Warning: mkdir(): No space left on device in /var/www/tgoop/post.php on line 37

Warning: file_put_contents(aCache/aDaily/post/dini_paylasimlar/--): Failed to open stream: No such file or directory in /var/www/tgoop/post.php on line 50
𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟@dini_paylasimlar P.4350
DINI_PAYLASIMLAR Telegram 4350
Sadə geyimli yad bir adam məhəllə dükanına
girir. Bir qədər satıcıya, piştaxtaya baxandan
sonra deyir:
- Qardaş, mən səndən nisyə çörək, çay, yumurta
istəsəm, verərsənmi? - Eləsi var ki, üç aydan
bəri pulsuz çörək aparır. Doğrusu, heç onun bu haqqı ödəyəcəyinə də inanmıram. Amma
neyləyim, üç yetimə baxır, balalarını ac
qoymayacağıq ki. Allah Kərimdir, bizim də ruzimizi
yetirər. Sənə verdiyim çörəyin də heç haqqını
istəmirəm. Götür get, halal xoşun olsun. Yad
adamın üz-gözündə təbəssüm dolaşır: Deyəsən axtardığını tapıb. - Sənin o dəftərində nə qədər
borc var? Satıcı bir qədər təəccüb, bir qədər də
əsəbi halda soruşur: - Neynirsən axı? Gələn
adam rahatlıqla, bir qədər də güvənverici bir
tərzdə söhbəti davam etdirir: - Bax, qardaş, çox
xahiş edirəm, əsəbiləşib eləmə. Mən o qədər boş-bekar adam deyiləm ki, gəlib burada sənin
əsəblərini korlayım, vaxtını zay edim. Sənin o
dəftərini satın alacağam. Xahiş edirəm ki, oradakı
bütün borcları elə indicə hesablayıb deyəsən.
Satıcı bir qarşısındakı adama, bir də dolub-daşan
dəftərə baxır. Deyəsən, daha müqavimət göstərmək istəmir. Yanındakı kalkulyatoru
götürüb 1-ci səhifənin başından üzüaşağı
hesablamağa başlayır. Məlum olur ki, məhəllə
camaatı bu dükana yeni Azərbaycan pulu ilə 2
min 345 manat 80 qəpik borcludur. Gələn adam
pencəyinin döş cibindən bir dəstə pul çıxarıb o məbləği satıcının qarşısına qoyur və deyir: -
Qardaş, Allah səndən razı olsun. Sən bu camaata
bu qədər güvənirsənsə, Allahı düşünüb yetimi
ac qoymursansa, demək, yaxşı adamsan. Mən hər
kəsin borcunu ödədim. Bu da mənim bu camaata
Ramazan payım olsun. İndi o dəftəri mənə ver. Mən onu aparıb basdıracam və inanıram ki,
qiyamət günündə o siyahı mənim köməyim
olacaq. Adam dəftəri götürüb mağazadan çıxır.
Dükançı qarşısındakı pulları sayıb daxılın gözünə
qoyanda hələ də baş verənləri tam anlaya
bilmirdi. Elə bil ki, onu don vurmuşdu. Dükanın balaca pəncərəsindən çölə baxdı. Yad adam
görünmürdü. İftar saatına az qaldığı üçün hər kəs
evinə tələsirdi. Bu zaman əri vərəm
xəstəliyindən ölmüş Sürəyyanın 7 yaşındakı qızı
qapının ağzında göründü və utana-utana: -
Əhməd əmi, anam deyir ki, iftara 1 çörək, 3 yumurta versin. Gələn ay dayım bizə gələndə
pulunu verərik. Dükançı qızın sözlərindən elə bil
ki, yuxudan ayıldı. Adəti üzrə dəftəri çıxarmaq
üçün əlini piştaxtanın altına atdı. Bir an dayandı,
gülümsündü və dedi: - Gəl, ay qızım, yumurta da
götür, çörək də, yağ da. Anaya da söylə ki, o dayı gəldi də, getdi də...

@dini_paylasimlar 🕋

tgoop.com/dini_paylasimlar/4350
Create:
Last Update:

BY 𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟

Share with your friend now:
tgoop.com/dini_paylasimlar/4350

View MORE
Open in Telegram

Telegram News

Date: |

In the next window, choose the type of your channel. If you want your channel to be public, you need to develop a link for it. In the screenshot below, it’s ”/catmarketing.” If your selected link is unavailable, you’ll need to suggest another option. It’s yet another bloodbath on Satoshi Street. As of press time, Bitcoin (BTC) and the broader cryptocurrency market have corrected another 10 percent amid a massive sell-off. Ethereum (EHT) is down a staggering 15 percent moving close to $1,000, down more than 42 percent on the weekly chart. Earlier, crypto enthusiasts had created a self-described “meme app” dubbed “gm” app wherein users would greet each other with “gm” or “good morning” messages. However, in September 2021, the gm app was down after a hacker reportedly gained access to the user data. The imprisonment came as Telegram said it was "surprised" by claims that privacy commissioner Ada Chung Lai-ling is seeking to block the messaging app due to doxxing content targeting police and politicians. With the “Bear Market Screaming Therapy Group,” we’ve now transcended language.
from us

Telegram 𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟
FROM American