tgoop.com/emmarmedia/1432
Last Update:
Düşməni ifşa edin, həqiqətləri deyin...
Allahın təqdiri budur ki, sizin əlinizlə zalımları, kafirləri, islam düşmənlərini cəzalandırsın. Vuruşun onlarla, etiraz səsinizi qaldırın. Mən bu ayəni görəndə (Tövbə 14) zehnimə məhbus ailələri gəlir. Yüzlərlə məhbus ailələri, yəni minlərlə insan. Bizim dindarlarımız əgər bu ayəyə əməl etsələr, Allah bizi onlara qalib edəcək.
Vuruşun onlarla. İnformasiya müharibəsində, etiraz səsinizi ucaldın, məqalələr yazın, hücuma keçin, düşməni ifşa edin, həqiqətləri deyin. İzn verməyin müsəlman xalq aldansın. Əgər istəyiriksə xalqımız bu çirkin siyasətdən nicat tapsın, gərək onlarla vuruşaq.
Əgər məhbus ailələri istəyirlərsə məhbuslar azad olsun, ədalət bərpa olsun, Vallahi şəri vəzifələridir, ağılın hökmüdür ki, bu zülmün müqabilində susmasınlar. Düşmənin yalandan ümid verici təxribatlarıyla onların etiraz səsi kəsilməsin. Əgər etiraz etməsək, düşmən daha da üstümüzə gələcək. Nə qədər bacarır aşağılayacaq. Məhbus ailələrini özlərinə kölə edəcək. Düşmən budur.
Məhbus ailələri xəlvətdə dua edirlər, zalıma nifrin edirlər, amma Allah buyurur ki, yalnız duayla Allahın qələbəsi gəlməyəcək. Qalx, hərəkət et. Sən zülmə məruz qalmısan. Sən qüdrətli məzlum ol, zəif məzlum olma. Zəif məzlum zalımın zülmündə şərikdir...
Şeyx Tohid İbrahimbəyli
https://www.tgoop.com/emmarmedia
BY ƏMMAR MEDİA
![](https://photo2.tgoop.com/u/cdn4.cdn-telegram.org/file/EFEZLGQzzj0VBsvqcq2y8lEdU4kaygdHH3UdLBRToMnlwnqZWmKST95TvI3Ux8lWh9bxp3EhSb7Sxc-EEAAzjm0eczfkBAJmm6hJ2Ydj_rdAK2GPfiN9YwlEk4qflevPlQja6Q4DgMBmu1KVM9qk2vQmZBUMGQjoXx6F4oYL6L5V_Z4y2SFV9Im9NnHz_8RVFS68oRV9uoPuiUwuk8G8qzoTTYk95xbZuBH4fvVT5Z9QS88-AH582zHK6DS4r78sNTuiGgEIptsacRyxO6qXlR8URgzNxt9jG0s8fwh1qt0ZDiEuqtaa-KuD00xEzBUAwRUpxSFc-GhZG-jOx05Dvg.jpg)
Share with your friend now:
tgoop.com/emmarmedia/1432