hacı Şeyx Hüseyn Ənsariyan:

Bir nəfər Həzrəti Peyğəmbərdən (s) soruşdu:
Səadət nədir?
Buyurdu:
- Bu dünyada çox qalasan və bu çox qalmağı Allaha ibadətdə keçirəsən.
https://www.tgoop.com/turalceferi
26👍6🥰2
Hacı İsmail Dulabi:

Allah əgər bir bəndəsini sevsə onu çətinliyə salar. Necə ki, bütün Peyğəmbərlər (ə) əziyyət və çətinliklər görüb.
https://www.tgoop.com/turalceferi
26👍6👏2
Ayətullah Behcətin (r.ə) təbiri ilə namazın mənasi:

Ayətullah Behcət(r.ə):

Namaz Kəbə misalı kimidir və "təkbirətul ehram" Allahdan qeyri hər şeyi arxada qoyub, ilahi hərəmə daxil olmaqdır.
"Qiyam" isə iki dostun söhbət etməsi misalıdır.
"Rüku" qulun öz agası müqabilində əyilməsidir.
"Səcdə" Mövlanın qarşısında heç olmaq, yox olmaqdır.

Bəndə namazın sonunda müqəddəs İlahi dərgahdan ayrılan zaman ona gələn ən birinci hədiyyə Onun tərəfindən salamdır.
📚 Bərgi əz dəftəre aftab, səh 137
https://www.tgoop.com/turalceferi
22👍8🔥2
Ayətullah Behcət (r.ə) :

Dünyasını dəyişənlərdən ibrət götürək. Biz də onlar kimi ölümə yaxınıq. 4 günlük ömrümüz elə bilmiyək ki 400 000 il olacaq.

📚 Behcetin məhzərində, cild 2, səh 395
https://www.tgoop.com/turalceferi
25👍6🥰3
Sədəqə və Şeytanın vəsvəsəsi

İmam Əli (ə) buyurur:

Bir gün bir dinar səqəqə verdim. Allahın Rəsulu (s) buyurdu:

Ya Əli(ə)! Bilirsənmi sədəqə 70 şeytanın ağzından çıxmamış möminin əlindən çıxmaz. Hansı ki, bu şeytanların hər biri öz vəsvəsələri ilə sədəqəni verməkdən saxlayır.
(Biri deyər vermə ki, riyadır, başqa biri deyər onun sədəqəyə haqqı çatmır, digəri deyər ki, vermə ki, özünün ehtiyacın olar və s...)
Həmçinin fəqirin əlinə çatmamış Allahın əlinə çatar.
📚Səvabul əmal və iqabul əmal

Ps: Yəni ki, insan sədəqə vermək istəyən zaman 70 şeytan vəsvəsə edər ki, mömini sədəqə verməkdən saxlasin. İnsan əgər bu şeytanların vəsvəsələrinə qalib gəlib sədəqəni versə fəqirin əlinə çatmamış Allah bu sədəqəni qəbul edər.
https://www.tgoop.com/turalceferi
21👍9🔥2
İmam Səccad (ə) :

عجبت لمن یحتمي عن الطعام لمضرته و لا يحتمي من الذنب لمعرته!

Təəccüb edirəm o şəxsə ki, özünə zərərli olan yeməkdən çəkinir, amma abır-hörməti aradan aparan, rüsvayçılığa səbəb olan günahdan çəkinmir!
📚 Mizanul hikməh cild 4, səh 264
https://www.tgoop.com/turalceferi
25👍7🔥2
Bəzən Allah sənin əlinlə digər bəndələrinin əlindən tutur...

Sənin dilinlə hansısa bir bəndəsinin işinin düyününü açır.
Sənin infaqınla ac-susuz birini doyuzdurur.
Sənin addım atmağınla bir müşkül həll olur.
Bir əli kömək məqsədi ilə tutanda bil ki, digər əlin Allahın əlindədir.(məcazi mənada)
https://www.tgoop.com/turalceferi
25👍8🥰4
Əgər ətrafınızdakılar sizin həyatınıza yersiz müdaxilələr edirlərsə, onların rəftarlarına ən yaxşı cavab bunlardır.

Təklifiniz üçün təşəkkür edirəm
Çox sağolun, bəlkə də siz haqlısınız
Mənə ürəyiniz yandığı üçün təşəkkür edirəm.

Əgər belə cavab versəniz artıq deməyə heç bir söz tapa bilməyəcəklər.
https://www.tgoop.com/turalceferi
16👍7🔥2
Ayətullah Bəhaəddindən(r.ə) cümə günü qürub çağı insanların kədərli olmasının səbəbini soruşdular.

O, belə cavab verdi: "Çünki o anlarda, İmam Zamana (ə) insanların əməlləri təqdim olunur və pis əməllərə görə narahat olur, kədərlənir. Bu həm insanı, həm də aləmi təsirləndirir, çünki O Həzrət varlığın ürəyi və mərkəzidir."

Mənbə: Qırx hədisin şərhi, s. 432
16🔥4👍3😢2
2025/07/14 11:53:51
Back to Top
HTML Embed Code: