FARIDABDULLAH Telegram 3151
🦆 Boz ördəyin əhvalatı
Bir gün payız vaxtı bir boz ördək gölünün kənarında oturmuşdu və ucadan şikayət edirdi:
– Mən necə də bədbəxtəm. Yayda yemək tapmaq üçün göldə gəz, payızda isə ayaqlarını qızdırmaq üçün yer axtar. Qışı isə soyuqda və aclıqda keçirmək məcburiyyətindəyəm.
Gözəl ağ bir quş uçaraq bu iniltiləri eşitdi və onun yanında oturdu:
– Ay ördək, kədərlənmə. Gəl mənimlə birlikdə isti ölkəyə uçaq. Orada həmişə yaydır, gözəl göllər və il boyu çoxlu yemək var. Orada sənə yaxşı olacaq.
– Gedə bilmərəm, isti ölkə çox uzaqdır. Mənim qanadlarım yorulacaq, düşəcəyəm və həlak olacağam.
– Narahat olma, əgər yorulsan, səni kürəyimə qoyar, apararam.
– Xeyr, gedə bilmərəm. Orada nə edəcəyəm, harada yaşayacağam?
– Sənə böyük bir göl göstərəcəyəm, orada tox və rahat olacaqsan.
– Xeyr, – ördək ah çəkdi, – yad ölkədə təkbaşına kədərli olacağam.
– Mən sənə bir yaşılbaş, erkək ördək dost tapacağam, – quş ona təsəlli verərək gülümsədi.
– Hə, əgər o, pis olsa və mənə zərər versə?
– Narahat olma, mən sənə öyrədəcəyəm ki, ancaq yaxşıları ilə qarşılaşasan.
– Elə şey olmur, – ördək ah çəkdi.
– Əşi get, cəhənnəm ol! – quş əsəbiləşdi, qanadlarını silkələdi və uçdu.
Boz ördək kədərli halda başını yelləyərək gölün kənarında qaldı:
🔴 Necə də ədalətsiz dünyadır və burada necə də pis quşlar yaşayır…
Please open Telegram to view this post
VIEW IN TELEGRAM

tgoop.com/faridabdullah/3151
Create:
Last Update:

BY Farid Abdullah

Share with your friend now:
tgoop.com/faridabdullah/3151

View MORE
Open in Telegram

Telegram News

Date: |

How to create a business channel on Telegram? (Tutorial) During the meeting with TSE Minister Edson Fachin, Perekopsky also mentioned the TSE channel on the platform as one of the firm's key success stories. Launched as part of the company's commitments to tackle the spread of fake news in Brazil, the verified channel has attracted more than 184,000 members in less than a month. End-to-end encryption is an important feature in messaging, as it's the first step in protecting users from surveillance. A Telegram channel is used for various purposes, from sharing helpful content to implementing a business strategy. In addition, you can use your channel to build and improve your company image, boost your sales, make profits, enhance customer loyalty, and more. Telegram iOS app: In the “Chats” tab, click the new message icon in the right upper corner. Select “New Channel.”
from us

Telegram Farid Abdullah
FROM American