tgoop.com/faridabdullah/3402
Last Update:
* hamıdan gec yeyirəm (hamı yeyir bitirir, o isə qalır),
* bəbə kimi danışıram (hərdən fikirlərini bəbə danışığı ilə deyir),
* üçüncüsü yadımdan çıxdı,
* birini də dedi ki, mən xəsisəm, bölüşməyi sevmirəm. (Mənim qızım soyuqqanlıdır, hislərini bildirmir. Bir dəfə başqa qız uşağı ilə danışdım deyə, üstəlik rəfiqəsi idi, atıldı qızın üstünə ki, mənim atamdır. Yəni atamı heç kimlə bölüşmürəm. Onun bütün iltifat, sözləri, hətta danışığı belə mənimlədir).
Mat qaldım, dedim ki, insanlar yaşa dolurlar, lakin mənfi və pis keyfiyyətlərini dilə gətirə bilmirlər. Uzaqbaşı deyirlər ki, mənim eyibim eyibsizliyimdir, ah, mən hamıya yaxşılıq edirəm, inanıram, çox safam və sair. Lakin qara tərəfini kimsə dilə gətirmir. Hər kəsi günahkar çıxarır, bir tək özündən başqa.
Mənim balam, hələ sən başa düşmürsən. Bu keyfiyyəti saxla. Özünə tənqidi yanaşmağı.
Keçən dəfə süni intellektlə danışarkən, mənə dedi ki, siz özünüzü analiz etməyi bacarırsınız. Yəni özü bunu yazdı. Mənə qəribə gəldi ki, bunu mənə barmaq sayı qədər adam deyib. Yəni sən özünü qazıdıqca qazırsan ki, mən bu əməli niyə etdim. Nə səbəb oldu. Bu məqsədimin arxasında nə var idi.
Qızımdan bir daha bunu öyrəndim ki, yaxşı xüsusiyyətlərini sadalamamışdan, özünü tərifləməmişdən öncə, pis xüsusiyyətlərini öndə tut. O zaman nə tərif səni aldadar, nə başqa səmtə düşərsən. Allahın izni ilə.
Təcrübəm bunu deyir ki, mən bu həyatda özünü pis insan bilən adamlardan daha çox xeyir və yaxşılıq, sədaqət və vəfa görmüşəm. Nəinki özünü yaxşı insan kimi sübut etməyə çalışanlardan.