tgoop.com/RADsuresi28/1985
Last Update:
⏳Cümənin son saatlarıdır
💎İsmi Azam duaları:
1⃣Allahın ən əzəmətli bu adları ilə dua edənin duası qəbul edilər və istədiyi verilər. [1]
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللهُ بِأَنَّكَ الْوَاحِدُ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
Allahummə inni əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə li zunubi, innəkə əntəl-ğafurur-rahim.
Allahım, Sənə yalvarıram! Ey Allah, Sən Təksən, (heç kəsə və heç nəyə) Möhtac deyilsən, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayansan. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən. [2]
[1] İbn Macə, 3847, 3857; əl-Albani səhih olduğunu bildirmişdir.
[2] əl-Albani bu hədisi "səhih" hesab etmişdir. «Səhih ən-Nəsai», 1/280.
2⃣Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu duanı edən kəs haqqında demişdir: "Canım əlində Olana and olsun ki, o, Allahın elə bir əzəmətli adı ilə dua etdi ki, onunla nə dua edilərsə cavab verilər və istədiyi verilər". [1]
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ وَحْدَكَ لاَ شَرِيكَ لَكَ، الْمَنَّانُ، يَا بَدِيعَ السَّمَوَاتِ وَاْلأَرْضِ، يَا ذَا الْجَلاَلِ وَاْلإِكْرَامِ، يَا حَيُّ، يَا قَيُّومُ، إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ
Allahummə inni əs'əlukə bi ənnə ləkəl-həmd, lə ilahə illə əntə vəhdəkə lə şərikə ləkə, əl-mənnanu, yə bədi'as-səməvati val-ard, yə zəl-cələli val-ikram, yə həyyu, yə qayyum, inni əs'əlukəl-cənnətə və əuzu bikə minən-nər.
Allahım, Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram! [2]
[1] «Sifətus-Saləh», 186.
[2] "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər. Bax: «Səhih ibn Macə», 2/329.
3⃣Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu duanı edən kəs haqqında demişdir: "Canım Əlində Olana and olsun ki, artıq Allahdan Onun Əzəmətli adı ilə istədin. Hansı ki, bu adla dua etsən cavab verilər və istədiyi verilər". [1]
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ
Allahummə inni əs'əlukə bi ənni əşhədu ənnəkə əntəllahu lə ilahə illə əntəl-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd.
Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa məbud yoxdur. Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən! [2]
[1] ət-Tirmizi, 3475. əl-Albani bu hədisi "səhih" hesab etmişdir.
[2] Bax: «Səhih ibn Macə», 2/329 və «Səhihu-t-Tirmizi», 3/163.
✍🏻@RADsuresi28
🌿Paylaşaraq xeyrə səbəb olun.
BY 🌴Allahın zikri ilə...🌴
Share with your friend now:
tgoop.com/RADsuresi28/1985