SELEFINEXLAQI Telegram 5251
Duruz firqəsi kimlərdir və təhlükəsi nədir?!

Duruz tayfası batini firqələrindən olub Fatimi dövlətinin hakimiyyəti zamanı əl-Hakim bi-Əmrilləhi (Ubeydullah ibn Meymun əl-Qaddəh) ilahiləşdirən, Qiyaməti, savabı, cəzanı inkar edərək bu haqda Allahın verdiyi bütün xəbərləri inkar edən, İslam inancına zidd olaraq reinkarnasiyaya inanan ifratçı bir dini cərəyandır. Misirdə hicrətin beşinci əsrində, miladi tarixlə 1017-ci ilin 30 may tarixində 6-cı Fatimi rəhbəri əl-Hakim bi-Əmrilləhin ilahlığının elan edilməsi ilə ortaya çıxmışlar. İran əsilli Həmzə ibn Əli isə Fatimi liderin ilahlığına dəvət edən, bu təriqətin ilk imamı olmuşdur. Onlar şiəliyin İsmaili qolunun içindən törəmədirlər. Onlar əqidələrini şiddətli şəkildə gizlədirlər. Ona görə də onlar haqqında bilgilər tarix boyu bir çox tarix və firqələr elmi üzrə mütəxəssis alimlərə gizli qalmışdır. Firqələr arasında ifratçı şiə Nuseyrilərinə yaxın olan çoxsaylı inancları olsa da onlardan daha fərqli olan inancları da var. Həmçinin onlar Nuseyriləri Əli ibn Əbu Talibi ilahiləşdirib əl-Hakim bi-Əmrilləhi ilahiləşdirmədikləri üçün sevmirlər və bu nöqtədə onlarla ayrılırlar.

Duruzların yayıldığı bölgələr Suriya, Livan, Fələstin və Məğrib ölkələridir.

Duruzlar namaz, oruc, zəkat, həcc və digər İslami əhkamlara, vacibatlara batini nəzərlə baxır, bu vacibatlara riayət etməkdən boyun qaçırırlar. Məsələn, onlara görə namazın mənası: Ubeydilərin rəhbəri olmuş əl-Hakim bi-Əmrilləhə ibadət üçün duruzların qəlblərinin bağlanmasıdır. Zəkat isə: məhz həmin rəhbərə ibadət və nəfsin onun yolunda təmizlənməsidir. Oruc isə: ancaq zül-hiccə ayından 9 gün tutulur. Oruc tutmağın mənası onlara görə əl-Hakim bi-Əmrilləh üçün qəlblərini qorumaqdır. Onlara görə cihadın mənası: qəlbi rəhbərlərinin yolunda və onu tanımaqda təkləşdirməkdə çalışmaq, səy göstərməkdir. İslamdakı cihad inancından söhbət gedə bilməz. Onlar həcc və ümrə etməyi inkar edir, bunu bütpərəstlik hesab edirlər. Onlara görə "şirk günahı" Ubeydi hakiminin ilahlığını qəbul etməməkdir.

"Müqəddəs kitab" inancına gəldikdə onların Quran kitabına zahirən inandıqları deyilsə də, başqa bir - Qurandan qarışıq ayələr və hind atalar sözləri ilə qarışıq - kitabları da var ki, bu Həmzə ibn Əliyə nisbət edilir. Həmin kitabda batini inancına məxsus olub İslama tamamilə zidd olan çoxlu inanc və rəylər var.

Ümumən Duruz firqəsi İslam alimləri tərəfindən müsəlman hesab edilmir. Çünki bu din ifratçı bir yol olub İslam dininin təməl prinsipi olan tövhidə, təkallahlıq inancına ziddir və tarixin bir dönəmində yaşamış bir ifratçı şəxsin ilahiləşdirilməsi üzərində qurulmuşdur! Bu səbəbdən də İslam alimləri onlardan şiddətlə çəkindirmiş, onların çox təhlükəli bir firqə olduğunu bəyan etmişlər!

Duruzlar İsrailə ən yaxın və ən sadiq ifratçı firqədir. Duruzlarla yəhudilərin ciddi tarixi işbirliyi, etibarlı dostluqları və güclü əlaqələri var. Onlara çox etibar etdikləri üçün hicri tarixlə 1407-ci ildə duruzlara silah verilmiş və Livan sərhədləri boyunca onlar tərəfindən silahlı qruplaşmalar formalaşdırılmışdır. Bu gün duruzlar Suriyanın yeni hökümətinə qarşı baş qaldırıb itaətsizlik edəcəklərini bildirir və silahı yerə qoymurlar.

📝 Yazdı: Sahib Əsədov

tgoop.com/selefinexlaqi/5251
Create:
Last Update:

BY SƏLƏFİN ƏXLAQI

Share with your friend now:
tgoop.com/selefinexlaqi/5251

View MORE
Open in Telegram

Telegram News

Date: |

How to Create a Private or Public Channel on Telegram? How to build a private or public channel on Telegram? 3How to create a Telegram channel? The Standard Channel
from us

Telegram SƏLƏFİN ƏXLAQI
FROM American