tgoop.com/selefinexlaqi/5237
Last Update:
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Gülən üzlər ümid saçır, işıq saçır,
Təbəssümdə bir ümid var, könül açır,
İslamı bu sınaqlarla minlər seçir,
Keçmişləri olsa da çox cığırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalımların möhləti və zilləti var,
Zalımlara haqq əhlinin nifrəti var,
Düşündünmü soyuqların şiddəti var?!
İndilərdə çox soyuq var bayırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Məzlumların ahı gələr nə cür tutar!?
Zalımların qəsri gedər, ərşi batar,
Hər Fironun bir Musası gəlib çatar,
Bir ümmətin qüvvəsi var fağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Qəlbimiz Qəzza ilədir neçə aydır,
Qatili sevənlər bir növ ona taydır,
Qəzza qətliamı dünyaya haraydır,
Qəm-kədər yükü var ancaq bağırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Darmadağın binalardan ümid gələr,
Gün gələr Fələstinin də üzü gülər,
Qəzzalı insanlar da bir gün dincələr,
Bir izzət var həyalarda, abırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Zalım zülmü artıranda çox üzülmə,
Uca Allah son qoyacaqdır bu zülmə,
Zülm artanda sonu çatmaz deyə bilmə,
Əksinə, sonu çatmışdır hazırlarda!
Bir ümid var Fələstində çadırlarda,
Bir ümid var olur daim axırlarda!
Yazdı: Sahib Əsədov
BY SƏLƏFİN ƏXLAQI
Share with your friend now:
tgoop.com/selefinexlaqi/5237