Warning: mkdir(): No space left on device in /var/www/tgoop/post.php on line 37

Warning: file_put_contents(aCache/aDaily/post/anovruzov/--): Failed to open stream: No such file or directory in /var/www/tgoop/post.php on line 50
Əli Novruzovun kanalı@anovruzov P.2683
ANOVRUZOV Telegram 2683
Musiqi tədbirləri haqqında belə yazıları əslində mən yox, musiqişünaslar və musiqi tənqidçiləri yazmalıdır. Amma yazmırlar. Niyə yazmırlar? Bir az uzaqdan gələcəm.

2008-2009-cu illərdən mütəmadi olaraq klassik və müasir sənət musiqisi tədbirlərinə gedirəm, mediada konsertlər və musiqi, bəstəkarlar və musiqiçilər haqqında yazılan mətnləri izləməyə çalışıram. Necə deyərlər, milli musiqişünaslıqda ölçü meyarı itib, musiqi tənqidi sahəsində ağ tükü qara tükdən ayırmaq olmur. Tərif tərif qoynunda, tərif dəvə boynunda, dəvə də Şirvan yolunda.

Təsəvvür edin, musiqişünaslarımıza qulaq asırsan, məlum olur ki, Qara Qarayev də dahidir, Musa Mirzəyev də. Firəngiz Əlizadə də böyük sənətkardır, Pikə Axundova da. İş o yerə çatıb ki, hansısa qocaman bəstəkar furşetdə lələ-gülə yeyəndə burnuna mayonez yaxılır, onu da qorxurlar deməyə ki, müəllim, burnunuza mayonez bulaşıb, onu silin, çünki Üzeyir bəyin yadigarıdır, Qara müəllimin tələbəsidir. Nəticədə hamı dəymədüşər, nejnı marojna olub. Tək-tük yaxşı istisnalarla heç kim də ortaya bir iş qoymaq istəmir. Çünki motivasiya yoxdur.

Orkestr və ya musiqiçi bərbad ifa edir, musiqi tənqiçiləri ayaq üstdə alqışlayır. Bəstəkar xaltura yazır, musiqi tənqidçiləri mətbuatda bəy tərifi sallayır. Vokalistlər xoruz buraxır, musiqi tənqiçiləri qulaqlarını tutur. Hətta konsertlərdə dinləyicilər diqqətlə qulaq asır, amma musiqişünaslar mürgüləyir. Konsertdə yatan, mürgüləyən musiqişünasları və musiqi tənqidçilərini şəxsən dəfələrlə görmüşəm.

Azərbaycanda musiqişünaslıq və musiqi tənqidi çevrilib olub böyük bir qəbiristanlıq. Hər yerdə ağ Karrara mərmərindən qəbirlər. Hələ dirilər üçün də qəbirlər hazırlanıb, gözləyirlər ki, öləndə ora uzandırsınlar. Fəxri qarovul 24/7 düzülüb, 15 dəqiqədən bir həm ölülər, həm gələcəkdə öləcək olanlar üçün göyə yaylım atəşi açır.

Mən dinləyiciyəm, konsertə estetik zövq üçün gedirəm. Uzaqbaşı, getməyə bir yer qalmasa, açıb YouTube-dan Klempererin və ya Xaytinkin köhnə lent yazılarına qulaq asacam. Bu problemlər haqqında musiqi icması fikirləşməlidir. Azərbaycan sənət musiqisi nəinki inkişafdan qalır, hətta deqradasiyaya uğrayır. 10-15 il əvvəl Bakıda eşitdiyimin mürəkkəb bir musiqi parçasını ifa etmək üçün bu gün Bakıda musiqiçi tapılmır. Bana sorarsanız, eyni şəhərdir. Evterpaya sorarsanız, tamam başqa şəhərdir.

Nəticəsini sizə deyim. Bu yaxınlarda dövləti-aliyyəmiz ərəb ölkələrində yumşaq güc nümayişi əməliyyatı həyata keçirdi. Qətərdə, Omanda və opera teatrı olan digər ərəb ölkələrində Fikrət Əmirovun «Min bir gecə» baletini tamaşaya qoydular. İngilisdilli ərəb mətbuatından yazıları, revyuları oxudum. Sosial şəbəkələrdə bəzi rəyləri gördüm. Ərəblər hayıl-mayıl olub. Vətənimizə tərif üstünə tərif deyirlər.

Fəqət amma və lakin bu baleti tamaşaya qoyan truppa hangisidir? Vladivostok balet truppası. VLADİVOSTOK BALET TRUPPASI. Utanmırsız, ay musiqişünaslar, musiqi tənqidçiləri? «Min bir gecə» baletini xarici qastrollara aparmaq üçün dövləti-aliyyəmiz gedib Vladivostokdan balet truppası gətirməyə məcbur olub. Bəs Bakıdakı o boyda zırıltı nədir? Pisdirsə, niyə vaxtında demirdiz ki, özlərini düzəltsinlər? Nəyə görə saxlayırıq o boyda teatrı, kollektivi, təsisatı? Vladivostok baleti ildə bir dəfə gəlib bizdə də «Min bir gecə» baletini göstərə bilər.
15👏6

tgoop.com/anovruzov/2683
Create:
Last Update:

BY Əli Novruzovun kanalı

Share with your friend now:
tgoop.com/anovruzov/2683

View MORE
Open in Telegram

Telegram News

Date: |

The imprisonment came as Telegram said it was "surprised" by claims that privacy commissioner Ada Chung Lai-ling is seeking to block the messaging app due to doxxing content targeting police and politicians. Ng, who had pleaded not guilty to all charges, had been detained for more than 20 months. His channel was said to have contained around 120 messages and photos that incited others to vandalise pro-government shops and commit criminal damage targeting police stations. As the broader market downturn continues, yelling online has become the crypto trader’s latest coping mechanism after the rise of Goblintown Ethereum NFTs at the end of May and beginning of June, where holders made incoherent groaning sounds and role-played as urine-loving goblin creatures in late-night Twitter Spaces. Members can post their voice notes of themselves screaming. Interestingly, the group doesn’t allow to post anything else which might lead to an instant ban. As of now, there are more than 330 members in the group. More>>
from us

Telegram Əli Novruzovun kanalı
FROM American