FARIDABDULLAH Telegram 3160
Ümumiyyətlə, bu gün üçün nə yazacağımı aylarla düşünürdüm. Fərqli-fərqli fikirlər gəlib gedib. Bu gün bir-iki dəfə feyzbuka girdim, gördüm dostlar lütf edib, barəmdə paylaşım ediblər. Mən utancaq adamam, məni tərif etdikdə qaçıram. Ona görə də bu gün buraya girməməyə çalışdım.

Yəhya dedi ki, ata, gedək ad gününü qeyd edək də. Dedim, gedək dükana. Bəbələrimlə getdim, alış-veriş etdim, tort da aldım, gəldim, hazırladım, uşaqlarımla üçümüz qeyd etmiş olduq. Hədiyyələrimi də aldım. Ürək sözlərini yazı ilə ifadə edən hazırladıqları açıqca , hərəsi də 1 azn mükafat. :) Gedim şamı yandırım sevinsinlər.

Mənim üçün 40 yaş önəmli idi. Hətta Kəbə evində də Allaha yalvardım ki, mən vətənə əvvəlki kimi dönmək istəmirəm. Əgər mən 40 yaşına qədər bir şey ola bilməmişəmsə, sonra da olmayacağamsa, al canımı. Gecə deyirəm, İlahi, həyatımda nə qədər adam gəlib, gedib. Mübahisələr, davalar, nə bilim, yersiz keçən zaman. İndi ayıldım ki, sən demə, hər zaman həyatımda sən var imişsən. Kim mənə nə hədiyyə etsə, zavala məhkumdur. Sənin hədiyyəni istəyirəm. Bu gün Allah sizin sözlərinizlə mənə göstərdi. Həyatım boyunca məni bu qədər sayda heç vaxt təbrik etməyiblər. Nəzərə də alsaq ki, mən camaatdan qaçan biriyəm.

Sonda deyim ki, 40 yaşına qədəm qoydum. Hədisdə deyir ki, 40 yaşına çatdıqda xeyri şərrinə üstün gəlməyibsə, şeytan həmin adamın alnından öpüb deyər: bu üz daha qurtuluşa çatmaz.
Təcrübə artıb, bilik artıb. Amma dəyişməyən bir şey var. Həmişə nələrdənsə qaçmaq istəmişəm. Dəyişim. Sən demə, bəzi şeylər dəyişmir. Onu qəbul etməlisən, qorumalısan. O şeyi ki, 5-10-20-30-40 yaşlarında da səninlə olub. Artıq bədənin 15 yaşındakı deyil. Hüceyrən belə, dəyişib. Amma dəyişməyən bir şey var və onu qorumaq lazımdır.

Hər şeyə görə çox sağ olun. Allah sizi qorusun.

tgoop.com/faridabdullah/3160
Create:
Last Update:

BY Farid Abdullah

Share with your friend now:
tgoop.com/faridabdullah/3160

View MORE
Open in Telegram

Telegram News

Date: |

5Telegram Channel avatar size/dimensions In 2018, Telegram’s audience reached 200 million people, with 500,000 new users joining the messenger every day. It was launched for iOS on 14 August 2013 and Android on 20 October 2013. How to create a business channel on Telegram? (Tutorial) Just at this time, Bitcoin and the broader crypto market have dropped to new 2022 lows. The Bitcoin price has tanked 10 percent dropping to $20,000. On the other hand, the altcoin space is witnessing even more brutal correction. Bitcoin has dropped nearly 60 percent year-to-date and more than 70 percent since its all-time high in November 2021. To upload a logo, click the Menu icon and select “Manage Channel.” In a new window, hit the Camera icon.
from us

Telegram Farid Abdullah
FROM American