tgoop.com/elminseheri/5594
Last Update:
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q
📚 ƏNAM SURƏSİ:
🖇 Ayə 1⃣3⃣6⃣.
✍ وَجَعَلُواْ لِلّهِ مِمِّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالأَنْعَامِ نَصِيبًا فَقَالُواْ هَـذَا لِلّهِ بِزَعْمِهِمْ وَهَـذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلاَ يَصِلُ إِلَى اللّهِ وَمَا كَانَ لِلّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَآئِهِمْ سَاء مَا يَحْكُمُونَ
🗣"(Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: "Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!”
🔘Nöqtələr.
Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər. Bir dəfə oğlanları öz payları, qızları Allahın payı sayırlar. Bəzən də məhsul və mal-qaranı Allahla bütlər arasında bölürlər. Müşriklər elə düşünürlər ki, bütlərin payı toxunulmazdır. Bu payı bütxana və onun xidmətinə xərcləyirdilər. Allahın payını isə «Allah ehtiyacsızdır» deyə bütxanaya xərcləməkdən çəkinmirdilər. Onlar bu payı körpələrə, yoxsullara və qonaqlara xərcləmək barədə düşünmürdülər.
🌸Bildirişlər.
1⃣. Əkinçilik və heyvandarlıqda insanın rolu olsa da, amma bu işə bərəkət verən əsil xaliq Allahdır.
2⃣. Zəkat qanunu, qazancın bölünməsi xurafat şəklində olsa da, qədim dinlərdə də nəzərdə tutulmuşdur.
3⃣. Müşriklər bütləri Allahın şəriki bilsələr də, Allahın xüsusi bir mövqeyə, izzətə, var-dövlətə malik olduğunu bildirirdilər. Onlar itkilərini Allahın payından çıxır və deyirdilər: "O, ehtiyacsızdır.”
4⃣. Peyğəmbərlərin risaləti xurafatla mübarizədən ibarətdir.
📌 http://T.me/Nur_tefsiri
﷽📖Elmin Şəhəri📖﷽
⚪İslam Mədəni-Maarif Mərkəzi⚪
BY 📚ELMİN ŞƏHƏRİ📚 İslam Mədəni-Maarifi Mərkəzi 🏢
Share with your friend now:
tgoop.com/elminseheri/5594