tgoop.com/elminseheri/5599
Last Update:
https://youtube.com/channel/UC4coDchK7TKd2iytPr5Ri4Q
📚 ƏNAM SURƏSİ:
🖇 Ayə 1⃣3⃣7⃣.
✍ وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاء اللّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
🗣"Beləcə, (bütlər və onların xadimləri,) onların şərikləri övladın öldürülməsini bir çox müşriklər üçün (bütlərə qurbanlıq adı ilə) gözəl göstərdilər ki, onları məhvə sürükləyib, ayinlərini çətinləşdirsinlər. Əgər Allah istəsəydi, belə etməzdilər. (Onların qarşısını məcburi şəkildə alardı.) Onları toxuduqları yalanlarla birgə boşla.”
🔘Nöqtələr.
Ətin və mal-qaranın Allahla Onun büt şərikləri arasında bölünməsi müşriklərə gözəl göründüyü kimi, bütlərin yolunda övladları şeytanın vəsvəsəsi ilə öldürmələri də gözəl cilvələnmişdi.
"Yurduhum” sözü həlak etmək mənasını bildirir.
Müşriklər ya qızı əskik sayıb diri-diri torpağa basdırır, ya da ona xərc çəkmək imkanları olmadığını bəhanə gətirib qətlə yetirirdilər. Bəzən də bunu bir növ bütlərə yaxınlıq sayırdılar. Bütün bunlar bir növ təlqin idi.
🌸Bildirişlər.
1⃣. Xurafat insanı elə bir hala salır ki, öz övladını ağac və daş bütə qurban kəsir və bununla iftixar edir.
2⃣. Günahkarlar öz vicdanlarını sakitləşdirmək üçün hətta övladlarının qətlə yetirilməsinə də bir don geyindirirlər.
3⃣. Tənqiddə insafı gözləyək. Hamını eyni bilməyək.
4⃣. Günaha don geyindirmək və çirkin işləri bəzəmək fəlakət və süqut amilidir.
5⃣. Xurafata meyl dinin saxtalaşdırılması səbəbidir.
6⃣. Peyğəmbər məcbur etməyə yox, bəyan etməyə məsuldur. Əgər bir dəstə onu eşitmirsə, o başqa bir dəstənin sorağına gedir.
7⃣. Günahkarların düşüncə və rəftarı haqpərəstləri süstləşdirməməlidir.
8⃣. Allaha şərik qoşmaq Ona qarşı iftiradır.
📌 http://T.me/Nur_tefsiri
﷽📖Elmin Şəhəri📖﷽
⚪İslam Mədəni-Maarif Mərkəzi⚪
BY 📚ELMİN ŞƏHƏRİ📚 İslam Mədəni-Maarifi Mərkəzi 🏢
Share with your friend now:
tgoop.com/elminseheri/5599